Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
PİA.az-ın xəbərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici diplomatlardan Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib.
Daha sonra toplantı iştirakçıları ayağa qalxıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.(Report)
pia.az