Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə çətin seçim qarşısında: Rusiya, yoxsa ABŞ?

"Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edərək Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş gözlənildiyindən çox çəkib. Bu səbəbsiz deyil, liderlər xeyli mövzu müzakirə ediblər. Bu sıraya müdafiə sənayesinin, azad iqtisadi ticarət müqaviləsinin, regionda sülh və sabitliyin qorunmasından tutmuş, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılması aiddir. Ancaq böyük ehtimalla əsas mövzu Ukrayna-Rusiya gərginliyi və müharibə ehtimalının artması olub".

PİA.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq xatırladıb ki, Rəcəb Tayyib Ərdoğan Zelenskini qəbul etmədən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb:

"Telefon danışığının təşəbbüskarı Kreml sahibi olub. Əslində Vladimir Putin bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün təfərrüatları barədə Ərdoğanı məlumatlandırmaq məqsədilə türkiyəli həmkarına zəng etmişdi. Ancaq Putin fürsətdən istifadə edərək Ərdoğanın Ukrayna ilə bağlı mövqeyini də öyrənməyə çalışıb. Putin Rusiya-Ukrayna gərginliyində Ərdoğanın neytral qalmasını istəyir. Ankara Moskva ilə münasibətlərində yeni gərginlik mövzusunun yaranmasını istəmir, ancaq Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və bu ölkəyə modern hərbi texnika satmaq siyasətindən də imtina edən deyil.

ABŞ hərbi gəmiləri Qaradənizə yaxınlaşmaq üzrədirlər. ABŞ hərbi gəmilərinin boğazlardan Qaradənizə girişinə icazə verib-verməmək Türkiyənin əlindədir. Çətin seçimdir. Ankara tərəzinin bir gözünə Rusiyanı, o birisinə Amerika ilə Ukraynanı qoyduqda ikincinin ağır gəldiyi aşkardır. Ancaq Ankara icazənin və nəticədə Rusiya ilə münasibətlərdə soyuqluğun artması qarşılığında Amerikanın Türkiyə siyasətinin müsbətə doğru dəyişməsinə ümid edə bilərmi? Çətin".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar