Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Türkiyə hadisələri Amerikada təkrar olunur: ABŞ-da da FETO varmı?

“Ölkə tarixindəki ən böyük iqtisadiyyatı yaradan, ordumuzu bu günə qədərki ən güclü orduya çevirən və vergiləri rekord səviyyədə azaldan bir prezidenti necə vəzifəsindən uzaqlaşdıra bilərsiniz?”..

Arslan BULUT
“Yeniçağ” qəzeti, Türkiyə, 30 sentyabr 2019-cu il

“Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə iyul ayında telefonda danışan zaman “Demokratlar” Partiyasının namizədi olan Co Baydenin oğlunun Ukraynadakı fəaliyyətlərinin izlənilməsini istəyib. Bu ortaya çıxdıqdan dərhal sonra “Demokratlar”ın nəzarətində olan Nümayəndələr Palatası Prezidentin vəzifədən uzaqlaşdırılması barədə istintaq başladıb.

Xəbərdə iddia edilir ki, Tramp Ukrayna liderinə bildirib ki, ancaq Bayden və ailəsi istintaqa cəlb edildiyi təqdirdə Zelenskiyə kömək edəcək. Həmçinin Tramp bu telefon zəngindən əvvəl Ukrayna üçün ayrılan 400 milyon dollarlıq yardımın təxirə salındığını da bildirmişdi.

Tramp sonuncu dəfə paylaşdığı videoda Nümayəndələr Palatasına qarşı sərt tənqidlər yönəldib. Tramp xalqa xitab edərək deyib: “Demokratlar silahlarınızı, sağlamlıq xidmətlərinizi, səslərinizi, azadlığınızı, ədalətinizi və bütün hər şeyinizi almaq istəyirlər. Bunun baş verməsinə icazə verə bilmərik, çünki ölkəmiz heç olmadığı qədər təhlükədədir. Hamısı çox dayazdır və mənə əngəl olmağa çalışırlar. Çünki mən sizin üçün mübarizə aparıram və bunların baş verməsinə icazə verməyəcəyəm”.

Tramp “Twitter” hesabında da qeyd edib: “Ölkə tarixindəki ən böyük iqtisadiyyatı yaradan, ordumuzu bu günə qədərki ən güclü orduya çevirən və vergiləri rekord səviyyədə azaldan bir prezidenti necə vəzifəsindən uzaqlaşdıra bilərsiniz?”

Trampın özünü bu şəkildə müdafiə etməsi lap 17-25 dekabr tarixlərində Ərdoğanın etdiyi çıxışlara bənzəyir, elə deyilmi? Düzü, bu istintaqın Ərdoğan hökümətini yıxmaq üçün aparıldığı bəlli idi. Lakin AKP-nin üstünlük təşkil etdiyi Məclis rüşvət almaqda ittiham edilən 4 nazirin ittiham ediləsinə icazə verməmişdi. Bunun əvəzinə, Rza Zərrabın vəkili olan cəza hüququ üzrə professorun şikayətinə görə, rüşvətlər barədə xəbər hazırlayan və şərh yazan 50-dən çox jurnalist haqqında istintaq başladılmışdı.

Əlbəttə ki, bu istintaqlar təqibsizliklə nəticələndi, amma o dönəmdə media bu şəkildə susduruldu. Nəticədə, rüşvət kimi götürülən pullar da geri qaytarıldı.

Türkiyənin yeni idarəçilik sistemi də məhz bu prinsip üzərində inşa edildi.

Lakin ABŞ-dakı istintaqla Türkiyədəki 17-25 dekabr istintaqı arasında ciddi bir fərq var. Türkiyədəki istintaq dövləti böyük ölçüdə ələ keçirmiş olan FETO-nun sonuncu həmləsi idi. Əgər uğurlu olsaydılar, Türkiyə Respublikası əsl FETO dövləti olacaqdı. Ərdoğan mübarizə apardığı üçün bu dəfə də 15 iyul 2016-cı ildə çevrilişə cəhd etdilər. Ərdoğan da bunu bir şans kimi görüb ölkənin idarəçilik sistemini dəyişdirdi.

Trampa qarşı istintaq başladan isə bir terror təşkilatı deyil, Nümayəndələr Palatasıdır. Buna görə də, Trampın vəziyyəti Ərdoğandan daha çətindir.

Vəzifədən uzaqlaşdırmaqla bağlı istintaqa start verən “Demokratlar”ın Nümayəndələr Palatası rəhbəri Nensi Pelosiyə də heç kim “terror təşkilatının üzvü” deyə bilmir.

Əslində, “Demokratlar” da, “Respublikaçılar” da onlara bağlı olan dərin dövlət əməliyyatları vasitəsilə keçirilən çevrilişlərə dəstək verirlər, lakin bunu ABŞ daxilində etmələri mümkün deyil.

“Demokratlar” Obamanın seçildiyi dönəmlərdə Müsəlman Qardaşlar Təşkilatının maddi yardımlarını qəbul etmişdi. Təşkilatın Amerikadakı nümayəndəsi Dr. Esam Omeiş Obama ilə görüşürdü. Bu təşkilatın ABŞ tərəfindən terror təşkilatı elan edilməsi barədə hazırlanmış sənəd hələ də arxivdədir, lakin onlar Tramp dönəmində də fəaliyyətlərinə davam edirlər.

Dr. Esam Omeiş və Barak Obama

Belə ki, Dr. Esam Omeiş Ərdoğanın ABŞ-dakı Müsəlman liderlər toplantısında da iştirak edib və Liviyadakı “Həftar” rəhbərliyinə qarşı daha çox dəstək tələb edib.

Türkiyədə isə “Ərgənəkon” və “Balyoz” məsələləri və uydurma casusluq ittihamları ilə rejimi qorumalı olan əsgərlər dövlətin gücü ilə terrorçu kimi göstərildi və kənarlaşdırıldı. Nəticədə də, meydan iqtidar tərəfindən FETO-ya verildi. Bunun ağır nəticələri də indi bizim başımıza gəlir…

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar