Çərşənbə axşamı, 13 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Türkiyə bu dəfə yaxın mənzilli zenit-raket kompleksini təqdim etdi — Video

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib.
 
Bu, SUNGUR yaxın mənzilli zenit-raket kompleksidir. “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılan raket kompleksinin sınaqlarının tamamlandığı haqda Müdafiə Sənayesi Agentliyinin  başqanı İsmayıl Demir özünün sosial şəbəkə hesabından elan edib. Və kompleksin videogörüntülərini paylaşıb.
 
Kompleks portativ özəllikləri sayəsində quru, hava və dəniz platformalarına inteqrasiya edilə biləcək. “Sevindirici hadisənin xəbərini aldıq, birazdan sizlərlə də paylaşacağam, gözləyin”,-İsmayıl Demir yazıb. Və daha sonra kompleksin sınaqlarına dair görüntüləri yayıb. Videogörüntülərə əsasən SUNGUR yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur. Kompleksi Türkiyənin və dünyanın aparıcı hərbi sənaye şirkətlərindən olan ROKETSAN hazırlayıb

 

Bu komplekslər Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan və ABŞ istehsalı olan “Stinger” zenit-raket komplekslərini əvəz edəcək. Və Türkiyənin eşalonlaşdırılmış havadan müdafiə sisteminin ilk eşalonunda yer alacaq.
 
Kompleks qanadlı raketlərə, pilotsuz uçan aparatlara, alçaqdan uçan təyyarələrə və vertolyotlara qarşı yüksək effektivlik nümayiş etdirir. Və quru qoşunlarını həm hücumda, həm müdafiədə belə hava hədəflərinə qarşı qoruyur. Tezliklə SUNGUR komplekslərinin silahlanmaya daxl olacağı gözlənilir. Komplekslər ROKETSAN-ın PORSAV “yer-hava” raketləri ilə təchiz edilib. Bu raketlər 4 kilometrə qədər yüksəklikdə, 8 kilometrə qədər uzaqlıqda olan hədəfləri vura bilir.
 
Qeyd edək ki, SUNGUR yaxın mənzilli zenit-rakeet komplekslərinə gələcəkdə Azərbaycan da maraq göstərə bilər. Çünki bu komplekslər Azərbaycan ordusunun silahlanmasında yer alan “OSA” yaxın mənzilli zenit-raket komplekslərini (modernizə edilmiş variant) gələcəkdə əvəz etmək üçün ideal vasitədir. (virtualaz.org)

pia.az


Etiket: SUNGUR

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Araik Arutunyan Şuşaya gedib və azərbaycanlılarla görüşüb...

Dilqəm Əsgərov “Həsən necə öldürülüb?” sualına əsəbləşdi – “Bunu Paşinyanın dostu Şahbazdan soruşun”

Vasif Talıbov nəvələrinə Bakıda kiçik toy etdi - Foto

Afaq Bəşirqızının oğluna yüksək vəzifə verildi

Lavrov Türkiyəyə xəbərdarlıq etdi: “Ab-havanı qızışdırmasınlar“

Azərbaycan mənasız modeldən çıxmalı, iki əsas nazirimiz olmalıdır

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib - Yenilənib 2

İddia: “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? 

DİN-dən Qubad İbadoğlunun qızı ilə bağlı açıqlama

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - Anbaan video

Ən çox oxunanalar