Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türk “F-16”-ları xarici mətbuatın “qarın ağrısı”na çevrilib

Hələlik yerdə olan döyüş təyyarələri əsas çəkindirici gücdür...

Sevil Nuriyeva İsmayılov
“Star qəzeti”, Türkiyə, 27 oktyabr 2020-ci il

Azərbaycan Prezidenti İlham Əliyev, ondan  müsahibə götürən bir çox beynəlxalq mətbuat nümayəndələrinin ““F-16” qırıcı təyyarələrinin Azərbaycanda hansı səbəbdən mövcud olması” barədə verdikləri sualların əsas müzakirə mövzusuna çevrildiyini bildirib.

“TurAz” hərbi təlimləri çərçivəsində Azərbaycana gedən “F-16” hərbi təyyarələrinin Bakı, Gəncə, Yevlax və Naxçıvanda hərbi təlimlərdə istifadə edildiklərinin iki ay öncə şahid olduq.

Təbii ki, Ermənistanın növbəti hərbi hücumları dövrünə rast gəldiyindən, bu təyyarələr bilərəkdən və istənilərək Azərbaycanda saxlanılıb.

İlham Əliyev ifadələrində açıqca bildirdi: “Bəli, hərbi təlimlərə gələn “F-16” təyyarələrini qardaşlarımız gedərkən bizə mənəvi dəstək olsun deyə, burada buraxıblar. Ancaq Azərbaycan üçün əlavə bir təhdid mənbəyi və ya dövlət sərhədinin pozulması halında, bu təyyarələri yenə səmada görəcəklər”.

Problemin həllində ən önəmli faktor Türkiyənin verdiyi dəstəkdir. Əlavə olaraq, müharibə meydanında müvəffəqiyyətin əsas fundamentlərindən biri də Azərbaycan Ordusunun 30 illik hazırlıq dövrü və Türk hərbi məktəbinə məxsus məntiqin Azərbaycan Ordusunda mövcudluğudur.

Hər kəsin bildiyi sovet müharibə üsulundan istifadə edərək, 30 illik hərbi təcrübə toplayan və üstəlik, Türkiyə ilə ortaq müdafiə anlayışına sahib Azərbaycan Ordusu ilə üz-üzə gəlmək Ermənistanın əsas itkisi hesab olunur.

Bəli, döyüş meydanında Türk hücum və müdafiə üsulları qalib gəlir. Azərbaycan Ordusunda 30 il müddətinə yetişdirilən Türkiyə tərzi hərb anlayışı bu gün Qarabağda əldə edilən müvəffəqiyyətin əsasını təşkil edir.

Tovuza hücumdan sonra Paşinyan iqtidarının yeni torpaq işğalı arzularını çəkinmədən dilə gətirməsi Ermənistan rəhbərliyinin bu oyunun bir parçasına çevrilmək istəyinin növbəti işarəsi idi.

Şuşa şəhərində yaranmış gərginliyi daha da artıran Paşinyanın özü oldu. Paşinyana qədər digər erməni siyasi rəhbərliyi hər nə qədər əlləri qana bulaşmış olsa da, bu kimi mövzularda ehtiyatlı davranmağa çalışırdılar. Paşinyan isə açıq-aşkar müharibə üçün zəmin yaratdı. Yeni işğal planları ilə yeni torpaqlar əldə etməyə can atırdı. Verdiyi bütün bəyanatlarda bunu görmək mümkündür. Uzun müddətdir ki, təhrikedici davranırdı.

Diqqətlə fikir versək, görərik ki, uzun müddətdir Azərbaycan tərəfi Ermənistandan gələn təxribatçı hərəkətləri səs-küy salmadan, sakitcə seyr edirdi. Bu dəfə isə Azərbaycan Paşinyanın əsas niyyətini anladıqdan sonra hərəkətə keçməyə başladı. Əslində, Paşinyan böyük bir fəlakətə zəmin yaratdığını açıq-aşkar göstərirdi. Önəmli olan da budur – siyasi böhran yaratmaq, təhrikedici davranışlar sərgiləmək və bölgədə asayişi pozmağa çalışmaq.

Belə bir şəraitdə isə Türkiyənin “F-16” qırıcılarının mövcudluğunun əslində çəkindirici funksiyaya sahib olmasını da nəzərə almaq lazımdır.Hansı ki, müsahibə üçün gələn bütün xarici mətbuat nümayəndələrinin ən sevimli sualları da bu idi: ““F-16”lar niyə buradadır və nə qədər qalacaqlar?”

Cavab isə bəllidir – nə qədər gərəksə!

Bu təyyarələr göy üzünə sadəcə hərbi təlimlər zamanı qalxıb. Müharibə başlayandan bu günə kimi, “F-16”lar havaya qalxmayıb və hamısı yerdədir.  İlham Əliyev də qeyd etdi: “Peyk əlinizdədir, açın, baxın, təyyarələr nə zaman gəlib?” Daha sonra isə əlavə etdi: “Lazım olsa, havaya da qalxacaqlar”.

Türkiyə inanır ki, bölgədə asayişin yenidən təmin olunması üçün bu yara sağalmalıdır. Yara isə dondurularaq sağaldıla bilməz. Yuxuya verilənlər istənildiyi zaman cana, qana çevrilə bilirlər. Deməli, köklü dəyişiklik üçün hərbi əməliyyatlar şərt idi. Əməliyyatlar beynəlxalq hüquqa dayanaraq edilirsə, heç kəs “niyə öz torpaqlarında əməliyyat aparırsan” deyə ittiham yürüdə bilməz. Beləliklə, “F-16” üzərindən verilən mesaj onun necə bir çəkindirici gücə sahib olduğunu bu mözvuya maraq göstərən hər kəsə izah edir.

Jurnalistlərin tez-tez soruşduğu “”F-16”lar niyə burdadır və nə qədər qalacaqlar?” sualının əsas məqsədi də burada gizlədilir. Türkiyənin burada ortaya qoyduğu açıq və dəqiq reaksiya namuslu və ədalətli dövlət anlayışının bir göstəricisidir. Bəli, hər kəsə göz qırparaq siyasət etmək dövrü artıq bitib. Yeni dövr yeni anlayışların da meydana gəldiyini bizə göstərir. İndi isə “niyə, nə zaman” suallarını verərkən, aynaya baxmalı olacaqlar.

Türkiyəyə qarşı aqressiyanın səbəbi də budur. Çünki hər kəsə haqqını, hüququnu qorumaq üçün cəsarət verir. Özü bir başa meydanda olmasa da, kölgəsi və problemi həll etmə tərzi özü haqqında yüksək fikirlərin yaranmasına səbəb olur. Güc hər zaman prolemi həll edər. Və edir.

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

Bayraqla rəqsinə görə qovulan tələbə universitetə bərpa olunub - Foto

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay