Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - Əməkdaşlıq olacaqmı?..

Qarabağ, Suriya kimi məsələlərdə türk dövlətlərinin eyni platformadan çıxış etmələri üçün siyasi imkanlar mövcud görünür?..

Politoloq: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yenidən bir araya gəlməsi, ayrıca türk cümhuriyyəti olan Özbəkistanın da yenidən bu şuraya üzvlüklə bağlı müraciət etməsi və qəbul olunması çox əhəmiyyətli hadisədir”.

“Bu toplumların həm əlifba birliyi, həm dil birliyi məsələsində ümumi olaraq strateji qərarlar qəbul olunmalıdır. Artıq bu yöndə əməli fəaliyyətə keçirilməlidir”.

Bu sözləri politoloq Natiq Miri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçib. Bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.

O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Bu görüşün əhəmiyyəti barədə nə demə olar və bu görüşdən türk dövlətlərinin strateji məsəllərdə ümumi siyasi birlik əldə etmələri ilə bağlı hansı ümidlər var. Misal üçün Qarabağ, Suriya kimi məsələlərdə türk dövlətlərinin eyni platformadan çıxış etmələri üçün siyasi imkanlar mövcud görünür?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “ABŞ, Rusiya, Çin kimi nəhəng dünya gücləri belə bu türk birliyi ilə hesablaşmaq məcburiyyətində qalacaqlar”.

Türk cümhuriyyətinin hər hansı birində problem yaranarsa, bu dövlətlər,bu toplum yumruq kimi bir olmalı olduğunu düşünən politoloq bildirib ki, türk dövlətləri bir olarlarsa, hür olarlar. Çünki güc birlikdədir:

“Bildiyiniz kimi artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası getdikcə gəlişməkdədir. Bu da xeyrə olan bir əlamətdir. Türk toplumlarının hər səviyyədə yaxınlaşması həm türk toplumunun birliyinə, həm də türk dövlətlərinin güclənməsinə gətirib çıxara biləcək bir vəziyyətdir.

Bu gün dünyada sözün əsl mənasında haqqı ə ədaləti müdafiə edəcək dövlətlər çox azdır. Ən azından Türkiyənin öz təhlükəsizliyi və Suriyadan məcburi şəkildə köçkün düşmüş 4 milyona yaxın əhalinin Suriyaya qayıtması üçün Türkiyənin Suriyanın Şimalında keçirdiyi hərbi əməliyyatlara bütün dünya gücləri, xüsusilə də Türkiyənin “NATO”üzrə müttəfiqləri qarşı çıxırdı. Demək olar ki, bütün dünya Türkiyəyə qarşı birləşmişdi. Bu hadisənin özü də bir daha göstərir ki, sözün əsl mənasında “türkün türdən başqa dostu yoxdur”.

Məsələyə bu prizmadan yanaşanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yenidən bir araya gəlməsi, ayrıca türk cümhuriyyəti olan Özbəkistanın da yenidən bu şuraya üzvlüklə bağlı müraciət etməsi və qəbul olunması çox əhəmiyyətli hadisədir. Ancaq düşünürəm ki, artıq bu faəliyyət, bu cür sammitlərin, görüşlərin keçirilməsi yetərli deyil. Çünki daha çox əməli fəaliyyət həyata keçirilməli və bu toplumların birlikləri üçün strateji qərarlar, addımlar atılmalıdır.

Natiq Miri: “Güc birlik olduqca türk toplumunu sevmiyənlər, türklərə qarşı olanlar artıq qarşısında tərkə Azərbaycanı deyil, bütövlükdə 300 milyonluq türk dünyasını qarşısına qaldığını düşünməlidirlər”.

Yəni bu toplumların həm əlifba birliyi, həm dil birliyi məsələsində ümumi olaraq strateji qərarlar qəbul olunmalıdır. Artıq bu yöndə əməli fəaliyyətə keçirilməlidir. Yalnız bundan sonra bütövlükdə bir türk birliyindən danışmaq olar. Düşünürəm ki, aradakı bütün fərqliliklər tədricən aradan qalxmalı və bir daha təkrar edim ki, sözdən daha çox əməli fəaliyyətə keçirilməlidir. Bu baxımdan Bakıda keçirilən növbəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu görüşünü, toplantısını çox əhəmiyyətli sayıram.

Mən ona görə bu millətlərin birliyindən danışıram ki, türk cümhuriyyətinin hər hansı birində problem yaranarsa, bu dövlətlər,bu toplum yumruq kimi bir olmalıdır. Türk dövlətləri bir olarlarsa, hür olarlar. Çünki güc birlikdədir. Güc birlik olduqca da türk toplumunu sevmiyənlər, türklərə qarşı olanlar artıq qarşısında tərkə Azərbaycanı deyil, bütövlükdə 300 milyonluq türk dünyasını qarşısına qaldığını düşünməlidirlər.

Belə olan halda ABŞ, Rusiya, Çin kimi nəhəng dünya gücləri belə bu türk birliyi ilə hesablaşmaq məcburiyyətində qalacaqlar. Belə olan təqdirdə də təbii ki, Dağlıq Qarabağ problemini də həll etmək daha asan olar. Düşünürəm ki, əslində güc birlikdə olduğu kimi firəvanlıq da birlikdədir. Bu cür birliklərin olması təksə türk toplumlarında, regionda deyil, qlobal səviyyədə dünyada sülhün təminatı kimi çıxış edəcək bir geosiyasi faktordur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Tbilisidə aksiyaçıların bir qismi dağılışmağa başlayıb - Yenilənib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar