Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə daha bir ölkədə hərbi baza qurdu

Liviyada qiyamçı general Haftara qarşı legitim hökumətə dəstək verən Türkiyə Misrata şəhərində hərbi dəniz bazası tikməyi planlayır.

PİA.az Avropa.info-a istinadən xəbər verir ki, “DefenceTürk”ün yazdığına görə, dünən Liviyaya səfər edən Türkiyə müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu general Yaşar Gülər, Qətər baş nazirinin müavini və müdafiə naziri Səlahəddin ən-Nəmruşun iştirak etdiyi görüşdə Türkiyə, Qətər və Liviya hökumətləri arasında bir sıra hərbi əməkdaşlıq müqavilələri imzalanıb.

Müqavilə çərçivəsində Qətər Liviyada qurulacaq hərbi təlim mərkəzlərini maliyyələşdirəcək. Digər tərəfdən Misratada üçtərəfli koordinasiya mərkəzi qurulacaq və müqavilə çərçivəsində Türkiyə Misratada hərbi dəniz bazası tikəcək.

Məsələ ilə bağlı Türkiyənin rəsmiləri rəsmi açıqlama verməyib. Ancaq 13 avqustda sosial şəbəkədə yayılan görüntülərdə Misrata ətrafında Türkiyə Dəniz Qüvvələrinə məxsus olduğu bildirilən “Qabya” tipli freqat və Sikorski S-70B-28 “Seahawk” helikopterinin görünməsi Türkiyənin dəniz bazası tikmək üçün hərəkətə keçdiyi şəklində şərh edilmişdi. Regional mətbuat da bu şərhi dəstəkləyən yazılarla çıxış etmişdi.

Regional mənbələrin verdiyi məlumata görə, infrastrukturunun təmir olunduğu Vatiyə hərbi hava bazası da Türkiyənin istifadəsinə veriləcək. Bazada qiyamçı Haftara qarşı əməliyyatlarda həlledici rol oynayan və böyük uğura imza atan PUA və HHM sistemləri yerləşdiriləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar