Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türk Hava Yolları” yeni aviareys açır - Açıqlama

“Türk Hava Yolları” aviaşirkəti bu ilin avqustun 21-dən etibarən İstanbul-Mexiko-Kankun (Meksika) marşrutu üzrə yeni reys açacaq

Bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, “TK181” saylı aviareys üzrə uçuşlar aviaşirkətin yeni “Boeing 787-9” təyyarəsi ilə həftədə 3 dəfə yerinə yetiriləcək.

İstanbul-Mexiko marşrutu və əks istiqamət üzrə uçuşlar dünyanın ən böyük hava limanı sayılan İstanbulun yeni aeroportundan həyata keçiriləcək. Sözügedən aeroport gələcəkdə 200 milyonadək sərnişin qəbul etməyə imkan verəcək.

Bundan başqa, 2019-cu ildə “Türk Hava Yolları” aviaşirkəti 6 yeni istiqamət üzrə uçuşlar həyata keçirəcək: Mərakeş (Mərakeş), Şarcə (BƏƏ), Port-Sudan (Sudan), Bali (İndoneziya), Luksor (Misir) və Rovaniemi (Finlandiya).

Qeyd edək ki, 2018-ci ildə “Türk Hava Yolları” Fritaun (Syerra-Leone), Səmərqənd (Özbəkistan), Aqaba (İordaniya), Krasnodar (Rusiya), Morona (Ekvador), Banjul (Qambiya) və Lusaka (Zambiya) şəhərlərinə yeni aviareyslər açıb. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar