Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türk axını” qaz boru xəttinin açılış mərasimi keçirilib - Foto,Video,Yenilənib

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz kəmərinin açılışını ediblər...

"Rusiya təbii qazının Türkiyəyə ixracı 30 ildir həyata keçirilir. Qaz ixracını illərdir fərqli kəmərlərlə həyata keçirirdik. İndi isə “Türk axını” ilə yeni bir xətt əlavə ediləcək”.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya qarşıdakı illərdə həm enerji sahəsində, həm də digər sahələrdə ən iddialı layihələri gerçəkləşdirəcək: “Ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə davam edir. “Türk axını”nın tikintisi rekord müddətdə tamamlanıb”.

V.Putin əlavə edib ki, ilk xətdən gələn təbii qaz Serbiyanın qərbindən keçəcək: “İkinci xətt isə Türkiyə üzərindən Cənubi Avropaya Rusiya qazını ixrac edəcək”.

***

Rusiya təbii qazını Türkiyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz boru xəttinin açılış mərasimi başlayıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, həmçinin Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan prezidenti Boyko Borisov da iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edir.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.kubmetrdir.

pia.az

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar