Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbul keçirilib

Bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbul keçirilib...

Qəbulda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin himnlərinin oxunması ilə başlayan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Milli Məclisin sədri Oqtay Əsədov çıxış ediblər.

E. Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı təbrikini oxuyub. Türkiyə Prezidenti təbrikində bildirib ki, Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal savaşımızın qələbəsində rolu olanları hörmətlə yad edirlər: “Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz bu dövlətin qurulması və qorunması üçün canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirik. Biz dövlət və millət olaraq son illər yenə də bir İstiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Bu gün sərhədlərimizin təhlükəsizliyinə və iqtisadiyyatımıza hücumlar davam edir, İstiqlal savaşını fərqli formada aparırıq. Türkiyə qədim dövlətçilik nənələri ilə bu problemlərin öhdəsindən gələcək. Ölkəmizin qarşısındakı maneələri aşaraq bu günlərə gəldik. Ölkəmizi 2023-cü il hədəflərinə çatdıraraq bizdən sonrakı nəsillərin 2071-ci il hədəflərinə çatmasına zəmin yaradacağıq. Bir daha Türkiyə Cümhuriyyətinin edan edilməsinin 96-cı ildönümü münasibəti ilə sizləri təbrik edirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdıran spiker Oqtay Əsədov isə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb.(APA)

pia.az


Etiket: Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar