Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türkiyə mediası Prezident İlham Əliyevin dünənki müsahibəsindən yazır - Fotolar

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmaqdadır.

Yenisabah.az xəbər verir ki, Anadolu agentliyinin dərc etdiyi “Prezident Əliyev: Türkiyə ilə birgə təlimlərimiz Yerevanı qorxudur” sərlövhəsi ilə yayılan informasiya müxtəlif başlıqlarla sürətlə qardaş ölkə mediasında yayılıb. Türkdilli oxuculara məlumat verilir ki, Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini, iki qardaş ölkənin bir-birini tam şəkildə dəstəkləməsini yüksək dəyərləndirib və münasibətlərimizin daha da genişlənəcəyini ifadə edib. Regiondakı vəziyyətdən danışan Prezident İlham Əliyev, təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin ifadələr səsləndirib.

Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib ki, ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.

Məlumatlarla Anadolu agentliyi, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Takvim” və digər çoxtirajlı qəzetlərin saytlarında tanış olmaq mümkündür.

İnformasiyalar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan və Türkiyə hərbçilərinin, silahlı qüvvələrimizin ortaq təlimlərinə dair fotolarla təqdim olunub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

Noyabrın 2-dən bütün təhsil müəssisələrində dərslər distant formada keçiriləcək

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Türkiyəyə qarşı yeni təxribat – 155 milyon dollarlıq hərbi xərc

loading...

Ən çox oxunanalar