Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə blef edərək Suriyada istədiyinə nail oldu” – Təhlil

Stiven A. Kuk
Foreign Policy (ABŞ), 16.08.2019

2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər və jurnalistlər ABŞ-ı yaxalaya biləcək hansısa uzağa gedən fəlakət haqda daim narahat olurdular. Belə bir vəziyyət son bir neçə həftə ərzində saxlanırdı, çünki elə görünürdü ki, çoxları Türkiyənin Suriyanın şimali-şərqinə müdaxilə həyata keçirəcəyinə tam inanırdı.

“The Washington Post” nəşrinin xəbər verdiyi kimi, ABŞ prezidenti Donald Tramp administrasiyası fəlakəti önləmək üçün “son addımları” atırdı. Xəbərlərdə və analitik məqalələrdə elə hey bu “əlamətlərə” işarə edirdilər ki, Türkiyənin qüdrətli silahlı gücləri Suriya sərhədini keçməyə hazırlaşır. Amma belə də heç nə baş vermədi.

Tamamilə mümkündür ki, Amerikanın mahir diplomatiyası Türkiyənin müdaxiləsini qabaqlamağa imkan verib, Türkiyə və Amerika rəsmilərinin şimali-şərqi Suriya üzrə avqustun 7-də imzaladıqları saziş bunun dəlili kimi çıxış edə bilər. Amma hər halda səbəb var ki, Ankarada rəsmi şəxslər təntənə ilə bildirirlər – saziş Vaşinqtonun Türkiyənin tələblərinə güzəştidir. Qəribədir ki, Türkiyə prezidentinin Suriyaya müdaxilə haqda təhdidləri, əslində, blef və danışıqlar aparmaqda vicdansız bir taktika ola biləcəyi imkanları belə az nəzərdən keçirilir. Türkiyə prezidenti Vaşinqtonu yaxşı tanıyır. O bilir ki, ABŞ və Türkiyə arasındakı strateji tərəfdaşlığı, yəni ölkələrin geniş xarici siyasət hədəflərinə və buna çatmaq yollarına ümumi baxış haqda ideyaları ikitərəfli mümasibətlərdə on illiklər boyu rəhbər tutmağı məhv etmək hədəsi gələrək Amerika siyasətçilərinə çox yaxşı təcil verə bilər. Ərdoğan bilir ki, bu tərəfdaşlıq artıq “uzun müddət yaşamaq əmri alıb” və bunu hələ də başa düşməyən amerikalılardan sevinə-sevinə istifadə edir.

Əlbəttə, Ankaranın Suriyaya müdaxilə edə biləcəyi haqda güman tam yarana bilərdi. Ərdoğan 2018-ci ilin yanvarından bəri səkkiz dəfə Türkiyə hərbçilərini şimali-şərqi Suriyaya göndərmək hədəsi gəlib, son üç hədə 2019-cu il iyul və avqustun başlanğıcı arasındakı dönəmdə səslənib. Bununla yanaşı, Ərdoğan öz sözünün ağasıdır. Türkiyə hərbçiləri 2016-cı ilin yayında “Fərat qalxanı” əməliyyatına başlayıb, 2018-ci ilin başlanğıcında isə “Azad Suriya Ordusu” ilə birgə Suriyanın Afrin şəhərini tutublar. Ən başlıcası, Ankaranın motivi var. Türkiyə hərbçiləri, ölkənin orta statistik vətəndaşları və Qərbin, demək olar, hər bir analitiki bununla razılaşır ki, Suriya kürdlərinin habelə YPG kimi tanınmış döyüş dəstələri Türkiyə hərbçilərinin mümkün əsas hədəfidir. YPG dəstələri Türkiyədə terrorçu təşkilat kimi tanınan və Türkiyə ilə, demək olar, 40 il vuruşan Kürdüstan Fəhlə Partiyasına (PKK) birbaşa bağlıdır.

Bununla belə, obyektiv təhlilin gedişində Ankaranın hədələrinin Vaşinqtonu güzəştə getməyə vadr etməkdən ötrü blef olduğunu göstərən xeyli əlamət aşkarlamaq olardı. Birincisi, müdaxiləyə ehtiyac yox idi. Kürdlərin “Qərbi Kürdüstan” adlanmdırdıqları ərazi artıq bölünüb. Türkiyə şərqdə Cərablusdan qərbdə Türkiyə sərhədinədək əraziyə göz qoyur. Türkiyə qoşunları orada qalınca heç bir əlamət də yoxdur ki, onlar ölkəni tərk etməyi planlaşdırırlar, kürdlər dövlət qurmaq üçün gərəkən torpaqları birləşdirməyi bacarmazlar.

İkincisi, Ərdoğanın coşğun ifadələrinə baxmayaraq, Ankara Suriyada böyük ehtiyatlılıq göstərir. Əlbəttə, Türkiyənin transsərhəd terrorizmi ilə bağlı qəzəb və qorxusunu anlamaq olar, amma kürdlərin, cavabında başlaya biləcəkləri asimmetrik savaş imkanları nəzərə alınarsa, ehtimal ki, Suriyada böyük hərbi kampaniya Türkiyəni terror hücumları üçün daha dişbatan edər. Müdaxilənin mümkün risklərini anlamaqdan ötrü türklərin İsrailin Livandakı uğursuz təcrübəsinə baxmağı yetərlidir. Ərdoğanın Fəratdan şərqdə qoşun yerləşdirmək imkanı haqda hədələri Türkiyənin yaxın keçmişdə (Türkiyəyönlü Suriya könüllülərinin başçılığı ilə ) həyata keçirdiyi məhdud müdaxilə ilə müqayisədə daha çətin əməliyyatdır. Əlbəttə, Türkiyənin əlində yaxşı hazırlıq görmüş silahlı güclər var, amma bu, onların YPG ilə uzanan münaqişə çərçivəsində Suriyada ilişib qalacaqları riskini aradan götürmür. Türkiyə silahlı qüvvələri Türkiyənin daxilində PKK üzərində hələlik qələbə çalmayıblar, onda Türkiyə hərbi rəhbərliyində nədən inam yaranmalıdır ki, Ankara Suriya ərazisində YPG-yə ölümcül zərbə vura bilər? Ehtimal ki, Türkiyə hərbçiləri bütün bunları yaxşı anlayırlar və türklərin heç hara həqiqi şəkildə müdaxilə etmədiklərinin və ehtimal ki, heç vaxt hazırlaşmadıqlarının səbəblərindən biri budur.

Nəhayət, Suriyanın şimali-şərqində ABŞ-ın iştirakı Ankaranın xeyrinə iş verir. İndiki şəraitdə hətta əsgərləri döyüşə göndərmədən Ərdoğana daxili-siyasi xal yığmaq daha asandır. Amerika əsgərləri bu bölgədə olmasaydılar, onda, ehtimal ki, Ərdoğanın davakarlığı az olardı, çünki Suriya gerçəklikləri Türkiyənin qabağını alır. ABŞ-ın Suriyada iştirakı Ərdoğan üçün uduşlu vəziyyətdir. O, Vaşinqtonu şillələyə bilər, amma güclü mövqeyi saxladıqca müdaxilə haqda təkrar-təkrar hədələri yerinə yetirmək onun üçün önəmli deyil.

Tərəflər son nəticədə ABŞ-ı “Türkiyənin təhlükəsizlik problemlərini həll etməyə”, Türkiyənin cənubi-şərqində birgə əməliyyat mərkəzi yaratmağa və Suriyanın şimalında təhlükəsizlik zonası qumağa çağıran saziş imzalayıblar. Bu sazişdən ehtimal edilən effekt bundan ibarət olacaq ki, Birləşmiş Ştatlar Suriyaya cəlb olunacaq və bütün bu prosesdə Türkiyənin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürəcək. Türkiyə ABŞ-dan da məhz bu öhdəliyə nail olmaq istəyirdi. Ərdoğan indiki halda qeyri-adi uğurla qürrələnə bilər. Ehtimal ki, Türkiyə lideri poker oynamır, amma, ola bilsin, başlamağı vacib olardı.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar