Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tünzalə TV-ləri, Tahir İmanov isə Afət Fərmanqızını təndiq etdi

Xalq artisti Tünzalə Ağayeva "Planet Parni iz Baku" komandasının İnstaqramda yayımlanan 2+1=4 adlı layihəsində qonaq olub...

PİA.az xəbər verir ki, Tünzalə Ağayeva əməkdar artist Tahir İmanovun "Bayağı müğənniləri, dırnaqarası müğənniləri görəndə yəqin ki, dəhşətə gəlirsiniz" sualına belə cavab verib: "Bu cahilliyin qarşısını ala bilməyəcəyik. Vaxt var idi, elə bilirdim ki, bu cərəyanın qarşısını almaq olar. Amma insanların zövqü, hara meyilli olması onu göstərdi ki, bunu düzəltmək çətindir. Bir dəfə Murad Dadaşov dedi ki, ən pis musiqinin belə dinləyicisi var. Burada tamaşaçının şəxsi zövqü böyük rol oynayır.

Bizi cəmiyyət, mediya, ailə necə yetişdirirsə, elə də davam edir. İnternet bu gün həyatımıza girib. Bu şou-biznesə, müğənnilərin keyfiyyətinə təsir edir. Amma baxış sayı ilə real insan zövqü eyni ola bilməz. Mən evdə oturub, on kompüteri idarə edə və on baxış sayı əldə edə bilərəm. Sizə texnologiya ilə yanlış statistika verə bilərəm. Bu texnologiyanın bizi aldatdığı bir tərəfidir".

 

Müğənni televiziyaları bayağı musiqini təbliğ etməkdə günahlandırıb: "Görək, televiziyada çalışan insanları, prodüser və rəhbərləri nə maraqlandırır. Yalnız pul rol oynayanda fəlakət baş verir. Bunu hər kəsə şamil etmirəm. Biri var, sən sosial şəbəkədən istifadə edirsən və orada heç kim sənə qadağa qoya bilməz. Amma internet azadlıq deyil, mən ağıllı bir istifadəçi kimi internetin yaxşı tərəflərindən istifadə edirəm.

Mən televiziyaya çıxanda da özümə zidd hərəkətə yol vermərəm. Şükür Allaha, düşünüdürücü söhbət aparırıq. Hər kəs elə düşünür ki, əlimdə telefon varsa, nə istəyirəm, onu edirəm. Reytinq anlayışını hər kəs fərqli başa düşür. Biz gəncliyi qoruya bilmirik"

Tahir İmanov Tünzalə Ağayevanın sözlərinə dəstək olaraq müğənni Afət Fərmanqızının ünvanın təndiqi sözlər işlədib:

"Estradamızda bir çox insanlar susurlar. Bir müğənni çıxmışdı, oxuyurdu: "Məndə sığar iki cahan..." Bilmirəm, o müğənnidir, nədir...Bir nəfər çıxıb deyərdi ki, bu, Azərbaycan musiqisinə zərbədir. Bu cür dırnaqarası müğənniləri efirə çıxarmaq olmaz. Hamı susdu".

Qeyd edək ki, Afət Fərmanqızı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə hindsayağı mahnı ifa etməsi ilə gündəmə gəlmişdi.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bu şəxslərə işsiz statusu verilmir — Nazirlik açıqladı

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

“Nə iynə vurdularsa, ayılmadı” - Etibar Babayevin bacısı

BŞBPİ kriminal avtoritetin dəfnində iştirak edənləri cərimələyib

Sobsan boya zavodundakı yanğın söndürülüb  - Yenilənib

Həbs olunan bank sədrinin xaricdəki əmlakları üzə çıxdı

loading...

Ən çox oxunanalar