Türkiyənin Çankırı şəhərində üç dəqiqə fasiləylə iki dəfə zəlzələ baş verib
"Yeni Sabah" "Hürriyet"ə istinadən xəbər verir ki, zəlzələlər 4,7 və 4,8 bal gücündə olub. Zəlzələlər Türkiyə vaxtilə saat 09:00 və 09:03-də qeydə alınıb.
Zəlzələ Ankara və digər şəhərlərdə də hiss edilib. Hadisə nəticəsində dağıntılar və xəsarət alanlar olmayıb.
pia.az