Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türkiyə ərəb dünyasındakı sonuncu dostunu da itirə bilər

ABŞ Qətəri də separat müqaviləyə sürükləməmək istəyir...

Semih İdiz
“Əl-Monitor”, 19.09.2020

Prezident Rəcəb Tayyib Ərdoğan dövründə Türkiyənin islamçılara söykənən xarici siyasəti Ankaranın Ərəb dünyası ilə əlaqələrini darmadağın edib.

Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinin islamçı kimliklərini qəbul etməsi ilə Türkiyəni və ərəb rejimlərini yaxınlaşdıracaq günlər çoxdan arxada qalıb.

Təxminən 20 il əvvəl hakimiyyətə gəldikdən sonra Ərdoğanın İsraili qabarıq şəkildə tənqid etməsi, əvvəlcə ona ərəb liderləri arasında populyarlılıq qazandırıb və ərəb xalqlarında coşqu ilə qarşılanıb. “Ərəb Baharı” sonrası bölgəyə yönəlmiş siyasət, əsasən, “Müsəlman Qardaşlar”a və onun qollarına dəstək verməyə əsaslanıb ki, bu da bir çox ərəb rejiminin maraqlarına zidd gəlib. Açığı, Qətər istisna olmaqla, Ərdoğanın bu gün ərəb liderləri arasında çətin ki, dostu qalıb. Bununla bərabər, Türkiyənin ərəb düşmənlərinin və rəqiblərinin sayı, AKP-nin ilk dəfə hakimiyyətə gəldiyi 2002-ci ildəki vəziyyətlə müqayisədə, iki qat artıb.

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin İsraillə diplomatik əlaqələr qurmaq barədə son qərarları Ankara üçün vaxtilə lider rolunu oynamağı hədəflədiyi məkanda geriləmədir. Ankara, digər ərəb ölkələrinin BƏƏ və Bəhreynə qoşulma seçimi edə biləcəyi ehtimalını nəzərə alaraq, bölgədə daha çox siyasi dayaq itirməkdən qorxur.

Avqust ayında BƏƏ-nin İsraillə diplomatik əlaqələr qurma qərarına qəzəbli təpki verərək, Ankara Körfəz dövlətini “dar maraqlarına görə Fələstin məsələsinə xəyanət etməkdə” günahlandırıb. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, “bölgədəki insanların tarixi və vicdanı bu riyakarlığı heç vaxt unutmayacaq və bağışlamayacaq”. Halbuki BƏƏ 1949-cu ildə İsrail dövlətini tanıyan və onunla diplomatik əlaqələr quran Türkiyənin etdiyini edib.

Türkiyə ilə İsrail, soyuq və düşmən münasibətlərinə baxmayaraq, bu gün səfir səviyyəsində əlaqələrini davam etdirir.

Maraqlıdır ki, prezident Donald Trampın patronluğu ilə Vaşinqtonda keçirilən yüksək səviyyəli imza mərasimi ilə bağlı Ankarada rəsmi bir açıqlama verilməyib.

İran bu gün bölgənin sünni rejimləri, xüsusilə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Körfəz dövlətləri arasında əsas narahatlıq doğurur. Buna baxmayaraq, bir çox analitik məhz Ankaranın Ərəb dünyasının işlərinə qarışmasının və “Müsəlman Qardaşlar”a verdiyi güclü dəstəyin bu rejimlərin İsrailə yönəlməsinə töhfə verdiyini düşünür.

Türkiyənin özünün xarici siyasi müdaxilə qorxusu belə, Misir, Suriya və Liviyanın daxili işlərinə qarışmaq cəhdlərini, bu ölkələrdə Türkiyəyə dost hökumətləri hakimiyyətə gətirmək məqsədinə maneə törətməyib.

Türk rəsmilər bölgədə qurulmuş antidemokratik və repressiv nizamın xalqın iradəsini təmsil etmədiyini iddia edərək bu cür müdaxiləni rasionallaşdırıblar. Səlahiyyətlilər buna görə Türkiyənin etdiklərinin mənəvi cəhətdən haqlı olduğunu söyləyirlər.

Ərdoğanın Türkiyədəki bir çox tərəfdarı hesab edir ki, Yaxın Şərqdəki sünni ölkələrdə demokratik seçki keçirilsəydi, o, böyük bir fərqlə seçiləcəkdi. Bu iddiada həqiqət payı olsa da, yenə də arzuolunanı gerçəklik kimi qələmə verməkdir. Bu gün Ərəb dünyasında hakimiyyətin necə bölüşdürüldüyünü nəzərə alsaq, mövcud vəziyyətin tezliklə dəyişəcəyi ehtimalı yoxdur.

Vəziyyəti dəyişə biləcək yeganə yol – bölgədəki rejimlərin devrilməsidir. Ancaq bu rejimlər unudulan “Ərəb Baharı”ndan bəri daha müdrikdir və həmin hadisələrin təkrarlanmaması üçün repressiv tədbirlərlə hər zamankindən daha çox əl atırlar. Həm də Ərdoğana ərəb küçəsində göstərilən hər hansı bir dəstək Ankara üçün geostrateji üstünlüklərə çevrilməyib.

“Ərəb Baharı”nın regional siyasətdə islamçıları ön plana çıxartması, bir çox qeyri-ərəb gücün – ABŞ, Rusiya və Çin daxil olmaqla, – ümumiyyətlə, müxtəlif dərəcələrdə status-kvonu dəstəkləməsini təmin edib. Türkiyə isə “Müsəlman Qardaşlar”a və onun qollarına güclü dəstək və sığınacaq təmin etməyə davam edən yeganə regional güc olaraq qalır.

Ərdoğanın avqustun 22-də İstanbulda yüksək səviyyəli “HƏMAS” üzvlərinə ev sahibliyi etməsi islamçı Fələstin qrupunu terror təşkilatı hesab edən Vaşinqtonda qəzəbli təpki yaradıb. Ankara “HƏMAS”-ın demokratik yolla seçildiyini vurğulayaraq cavab verib.

Yaxın Şərqdəki mövcud rejimlərdən bir çoxunun Ankaranın maraqlarına uyğun olaraq bölgədə rejim dəyişikliyi yaratmaq üçün hər fürsət axtardığına inandığını düşünmək çətin deyil.

Vaşinqtondakı imzalanma mərasiminə dair “əl-Cəzirə”nin siyasi analitiki Mərvan Bişara bildirib: “Bu, daha çox regional güclərə, İrana və Türkiyəyə yönəlmiş bir ittifaqdır”.

Türkiyəyə qarşı artan nifrət Misir və BƏƏ-ni, Ankara və Afinanın enerji axtarış mövzusunda ziddiyyətdə olduğu Aralıq dənizinin şərqində ortaya çıxan antitürk beynəlxalq koalisiyasına qoşulmağa da məcbur edib.

Misir xarici işlər naziri Sami Şükri sentyabrın 9-da Ərəb Birliyində verdiyi açıqlamada Türkiyənin bir çox ərəb ölkəsində açıq müdaxilələrinin bu gün ərəb milli təhlükəsizliyi üçün ortaya çıxan ən böyük təhdid olduğunu söyləyib.

Təqaüdçü briqada generalı Naim Baburoğlunun fikrincə, Türkiyənin digər ərəb ölkələrinin BƏƏ və Bəhreynin yolunu getməsinə özünü hazırlamalıdır.

Bir çox analitik hesab edir ki, BƏƏ və Bəhreyn bölgənin enerji brokeri Səudiyyə Ərəbistanının xeyir-duası olmadan bu addımı ata bilməzdilər.

Baburoğlu Qətərin ABŞ-la yaxın hərbi əlaqələrini vurğulayaraq, Türkiyənin hazırda bölgədəki yeganə dostu olan bu Körfəz dövlətinin də İsraillə əlaqələrini normallaşdırmaq üçün Vaşinqtonun təzyiq göstərəcəyi fikrindədir. Bu yaxınlarda “Veryansin TV”-yə verdiyi müsahibədə Dohanın digər Körfəz dövlətləri ilə fərqliliyinə son qoymaq üçün Vaşinqtonun çox çalışdığını deyən Baburoğlu bunun tezliklə baş verəcəyinə inandığını bildirib. O deyib: “Türkiyə ilə Qətər arasındakı əlaqələr, Qətərin Körfəz dövlətləri ilə münasibətləri normallaşarsa, əvvəlki kimi olmayacaq. Unutmayaq ki, Körfəz dövlətlərinin bu əlaqələri normallaşması üçün əsas şərti Qətərdəki türk hərbi bazasının bağlanmasıdır”.

Digər analitiklər Qətərin artıq İsraillə təmasda olduğunu xatırladır və son atəşkəsə dair apardığı danışıqlar yəhudi dövləti ilə “HƏMAS” arasında dialoqa işarə edir.

Vaxtilə Ərdoğanı dəstəkləyən, lakin indi ona qarşı çıxan dindar siyasi şərhçi Ahmet Taşgetiren, “islamçılığın” etibarlı bir ideoloji yanaşma olduğuna diqqət çəkib. Buna baxmayaraq, Türkiyənin bir dövlət olaraq bu yanaşmanı xarici siyasətinin təməli olaraq qəbul etməli olduğuna o, şübhə edir. “İdeya səviyyəsində islamçılıq hər zaman mövcud ola bilər… Lakin xarici siyasətin dili daha çevik olmalıdır. Hamı ilə görüşə və danışa bilmək vacibdir”, – deyə Taşgetiren gündəlik “Karar” qəzetindəki köşəsində yazıb.

Taşgetirenə edib: “Şübhəsizi, bir İslam ölkəsinin İsraillə əlaqələrini inkişaf etdirməsi sağlam bir işarə deyil”.

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Paşinyan: “Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar - Foto

loading...

Ən çox oxunanalar