Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk ordusunun gəlişinə sayılı günlər qaldı - sənəd təsdiq üçün parlamentə təqdim olundu

Azərbaycana Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə dair Ərdoğanın imzaladığı layihənin mətni açıqlandı; sülhməramlı mərkəz rəsmi Bakının dediyi yerdə qurulacaq

Türkiyə Prezident Administrasiyası prezident Rəcəb Tayyib Ərdoğanın imzasıyla Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.

PİA.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilir ki, bu qanun layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb.

Qeyd edək ki, bu il noyabrın 10-da Rusiya, AzərbaycanErmənistan lideri arasında imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağda hərbi əməliyyatlar dayandırılıb, Rusiya sülhməramlıları bölgəyə gətirilib. Ancaq Türkiyə dövləti bölgədə sülhməramlıların fəaliyyətinə nəzarət etmək, Qarabağda qalıcı sülhün bərqərar olunmasında, erməni hərbi birləşmələrin bölgədən çəkilməsi prosesində iştirak etmək niyyətindədir.

Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək.

Bu, Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin mətni də açıqlanıb.

Türkiyə Parlamentinə Azərbaycana türk hərbiçilərin göndərilməsi ilə bağlı layihə daxil edilib

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərinə görə, sənəddə deyilir:

“Dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizə illərdir davam edir.

Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda cəbhə xətti boyu hərbi hədəflərə və mülki əhaliyə hücumlarına cavab olaraq Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək əks-həmlə əməliyyatına başlayıb və nəticədə işğal altındakı torpaqlarının azad edilməsi istiqamətində əhəmiyyətli qələbə qazanıb.

Türkiyə beynəlxalq hüquq və suverenlik haqları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün haqlarını müdafiə edə bilməsi üçün prosesin əvvəlindən etibarən ona dəstək verib. Nəticədə Azərbaycanın əks-həmlə əməliyyatında əldə etdiyi irəliləyiş meydanda yeni bir şərait yaradıb.

Türkiyənin Azərbaycana ordu göndərməsi ilə bağlı

Azərbaycan, RusiyaErmənistanın əldə etdikləri razılaşmaya əsasən, 10 noyabr 2020-ci il tarixində saat 00.00-dan etibarən bölgədə atəşkəs elan edilib və işğal altındakı bəzi bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tutan təqvim elan olunub.

Əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb.

Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır.

Qarabağdakı Birgə Monitorinq Mərkəzinin yerini Azərbaycan müəyyənləşdirəcək

Bu mülahizələrlə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin şərtlərindən irəli gələn öhdəliyimizi yerinə yetirmək, atəşkəsin təsis edilməsi və pozulmasının qarşısının alınması, bölgədə sülh və sabitliyin əldə edilməsi məqsədilə Türkiyənin yüksək mənfəətlərini təsirli şəkildə qorumaq və müdafiə etmək üzrə şəxsi heyətin tərkibi, xidmət müddətinin Prezident tərəfindən təyin ediləcəyi, Birgə Mərkəzin xidmətlərinin icrası istiqamətində Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi, bu qüvvələrin Prezidentin müəyyən edəcəyi əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün lazımi tədbirin görülməsi və bunlara imkan verəcək tənzimləmələrin Prezident tərəfindən müəyyənləşdiriləcək əsaslara görə aparılması üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində icazə verilməsinin lazım olduğunu sizin diqqətinizə çatdırıram".

Kreml Türkiyənin Azərbaycana hərbçi göndərməsini nəzərdə tutan layihəyə münasibət bildirib.

“Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbçi göndərilməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsi ölkə qanunvericiliyində nəzərdə tutulan daxili prosedur məsələsidir”.

Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar