Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk PUA-ları Ermənistana 1.5 milyardlıq ziyan vurub

Azərbaycan Qarabağda gedən döyüşlərdə Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparatları (PUA) vasitəsilə Ermənistan ordusuna 1.5 milyard dollardan çox zərər vurub.

PİA.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, 18 ildir Ermənistan ordusu tərəfindən inşa edilmiş istehkamların məhv edilməsində və hərbi əməliyyatlara dərinlik qatmaqda mühüm rol oynayan PUA-lar Rusiya istehsalı olan 40-dan çox hava hücumundan müdafiə sistemini vurmağı bacarıblar.

Türkiyə müdafiə siyasəti analitiki Turan Oğuz hesab edir ki, PUA-ların bu uğurunun arxasında çox yaxşı taktiki planlaşdırma dayanır. Ermənistanın hava hücumundan müdafiə sistemlərinin köhnə və zəif cəhətlərinin olduğunu deyən analitik qeyd edib ki, bu baxımdan, “Bayraktar TB2” və MAM-L idarə olunan döyüş sursatı vurula bilməz.

"Çünki PUA-lar Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini üstələyir. 13-ü məhv edilən 9K33 OSA hava müdafiə sistemi 5 km və 6,4 km hündürlükdə saatda 360 km-dən aşağı sürətlə uçan təyyarələri aşkar edə bilər. “Bayraktar TB-2” isə saatda 130 km-də aşağı sürətlə uçmağı bacarır. 5.5 km yüksəklikdən isə atəş aça bilər. PUA-nın daşıdığı MAM-L döyüş sursatının uçuş məsafəsi isə 8 -14 km civarındadır”, - deyə Turan Oğuz qeyd edib.

Analitik Rusiya istehsalı olan S-300 hava müdafiə sistemindən necə yayındığına da aydınlıq gətirib. Onun sözlərinə görə, S-300-lər saatda 180 km-dən aşağı sürətlə olan uçuşları daxili nasazlıq kimi qəbul edir və izləyə bilmir. “Bunların hamısı ətraflı öyrənilib və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin hamısı uğurla vurulub. Elektron müharibəyə də ehtiyac yoxdur", - deyə o qeyd edib.

Turan Oğuz həmçinin bildirib ki, Azərbaycan Ordusunun uğurlarının arxasında həm də hərbi zəka dayanır:

"Azərbaycan Ordusu PUA-ların imkanları və əks-hücum əməliyyatı üzərində çox yaxşı işləyib. Bunun arxasında hərbi zəka dayanır”. (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar