Cümə, 23 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Azərbaycana gələcək 

Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatı (UN), Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı (APSCO), Türkiyənin TÜBİTAK UZAY mərkəzi və Türkiyə Kosmik Agentliyi tərəfindən beynəlxalq konfrans təşkil olunub...

PİA.az Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinə istinadla bildirir ki, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Hindistan, Pakistan, Sinqapur, İtaliya, Kanada, Çili, Peru və Türkiyənin bir çox nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov təmsil edib.

“Kosmik Hüquq və Siyasət” mövzusuna həsr olunmuş tədbirdə Kosmosun təhlükəsiz və sülh naminə istifadəsinin təşviqi, kosmik fəaliyyətlə əlaqədar milli qanun və siyasət çərçivələri, kosmik texnologiyaların tətbiqi ilə davamlı inkişafın təmin olunması, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın stimullaşdırılması yolları kimi mühüm məsələlər müzakirə edilib. Konfrans çərçivəsində professor Natiq Cavadov bir sıra dövlətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirib. Həmin görüşlərdən birində Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım yaxın zamanda Azərbaycana səfər edəcəyini və Milli Aerokosmik Agentliyinin fəaliyyəti ilə əyani tanış olacağını bildirib.

Konfransın gedişi zamanı həmçinin, BMT-nin siyasət və hüquq məsələləri bölümünün sədri və xarici kosmik işlər üzrə rəhbəri Niklas Hedman, Sinqapur Aerokosmik Agentliyinin prezidenti Jonathan Hung, TÜBİTAK UZAY-ın idarə heyətinin sədri Lokman Kuzu, APSCO-nun baş direktor müavini Aziz Koru, ASELSAN-ın peyk yükləmə proqramları üzrə direktoru xanım Alime Özyıldırım, TÜRKSAT-ın peyk əməliyyatları üzrə vitse-prezidenti Hasan Hüseyin Ertokla qarşılıqlı əməkdaşlıq üzrə müzakirələr keçirilib, informasiya mübadiləsinin təşkilinin, müştərək tədqiqat işlərinin həyata keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

ABŞ Milli Kəşfiyyatı Moskvanı hədələdi: "Rusiya buna cavab verəcək"

Paşinyanın yalvarış üçün “yaratdığı” “WhatsApp” qrupu - Satirik videoçarx

Məşhur türk bloqqer "Ermənistanın ordu sıralarında"

Azərbaycan Ordusunun qarşısında yalnız bir ciddi məsələ qalıb...

Ermənilər Xocavənddə mühasirəyə düşdü: Mərkəzi qərargahla əlaqə tamamilə kəsilib

Ermənilər Xankəndidən qaçıb: “Ruh şəhər”də küçələr boşdur - Foto

Ermənilər Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə...

Ermənistan Qəbələ və Kürdəmirə balistik raketlər atıb

loading...

Ən çox oxunanalar