Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

”Türk axını” vaxtında istifadəyə veriləcək – “Qazprom”

Bunu “Qazprom” şirkətinin nümayəndəsi Oleq Aksyuta deyib

“Türk axını” qaz kəmərinin Rusiya hissəsi üzrə tikinti çərçivəsində işlərin 99%-i artıq yerinə yetirilib.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Qazprom” şirkətinin nümayəndəsi Oleq Aksyuta deyib.

Onun sözlərinə görə, kəmərin dəniz hissəsinin tikintisi ötən ilin noyabrında başa çatdırılıb və onun üzərində lazım olan test işləri aparılıb. Hər iki xətt hazırdır və qazın buraxılmasını gözləyir.

Qeyd edək ki, “Türk axını” Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə və Türkiyənin qonşu ölkələrlə sərhədinədək uzanacaq qaz kəməri layihəsidir. Kəmərin birinci xətti Türkiyə bazarının, ikinci xətti də Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub. Hər xəttin nəql gücü ildə 15,75 mlrd. kubmetrdir.

O. Aksyutanın sözlərinə görə, Türkiyə ərsizində yerləşən qəbuledici stansiyanın tikinti işlərinin 87,3%-i yerinə yetirilib. Layihə üzrə işlər nəzərdə tutulan qrafikə uyğun aparılır və kəmərin istifadəyə verilməsi bu ilin dekabr ayında həyata keçiriləcək.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin enerji təhlükəsizliyini və tranzit potensialını artıracaq başqa bir vacib bir qaz nəql obyekti olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) artıq istifadəyə verilib. TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olub.

“Şahdəniz-2″ layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.

Bundan əlavə, TANAP 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Dəhlizin son seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2″ layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək. Avropaya qazın verilişinə başlayandan sonra TANAP vasitəsi ilə ildə 16 mlrd. kub metr “mavi” yanacaq (6 mlrd. kubmetr Türkiyəyə, 10 mlrd. kubmetr isə Avropaya) nəql ediləcək. Gələcəkdə bu göstəricini 31 mlrd. kub metrə çatdırmaq mümkün olacaq.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar