Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk Şurasının Baş Katibi Prezident İlham Əliyevi təbrik edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb...

PİA.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.

Müstəqilliyinin bərpasından etibarən gündən-günə daha da inkişaf edən Azərbaycan Respublikası Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində regionun ən inkişaf etmiş ölkəsi olaraq, dünya dövlətləri arasında nüfuzunu möhkəmləndirməkdədir.

Eyni zamanda, Türk Şurasına daimi dəstəyinizi və Sizin sədrliyinizlə Bakıda keçirilən yeddinci Zirvə görüşünün uğurlu nəticələrinin Türk Şurasının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və təşkilatımızın regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə zəmin yaratdığını məmnuniyyətlə qeyd etmək istərdik.

Bunun bariz nümunəsi kimi, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat olaraq, bir daha Sizin təşəbbüsünüz və sədrliyiniz ilə COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında ilk fövqəladə Zirvə görüşünü keçirmişdir. Bəşəriyyətin üzləşdiyi belə bir çətin dövrdə türkdilli dövlətlər arasında həmrəylik və birlik nümayişi beynəlxalq aləmdəki nüfuzumuzu daha da artırmışdır.

Zati-aliləri, Sizin uzaqgörən xarici siyasətiniz nəticəsində Türk Şurasının COVID-19 infeksiyası ilə mübarizədə təcrübəsinin və həmrəylinin dünya birliyi tərəfindən örnək kimi qəbul olunmasını xüsusi qeyd etmək istərdik.

Fürsətdən istifadə edərək, bu tarixi gün münasibətilə Zati-alinizə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayır, Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm”.(APA)

pia.az


Etiket: COVID-19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ən çox oxunanalar