Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Futbol Federasiyası Azərbaycan xalqına təşəkkür etdi

Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib.

Qurumun rəsmi saytında “Təşəkkürlər, Qardaş Azərbaycan!” başlığı ilə yerləşdirilən xəbərdə deyilir:

“Dost və qardaş ölkə Azərbaycan AVRO-2020 zamanı və Bakıda oynadığımız iki matçda tribunaları qırmızı və ağ rənglərlə dolduraraq əla qardaşlıq ruhu göstərdi.

Milli komandamıza, federasiyamıza və bütün türk xalqına böyük dəstək göstərən və bizi ən yaxşı şəkildə qəbul edən Azərbaycan “bir millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi.

Bu münasibətlə Uelslə matçımıza prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan ilə birlikdə gəlmiş Azərbaycan Prezidenti İlham Əliyevə və AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla bütün qurum və təşkilatlara nümunəvi ev sahibliyinə görə təşəkkür edirik.

Azərbaycan və Türkiyənin birliyi və həmrəyliyinin əbədi davam edəcəyini bir daha bütün dünyaya nümayiş etdirən Azərbaycan xalqına milli komandamızın yanında olduğuna görə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Türkiyə millisi 16 və 20 iyul tarixlərində Uels və İsveçrə ilə A qrupunun matçlarını Bakı Olimpiya Stadionunda keçirib. Qrup sonuncusu olan “ay-ulduzlular” bu gün Bakını tərk edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar