Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endiriblər
Yerli KİV bildirir ki, bu barədə Türkiyənin Milli Müdaifə Nazirliyi məlumat yayıb.
Məlumat deyilir ki, Türkiyə HHQ “Pəncə” əməliyyatı ilə koordinasiyada İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib.
Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları da məhv edilib. (Virtualaz.org)
pia.az