Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk ekspert : “Suriya məsələsində Moskva heç vaxt Ankara ilə münasibətlərini pisləşdirməyəcək”

"Türkiyənin dövlət siyasəti "Suriyanın ərazi bütövlüyünün mühafizə edilməsi"ndən ibarətdir"

Mayıs Alizadə
Ankaradakı Başkent universiteti Strateji araşdırmalar mərkəzinin direktoru ERcan Çitlioğlunun Turan agentliyinə müsahibəsi

Turan: Suriya məsələsini bir daha müzakirə etmək üçün Rusiya,İran və Türkiyə liderləri bu gün Ankarada görüşəcəklər.Vəziyyətin xülasəsini verə bilərsinizmi?

Çitlioğlu: Türkiyənin dövlət siyasəti "Suriyanın ərazi bütövlüyünün mühafizə edilməsi"ndən ibarətdir.RusiyaABŞ da "ərzi bütövlüyü"ndən bəhs edir ancaq bu gün Suriya de fakto iki yerə parçalanmışdır.Ölkənin Qərbi Rusiyaİranın dəstəyi ilə Dəməşqin nəzarətindədir,Şimali-Şərqində isə ABŞ hakimiyyəti vardır.Ona görə "Suriyanın ərazi bütövlüyü"ndən danışmaq -reallığa ziddir.Əsədin bundan sonra Suriya torpaqlarının hamısına hakim olması mümkün olmayacaq, RusiyaABŞ orada iki fərqli siyasi sistem meydana gətirəcəkdir.

Turan: Suriyanın Şimali-Şərqində "kürd dövləti" qurulacaq- bunu demək istəyirsinizmi?

Çitlioğlu: Əslində PYD vasitəsiylə ABŞ orada bir kürd qarnizon dövləti qurub.Məncə,gələcəkdə o dövlətə muxtar status veriləcək və İraqın Şimalındakı kürd muxtariyyəti ilə birləşdirilərək vahid struktur halına gətiriləcək.Bu ssenariyə qarşı Türkiyə nə edəcək,Rusiyanın mövqeyi necə olacaq,İran necə reaksiya göstərəcək? Bunların hamısını ayrı-ayrılıqda təhlil etmək lazımdır.Türkiyə bölgədə "Təhlükəsiz bölgə" yaratmaq istəyir.Təəssüf ki,bu niyyət Türkiyənin istədiyi şəkildə reallaşmayacaq.Nə üçün? 2 il qabaq Suriyanın Menbiç şəhərində Türkiyə-ABŞ əməkdaşlığına dair saziş imzalandı.O sazişə görə,PYD şəhəri tərk edəcək və orada Türkiyə-ABŞ əməkdaşlığı ilə bir üsuli-idarə yaradılacaqdı.Ancaq 2 ildən bəri oradakı PYD hakimiyyəti davam edir.Hal-hazırda Fərat çayının Şərq sahilində də ABŞ ilə müştərək patrul xidməti həyata keçiririk.Ancaq bu iş də ABŞ-ın istədiyi zonada və istədiyi çizgidə reallaşdırılır. Türkiyə hal-hazırda orada 120 kilometr uzunluğunda,Tel-Abyad ilə Kobane arasında ərəblərin çoxluqda olduğu 5-14 kilometr dərinlikdə bir zonada patrul xidməti həyata keçirir.

Turan: O bölgədəki ərəb əşirətləri Əsədə sadiq deyillərmi?

Çitlioğlu: Türkiyənin irəli sürdüyü tələblərin ABŞ tərəfindən qəbul edilmə ehtimalı,məncə, yoxdur.Tələblər yerinə yetirilməsə,Türkiyə tək başına hərbi əməliyyat keçirə bilərmi? Bunun da mümkün olduğunu zənn etmirəm.İctimaiyyətin gözündən qaçan bir nüans var. 1 həftə əvvəl Danimarka İŞİD-lə mübarizə üçün bölgəyə 1 batalyon əsgər göndərəcəyini açıqladı.Bu, o deməkdir ki,ABŞ bizim başımızı qatarkən o biri tərəfdən,Fərat çayının sağ sahilinə beynəlmiləl qüvvələr cəlb edərək Türkiyənin iradəsini zəiflətməyə çalışır.Çünki Danimarkadan sonra oraya Hollandiya da hərbi qüvvə göndərəcək,Fransa və Britaniyanın onsuz da orada hərbi qüvvələri var,sayını daha da çoxaldacaqlar.Sabah-biri gün Rusiya İdlibdəki terrorçu Təhrir-əş-Şam təşkilatını kütləvi şəkildə məhv etmək üçün həlledici əməliyyata başlasa, Türkiyənin oraya da müdaxilə etməsi mümkün olmayacaq.Əslində Türkiyə terrorçuların İdlibdən təmizlənməsinə qeydsiz-şərtsiz dəstək verməlidir.Ancaq Suriya dövlət qüvvələri İdlibdən terrorçuları təmizləməyə çalışarkən Türkiyə Dəməşq rejiminə qarşı mübarizə aparan Azad Suriya Ordusuna hər cür dəstək verir.Bu dilemmadan bir an əvvəl xilas olmağımız lazımdır.İzlədiyi siyasət nəticəsində Türkiyə həm İdlibdə həm də Fərat çayının Şərq sahilində sıxışıb- qalıb.Bundan necə xilas olmaq mümkündür? Məncə,yeganə yol-Türkiyənin bir neçə il əvvəl Suriyada tərk etdiyi Süleyman Şah türbəsinə yenidən geri qayıtmasıdır.Çünki ora Türkiyənin torpağıdır. Fəratın Şərq sahilinə beynəliməl hərbi qüvvələr yerləşdirilmədən Türkiyə oraya daxil olmalıdır. Suriya probleminin həllində bizim dialoq yaratmamız lazım olan yeganə ünvan- Suriyanın leqal dövlət başçısı Bəşər Əsəddir. Biz Əsəd ilə əlaqəni Rusiya və ya İran vasitəsiylə yox,birbaşa yaratmalıyıq.Əsəd ilə birbaşa münasibətlərin yaradılması üçün, məncə,çox gecikmişik.

Turan: Suriyanı və bölgəni yaxşı bilən bəzi şərhçilər deyirlər ki,məsələn,Türkiyə kəşfiyyat təşkilatının başçısı bu işin öhdəsindən uğurla gələ bilər çünki Dəməşqdə ona etibar edirlər.Siz necə düşünürsünüz?

Çitlioğlu: Türkiyə kəşfiyyatının Suriyada çox geniş şəbəkəsinin olduğunu bilirik,orada çox güclü kəşfiyyat təşkilatımız var.Ancaq prezidentin icazəsi olmadan kəşfiyyat təşkilatımızın başında duran şəxsin və hətta xarici işlər nazirimizin,milli müdafiə nazirimizin Suriya ilə hər hansı addımı müstəqil şəkildə ata biləcəklərinə ehtimal vermirəm.

Turan: Müdafiə nazirinin açıqlama və bəyanatlarının bəzən həm prezidentdən həm xarici işlər nazirindən fərqli olduğu müşahidə edilir.Bunun səbəbi nədir?

Çitlioğlu: Müdafiə naziri amerikalılarla zidd vəziyyətə düşməmək üçün açıqlamalarını daha diqqətli şəkildə verir.Nazir ABŞ-lı həmkarlarını razı salaraq Suriyada onlarla müştərək hərəkət etməyə çalışarkən, prezident bəzi nöqtələrdə səbrsiz hərəkət edərək sərt danışır.Bunu həmçinin, ABŞ ilə müzakirələrdə müdafiə nazirimizin mövqeyini gücləndirmək üçün edir.Mən Süleyman Şah türbəsindən başqa bir bölgədə Türkiyənin geniş hərbi əməliyyatlar apara biləcəyinə ehtimal vermirəm.

Turan:Türkiyə Rusiyadan S-400 raketləri alandan sonra Suriyanın Şimal-Şərq bölgələrində ABŞ ilə əməkdaşlıq söhbətləri artdı,müştərək əməliyyat mərkəzi yaradıldı.Sizcə,bir anda yenidən ABŞ ilə əməkdaşlığıa qayıtmağın səbəbi nə idi?

Çitlioğlu: Ankara S-400 raketlərindən vaz keçmədiyinə görə, Konqres Türkiyəyə qarşı sərt sanksiyalar tələb edir.Donald Trump seçkidə yenidən iştirak edəcəyinə görə, Konqreslə "savaşmaq" istəmir,Türkiyə ilə münasibətləri yumşaltmaq üçün Konqresə "zeytun budağı" uzadır.Konqresin öz mövqeyini yumşaldacağını düşünmürəm.S-400 raketlərinə gəlincə: iqtidarın mediasını oxuyuram,orada yazırlar ki, hər cür imkanımız var, 24 saatda S-400-ləri istədiyimiz yerə aparıb qura bilərik.Halbuki o raketləri başqa yerə aparmaq üçün Türkiyənin heç bir imkanı yoxdur,quru yoluyla o raketləri necə aparacaqsınız?Mən o raketlərin 2020-ci ilin aprelində aktiv hala gətiriləcəyinə inanmıram.Məncə, bu prosesi mümkün qədər daha geniş zamana yayacaqlar.Türkiyə bundan vaxt qazana bilər ancaq bu, nəticəyə təsir edərmi? Xeyr, etməz.

Turan: Türkiyənin başına Suriyada nə gələ bilər? Bir gün Moskva Ankaraya "Artıq Suriyanın Şimali-Qərbindən də çıxın"- deyə bilərmi, deyərmi?Çünki bölgədə Rusiyanın da ABŞ-ın böyük maddi mənafelərindən söhbət gedir.Nə ola bilər?

Çitlioğlu: Rusiya bunu deyə bilərmi? Deyə bilər.Ancaq bunu deməmək üçün əlindən gələn hər şeyi edər.Təxminən 2 ay əvvəl rus şərhçilərdən biri yazmışdı ki,Putin Türkiyənin NATO-dan çıxmasını istəyirmi? Xeyr, istəmir.Əksinə,Türkiyənin NATO-da qalmasını və proseslərin bu şəkildə davam etməsini istəyir.Putinin əsas məqsədi Türkiyənin ABŞ və AB ilə arasını vurmaqdır və buna nail olur.Ondan başqa- S-400-ləri sataraq cibinə 2.5 milyard dollar pul da qoydu.Belə olan halda Rusiya Türkiyəni yenidən ABŞ ilə yaxın müttəfiqliyə sövq edərmi?Kreml bunu istəməz.Əksinə-problemlərin getdikcə daha çox artmasını istəyər.Suriya probleminin pərdə arxasındakı ən əsas səbəbi-enerjidir.

Turan: Türkiyədə bunu sezən və ifadə edən nadir insanlardan birisiniz.

Çitlioğlu: Əslində Rusiya Katar maye qazının Suriyadan keçirilərək Avropaya satılmasını istəmir.İstəməməkdə haqlıdır çünki Avropada qaz monopoliyasından məhrum olacaq.Ona görə Türkiyə ilə münasibətlərinin pisləşməsini heç vaxt istəməyəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar