Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə, BMT və Rusiyadan ABŞ-a “Golan Təpələri” şoku

Yaxın Şərq üçün əsas mövqedə olan ABŞ prezidenti Donald Tramp, "ABŞ-ın “Golan Təpələri” üzərində İsrailin suverenliyini tam olaraq tanıması lazımdır" sözlərindən sonraTürkiyənin də aralarında olduğu bir çox ölkə Trampa reaksiya göstərib

BMT-nin baş katibinin sözçüsü Fərhan Haq Trampun açıqlamasına yönəlik "Biz bu məsələdə yalnız BMT-nin bütün qətnamələrinə söykənirik” deyərək ABŞ prezidentinin iddiasını dolayısı ilə rədd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatının yığıncağında etdiyi çıxışında, "Trampın “Golan Təpələri” ilə bağlı talehsiz açıqlaması bölgəni yeni bir böhranın eşiyinə gətirdi. Biz bu buna səssiz qala bilmərik və buna heç cür imkan verməyəcəyik” deyib.
Türkiyənin də aralarında olduğu bir çox ölkə Trampa təpki göstərərkən Suriya rejimi də, "Torpağımızı geri almaq üçün hər şeyi edəcəyik" açıqlamasını edib.
Suriya Xarici İşlər Nazirliyindən edilən açıqlamada da, “Suriya xalqının bu dəyərli Suriya torpaqlarını azad etmək üçün lazım olan hər şeyi edəcəyinə əminik” deyə bildirilib.

Bir reaksiya da Rusiyadan

Şam rejiminin bu bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyi də bir açıqlama verərək "ABŞ-ın “Golan Təpələri” ilə bağlı bəyanatı Birləşmiş Millətlər Təşkilatının qətnaməsinin birbaşa pozulmasıdır" deyə bəyan edib.

İran

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasımi, "Bu qeyri-qanunidir və qəbul edilə bilinməyəcək bir tanımadır, “Golan Təpələri”nin Suriyaya aid olduğu gerçəyini dəyişməməlidir" deyib.

Ərəb birliyi

Ərəb Birliyinin baş katibi Əhməd Əbu Gayt “Golan Təpələri”nin Suriya torpağı olduğunu vurğulayaraq ABŞ-ı belə bir addımdan uzaq dayanmağa çağırıb. Ərəb Birliyinin "İşğal edilən torpaqla bağlı əlaqədar olaraq tamamilə Suriyanın hüquqlarının arxasında" olduğunu ifadə edən Əbu Gayt, "ABŞ-ın Golan'da İsrail suverenliyini tanıması ümumi olaraq Ərəb-İsrail probleminə yönəlik Amerikan mövqeyi üzərində ciddi nəticələri olardı" deyə bildirib.

"Beynəlxalq nəzarət"

BMT Təhlükəsizlik Şurasının 1981-ci ildə verdiyi 497 saylı qərar İsrailin “Golan Təpələri”nin işğalına qarşı çıxır və qərarda “İsrailin işğal altındakı “Golan Təpələri”ndə öz qanunlarını, hakimiyyətini tətbiq qərarı qüvvədə deyildir və beynəlxalq hüquqi etibarlılığı yoxdur” deyilir. (müxalifət.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar