Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampla bağlı yeni qalmaqal –Şəxsi vəkili Rudolf Culianiyə yaxın iki biznesmen həbs edilib

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani ilə əlaqəsi olan iki biznesmen həbs edilib...

PİA.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, Onlar Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə qanunlarını pozmaqda ittiham edilir. Dünən axşam Vyanaya yola düşməzdən əvvəl həbs edilən Lev Parnas və İqor Fruman cümə axşamı günü məhkəmə qarşısına çıxarılmalıdır.

Bu haqda Wall Street Journal onlara yaxın mənbələrə əsasən məlumat yayıb. Bildirilib ki, Fruman və Parnas federal və ştat səviyyələrində dövlət vəzifələrinə namizədlərin dəstəklənməsi üçün xarici mənbələrdən pul alıb.

Ukraynalı biznesmen Parnas və belaruslu daşınmaz əmlak investoru Fruman Culianiyə Ukraynanın siyasi dairələrinə çıxmağa yardım edib.

Seçkiqabağı kampaniyaların maliyyələşdirilməsini araşdıran Campaign Legal Center şirkəti 2018-ci ilin iyul ayında bu iki şəxslə bağlı Federal Seçki Komissiyasına şikayət ünvalanmışdı. Məqsəd 325 min dollarlıq maliyyə yardımının mənbəyinin aşkarlanması idi.

pia.az


Etiket: Donald Tramp ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar