Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Trendyol uşaq alveri ilə məşğul olur?

Türkiyənin onlayn satış şəbəkəsi “Trendyol”un şifrəli şəkildə uşaq alveri ilə məşğul olduğu iddia edilir...

Son günlərdə “Twitter” sosial platformasının gündəmində Türkiyənin məşhur onlayn satış şəbəkəsi “Trendyol”un uşaq alveri ilə məşğul olması müzakirə edilir. Alıcılar bir neçə məhsuldan şübhələndikdən sonra bu qənaətə gəliblər.

“Twitter”da #trendyolboykot, #wayfair kimi heşteqlərlə edilən paylaşımlara görə, “Trendyol” platformasının adi məhsullara hədsiz yüksək qiymətlər qoyması və məhsulların açıqlama hissəsinə uşaq yaşı, bədən ölçüləri, dəri və göz rəngi, hətta bəzi məhsullarda açıq şəkildə uşaq adları yerləşdirməsi satış şəbəkəsinin gizli şəkildə insan alveri ilə məşğul olduğu ehtimalını artırıb. Məsələn aşağıdakı şəkildə gördüyünüz kimi, adi bir xalı 316.792 tl-yə satılır və açıqlama hissəsində qız-oğlan uşaqlarının bədən və yaş ölçüləri yazılıb.

Digər tərəfdən, bəzi məhsullarda şifrəli şəkildə adı və məlumatları yerləşdirilən uşaqların yaxın illərdə Türkiyədə itən və hələ də axtarılan uşaqlar olduğu ortaya çıxıb.

Sözügedən məhsullarla bağlı ən qaranlıq məqamlardan biri də onların altına yazılan müştəri rəyləridir. Bu rəylər də olduqca şübhəli görünür.

Bütün bu iddialara baxmayaraq, “Trendyol”dan hələ də heç bir açıqlama gəlməyib. Bunun əvəzinə həmin şübhəli məhsulları və şərhləri silməyə başlayıblar.

Qeyd edək ki, Türkiyədə baş verən bu hadisənin bənzəri ABŞ-ın “Wayfair” satış şəbəkəsində də baş vermişdi. Hətta bəzi  “Wayfair” məhsullarında türk uşaqlarının adlarının qeyd olunduğu məlum olub. Həmçinin, hazırda Türkiyədə 170.000-ə yaxın uşağın itkin düşdüyü də məlumdur.

Xatırladaq ki, “Trendyol” satış şəbəkəsi Azərbaycanda da olduqca populyar bir platformadır. Ölkəmizdən minlərlə alıcı bu platformadan məhsullar sifariş edir.

Məsələ ilə bağlı digər fotoları təqdim edirik:

Fatimə ƏLİYEVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Afina həddini aşdı: Aralıq dənizində atışma - 1 türk gəmisi batdı

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

“Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir, 250 manat maaşmı olar?”

Azərbaycan Sənaye Korporasiyası ASC-də “papağı günə verənlər“

Belarus seçkilərinin Tixanovskaya surprizi...21-ci əsr siyasətində nələr baş verir?

Statistikada Rauf Vəliyevin fəaliyyəti necə görünür? - Prezidentin tənqidindən yola çıxaraq...

İlqar Məmmədov: “Altay Göyüşov “qədeşfason” bəyanatlar verməyə başlayıb”

loading...

Ən çox oxunanalar