Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk-Yunan gərginliyində Meis bəhanəsi: Kontinental şelf nədir?

Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizində yaşanan gərginliyin bəhanəsi Meis adasıdır. Yunanıstanın materik hissəsindən 580 km uzaqlıqda olan bu ada Antalyadan cəmi 2 km kənarda yerləşir. Adanın sahəsi cəmi 10 kvadrat kilometrdir. Buna baxmayaraq, ada Birinci Dünya müharibəsində bağlanan Lozanna müqaviləsinə görə, Yunanıstana verilib. Nəticədə Yunanıstanın indiki iddialarına bəhanə yaranıb.

Afina beynəlxalq qanunvericiliyin bir sıra müddəalarına əsaslanıb ada ətrafındakı kontinental şelfin ona aid olduğunu bildirir.

Bu zaman isə Türkiyənin Aralıq dənizinə bütün qapıları bağlanır. Məsələ burasındadır ki, istər Meis, istər Rodos və istərsə də yan-yana düzələrək Yunanıstana qədər uzanan adalar Egey ilə Aralıq dənizi arasındakı bütün sahələri əhatə edir və Türkiyəni Anadolu yarımadasından kənara çıxa bilməməsinə zəmin hazırlayır. Afinanın 1958-ci ildə imzalanmış Beynəlxalq Dəniz Hüququna istinadən Meis adasının kontinental şelfinə iddia etməsi vəziyyəti tamamilə tündləşdirir və az qala Antaliyanın sahillərinə qədər suların Yunanıstana aid olması məntiqini doğurur.

Bəs kontinental şelf nədir?

Beynəlxalq Dəniz Hüququ 1958-ci ildə Cenevrədə imzalanan dörd mühüm saziş üzərində bərqərar olub – Ərazi dənizi və bitişik zona haqqında; açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının mühafizəsi haqqında Konvensiyalar.

Kontinental şelf dedikdə, sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki başa düşülür.

Kontinental şelf sahiyani dövlətin quru ərazisinin dənizin dibi ilə uzanan təbii davamıdır. O, adətən, 200 dəniz mili həddində olur. Bir dəniz milinin 1852 metrə bərabər olduğunu və Meis adasının Antaliyanın 2 kilometrliyində yerləşdiyini nəzərə alsaq, problemin əsl səbəbi ortaya çıxır. Belə məlum olur ki, Osmanlı dövründə bütün Aralıq dənizinin hegemonu olan Türkiyəyə indi bu su hövzəsində nəfəslik belə verilməyib.

Türkiyə isə haqlı olaraq kontingental şelfin adalardan başlaya bilməyəcəyi iddiasındadır. Üstəlik, o, Lozanna müqaviləsi bağlanarkən adalar məsələsinə imza atmayıb və bu şərtləri rədd edib. Di gəl ki, qalib dövlətlər Türkiyənin Aralıq dənizində əl-qolunu bağlamaq üçün həmin adaları Yunanıstana veriblər.

Sahiyani dövlət təbii sərvətlərin kəşfiyatı və istismarı məqsədilə kontinental şelf üzərində suveren hüquqlar həyata keçirir. O, bu məqsədlə şelf üzərində quğular düzəldə bilər və onların ətrafinda radisu 500 m olan təhlükəsizlik zonaları yarada bilər. Bu qurğular sahiyani dövlətin yurisdiksiyası aıtında olur.

Kontinental şelfin kəşfiyyatı və istismarı bu ərazilərin başqa dövlətlər tərəfindən gəmiçilik və uçuşların həyata keçirilməsi məqsədləri ilə istifadəsi üçün maneələr yaratmamalıdır. İstənilən dövlət kontinental şelf üzərində kabel və boru kəmərləri çəkə bilər. Lakin bu zonada tədqiqatların aparılması yalız sahiyani dövlətin razılığı ilə mümkündür.

Ankara da Yunanıstanın Aralıq dənizinin Türkiyəyə yaxın ərazilərində karbohidrogen ehtiyatı tədqiqatına məhz bu hüquqa istinad edərək qarşı çıxır. Afina isə Antalyanın burnunun dibində yerləşən 10 kvadrat kilometr sahəsi olan Meis adasını əsas gətirib həmin sularda tədqiqat işləri aparmaq hüququna malik olduğunu irəli sürür. (Heydər Oğuz ,Strateq.az)

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar