Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə geopolitik yolayrıcında: Cırtdan Rusiyaya, yoxsa nəhəng Qərbə sarı?

Taha Akyol
Karar (Türkiyə), 30.08.2019

Türkiyə prezidenti Ərdoğan Moskvada videokamera obyektivləri qarşısında deyib: “Rejim İdlibdə terrorizmlə mübarizə bəhanəsi altında yerdən və havadan mülki əhalinin içinə ölüm yağdırır – bu qəbuledilməzdir”.

Ərdoğan açıq bildirib ki, Əsəd (və tərəfdarı Rusiya) “terror təhlükəsi bəhanəsilə” yerdən və havadan dinc sakinləri öldürür. Ərdoğan Türkiyəyə dönən yolda qeyd edib ki, “ən kəskin problem əməliyyatların dayandırılmasıdır”.

Putinin fikrincə isə, “terrorçular Suriya hökumət güclərinin mövqelərini təhdid edir, onlara atəşi davam etdirir, Rusiya hərbi obyektlərinə hücum etməyə çalışırlar”.

Hətta Putin “terrorizm” haqda Rusiya tezislərini sanki öz vizavisinə qəbul etdirməyə vadar edərək bildirib: “Biz İdlibdə terror ocaqlarını zərərsizləşdirmək və həm bu zonada və nəticə kimi bütünlükdə Suriyada da durumu normallaşdırmaq üçün Ərdoğanla əlavə tədbirlər nəzərdə tutmuşuq”.

Lakin Ərdoğan 16 sentybarda Türkiyədə Putinlə (və Ruhani ilə) daha bir görüşün olacağını vurğulayaraq eyham vurub ki, “proses davam edir” və konkret uzlaşma yoxdur.

“Strateji tərəfdaş?”

Əlbəttə, Rusiya ilə çox gözəl siyasi və iqtisadi münasibətlərimiz olmalıdır. Amma strateji və geopolitik məsələlərə gəlincə, burada iki dəfə düşünmək gərəkdir.

Bəli, Ərdoğan “müdafiə sənayesi sahəsində əməkdaşlıq, Su-35 və Su-57 təyyarələrini almaq” kimi strateji xarakterli məsələlər üzrə də Moskvaya müsbət siqnallar verib. Amma, bəlkə, bütün bunlar Suriyadakı problemlərlə bağlı mürəkkəb sövdələşmə şəraitində beh kimi deyilib? Ya da hətta F-35-lə bağlı problemlər kontekstində Vaşinqton qarşısında mövqelərimizi gücləndirmək üçün?

Bəs, ola bilsin, Türkiyə doğrudan da, Rusiyanın “strateji tərəfdaşı” olar?

Bu variantlardan hansı həyata keçəcək, zaman göstərər.

Əlbəttə, Türkiyə Rusiyanın yaxşı ticari tərəfdaşı olmalıdır, amma bununla yanaşı, “strateji tərəfdaşlıq”dan çəkinməyinə dəyər. Və tamamilə ağlabatandır ki, çəkinəcək…

Çünki belə bir tərəfdaşlıq Türkiyənin 150 illik geopolitik eyniyyətinin dəyişdirilməsi, Rusiyanın təsir zonasına çəkilməsi deməkdir.

Türkiyə “Rusiyanın strateji tərəfdaşına” çevrilərək kapital, yatırım, akademik elm, mülki texnologiya və hüquq sahəsində öz ehtiyaclarını təmin edə bilməz. Əksinə, Rusiyanın təsir zonasına çəkilmək Türkiyənin bu sahələrdə Qərbdən aldığının hamısını riskə düçar edər…

Rusiyanın geopolitikası

Heç şübhəsiz, Rusiya “föqəldövlət”dir. O, Stalinin ağır mirası sayəsində hərbi nəhəngdir, amma həmin miras üzündən mülki texnologiyalar və hüquq sahəsində cırtdandır.

Hərbi işğalları ilə çar Rusiyası və Şərqi Berlindən Yaponiya sahillərinə qədər uzanan sovet imperiyası çağdaş Rusiyaya ölkə içində avtoritar mədəniyyət və xarici siyasətdə ekspansionist mədəniyyət verib.

Sovet imperiyası haqda KQB-nin ən təcrübəli və istedadlı şagirdi Putinin özündən eşitdiyimiz nostaljik bəyanatlar və onun Ukrayna, Belarus, Krm və Gürcüstandakı hərbi əməliyyatları diqqətsiz qalmır. Sovetin təsir zonasına daxil olmuş Şərqi Avropa ölkələri NATO və AB-nin yanına keçib, amma Asiyanın keçmiş sovet respublikaları “dövlətlər birliyi”nin tərkibinə qəbul edilib.

Almaniya kansleri Bismark XIX yüzillikdə RusiyaAvropadan uzaq tutmaq arzusu ilə onu Osmanlı torpaqlarına, Balkanlara, Qafqaza və İrana tuşlanmağa təhrik edib…

Bizim tatriximizə Plevnanın (Rumıniyada şəhər-tərc.) müdafiəsi ilə daxil olan 1877-1878-ci illər Rusiya-Türkiyə savaşındakı fəlakətli məğlubiyyətin əsasında məhz bu durub.

Amma Rusiya bu gün hansı torpaqlara özünün strateji təsir zonası kimi baxa bilər? Aydındır ki, Avropanın, Yaponiyanın və Çinin deyil. Bu bölgələr Rusiya üçün müxtəlif məsələlər üzrə əməkdaşlıq zonası ola bilər.

Türkiyənin xarici siyasəti

Moskva Rusiyanın güneyindəki coğrafi məkanı özünün təsir zonası saya bilər. Məgər aydın deyil ki, İranla strateji tərəfdaşlıq quran Putin özünün niyə bütün hərbi çəkisi ilə Suriya və Şərqi Aralıq dənzində yerləşib? İsraillə niyə yaxşı münasibətlər saxlayır?

Niyə Türkiyəni Qərbdən aralamaq üçün hər şeyi edən Putin Suriyada Ərdoğana azacıq da güzəştə getmədi?

Putin hətta Kürdüstan Fəhlə Partiyasını (PKK) terrorçu təşkilat saymır. Biz “əziz dost Putin”i PKK-nı terror təşkilatı kimi tanımağa hələ belə də inandıra bilməmişik, elə deyilmi?

Türkiyə bir yandan Qərbdə möhkəm əsaslanmalıdır, Qərbin plüralist strukturu çərçivəsində həmişə, hətta mübahisəli məsələlərdə də Türkiyəni dəstəkləyən çevrələrin rəğbətini qaytarmağımız gərəkdir. O biri yandan, əlbəttə, Türkiyə bütün dünya boyu addımlamalıdır. Onda Suriyada da güclü mövqeyimiz olacaq.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar