Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçiriləcək - Avqustda

Avqustda Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçiriləcək

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu ənənəvi mətbuat konfransında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Türkiyə rəsmisi qeyd edib ki, üçtərəfli sammitdə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Suriyanın İdlib bölgəsindəki vəziyyəti, regionda təhlükəsizlik məsələlərini, digər beynəlxalq problemləri müzakirə edəcəklər. Onun sözlərinə görə, digər yüksəksəviyyəli görüş isə Türkiyə, Almaniya, Rusiya və Fransa arasında keçiriləcək. Əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət olacağı bu sammit İstanbulda Türkiyə Prezidentinin sədrliyi ilə BMT-nin Baş Assambleyası ərəfəsində təşkil ediləcək.

İ.Kalın Rusiyadan S-400 raket komplekslərinin alınması məsələsinə də toxunub. Bildirib ki, bu silahlar tezliklər Türkiyəyə gətiriləcək. O əlavə edib ki, bu müdafiə sistemi digər ölkələrin, xüsusilə NATO-nun təhlükəsizlik sisteminə təhlükə törətmir. Kalın qeyd edib ki, raket sistemlərinin Türkiyənin hansı bölgəsində yerləşdiriləcəyinə isə Silahlı Qüvvələrin Baş Komandanlığı qərar verəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar