Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tural Gəncəliyev: “Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”

“Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”.

“Qarabağa dönüş” təşkilatının rəhbəri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev qurumun miqrasiya komitəsində çıxış edib.

Millət vəkili işğaldan azad olunan ərazilərdə vaxtı ilə ermənilərin basdırdıqları minaların yaratdığı problemlərdən danışıb:

Şuşa şəhərindən keçmiş məcburi köçkün kimi mən və işğaldan azad edilmiş Qarabağın digər yerlərindən yüz minlərlə azərbaycanlı hələ də öz dədə-baba torpaqlarına geri dönə bilmir. Çünki işğal dönəmində Ermənistan Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasını həyata keçirib. Demək olar ki, hər gün biz mülki vətəndaşların mina partlayışları nəticəsində həyatını itirməsi, yaxud yaralanması ilə bağlı xəbərlər eşitməli oluruq. Bu səbəbdən biz öz təməl insan hüquqlarımızdan, mülkiyyət hüququmuzdan, geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”.

Tural Gəncəliyev bildirib ki, münaqişənin humanitar nəticələri ilə bağlı məsələlər doğurdan da vacib əhəmiyyət kəsb edir:

“Bu xüsusda Azərbaycan tərəfindən saxlanılan erməni əsgərlərin məsələsi ilə bağlı qeyd edim ki, Azərbaycan Respublikası tərəfindən atılan addımlar beynəlxalq hüquq çərçivəsində olub. Xatırladıram ki 8 iyun tarixində Avropa İnsan Hüquqları Məhkəməsi ermənilər tərəfindən qaldırılmış ittihamı rədd etdi. Bir daha qeyd edirəm ki, biz yalnız üçtərəfli bəyanatın imzalanmasından sonra həbs edilən şəxslərdən danışırıq”.

Millət vəkili AŞPA təmsilçilərinin diqqətinə Azərbaycanın sülh çağırışlarına erməni tərəfinin qeyri-konstruktiv münasibət göstərməsini də çatdırıb:

“Həmkarlarıma xatırlatmaq istəyirəm ki, AŞPA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamə Azərbaycan ərazilərinin işğaldan azad olunmasına çağırırdı. Mən çox şadam ki biz nəhayət sülhdən danışa bilərik. Azərbaycanın və regionun ən böyük su anbarı olan Mingəçevir su anbarını bombalamağa çağırış edən xanım N.Zohrabyandan fərqli olaraq biz sülhə inanırıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar