Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tsarukyan-Paşinyan qarşıdurmasının pərdəarxası məqamları...

Ermənistanda hadisələrin cığırından çıxması mümkündürmü?...

Politoloq: “Nikol mərhələli şəkildə öz rəqiblərinə qarşı mübarizə aparır”.

“Uzun müddət idi ki, Tsarukyanla Paşinyan səssiz mübarizədə idilər. Nəhayət iyunun 5-də Tsarukyanın Paşinyan hakimiyyətdən getməlidir, baş nazir istefa verməlidir, çünki ölkədə vəziyyət ağırdır, çıxışı artıq Nikol Paşinyanın açıq şəkildə Tsarukyana məhkəmə iddiasını başlatmasını tezləşdirən amilə çevrildi”.

Bu sözləri politoloq Zaur Məmmədov Tsarukyan-Paşinyan qarşıdurmasının pərdəarxasında hansı siyasi planlar ola biləcəyini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) xüsusi iclasında Paşinyan hökuməti haqqında birmənalı və sərt açıqlamalar verən Qaqik Tsarukyan da “millətə xəyanət” işinə qoşuldu. Ermənistan hökümətinin bütün sahələrdə uğursuz olduğunu və bundan əvvəl hökumətin 97 faizinin vəzifədən ayrılmalı olduğunu söyləsə də, amma indi 100 faiz tərkibin vəzifədən getməli olduğunu bildirib. Beləliklə, Tsarukyan Paşinyanın istefa tələbinə qoşulub.

Bununla yanaşı, o, xalqın etimadını qazanan bütün qüvvələri dinləməyə və əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Bunların hansı qüvvələrin olduğunu, məsələn, Köçəryana və Sarkisyana bağlı olan qüvvələrin demək olub-olmadığını açıqlamayıb.

Tsarukyanın açıqlamaları sərt reaksiyalarla qarşılandı, daha doğrusu hakim əksəriyyət tərəfindən təhdid edildi. Paşinyanın katibi və müxtəlif millət vəkilləri ona fərqli cinayət hekayələrini xatırlatdılar.

Tsarukyan-Paşinyan qarşıdurmasının pərdəarxasında hansı siyasi planlar ola bilər və hadisələrin cığırından çıxması, o cümlədən bu mərhələdə Rusiyanın Ermənistanda məxməri inqilab etməsi mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Nikol Paşinyan Ermənistanda inqilabın ikinci dalğasını etdi”.

Qarşıdakı iki ay ərzində Tsarukyanın həbsdə olacağını düşünən politoloq PUA.az-a açıqlamasında bildirib ki, bundan sonra Köçəryan kimi onun da həbsinin legitimləşməsi, hüquqi baxımdan qərarın verilməsi üçün qərar veriləcək:

“Paşinyan planlı şəkildə əvvəlcə Qarabağ klanına qarşı mübarizə apardı. Çünki açıq-aşkar Paşinyana qarşı duran Köçəryan və onun ətrafında olan adamlar idi. Bu aspektdə məsələləri təhlil edərkən gördük ki, çox çətin olmasına baxmayaraq Nikol Paşinyan Köçəryanı həbsə almağa bacardı. Rusiya prezidenti və xarici işlər naziri bir neçə dəfə Köçəryanın həbsinin lehinə olmadıqlarını bildirdilər.

Amma Paşinyan öz məqsədinə çatmaq üçün bu kimi hadisələrdən istifadə etdi. Məlumdur ki, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsində, onu dəstəkləyən qüvvələrdən biri də Tsarukyan idi. Amma uzun müddət idi ki, Tsarukyanla Paşinyan səssiz mübarizədə idilər. Nəhayət iyunun 5-də Tsarukyanın Paşinyan hakimiyyətdən getməlidir, baş nazir istefa verməlidir, çünki ölkədə vəziyyət ağırdır, çıxışı artıq Nikol Paşinyanın açıq şəkildə Tsarukyana məhkəmə iddiasını başlatmasını tezləşdirən amilə çevrildi.

Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Tsarukyanı həbs etdi və parlamentdə Tsarukyanın millət vəkili toxunulmazlığı götürüldü. Düşünürəm ki, qarşıdakı iki ay ərzində Tsarukyan həbsdə olacaq. Bundan sonra isə Köçəryan kimi onun da həbsinin legitimləşməsi, hüquqi baxımdan qərarın verilməsi üçün prokuror qərar verəcək.

Zaur Məmmədov: “Bütün bu hadisələr, eyni zamanda Ermənistanda güc strukturlarının dəyişməsi, siyasi partiyaların rəhbərlərinə qarşı edilən təqiblər Kreml tərəfindən artıq səbr kasasının daşması ilə nəticələnəcək”.

Ümumiyyətlə Tsarukyanın siyasətinə fikir versək görəcəyik ki, onun Çiçəklənən Ermənistan partiyası sistemli müxalif partiya sayılırdı. Tsarukyanın partiyası daha çox Rusiyadakı liberal demokratlar partiyasına və başqa partiyalara oxşayırdı. Amma Paşinyanla Tsarukyan arasında olan ədavət əslində 2000-ci illərin əvvəllərindən başlayıb.

Düşünürəm ki, bütün bu hadisələr, eyni zamanda Ermənistanda güc strukturlarının dəyişməsi, siyasi partiyaların rəhbərlərinə qarşı edilən təqiblər Kreml tərəfindən artıq səbr kasasının daşması ilə nəticələnəcək. Çünki Rusiyanın özü daxili siyasi, iqtisadi böhranla üzləşib. Buna görə də Rusiya Ermənistanda baş verən hadisələrə daha çox yuxarıdan aşağıya baxır.

Deyə bilərəm ki, Nikol Paşinyan Ermənistanda inqilabın ikinci dalğasını etdi. Paşinyan bu dəfə də öz hədəfinə çatdı. Amma düşünmürəm ki, üçüncü dalğada da Nikol Paşinyan öz hədəfinə çatacaq. Nikol öz rəqiblərinə qarşımərhələli şəkildə mübarizə aparır. Paşinyan Daşnaqüstün Partiyasına qarşı da bu kimi addımlar atacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar