Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Trampistanın (Ağ Evin) saxtalaşdırdığı videolar - Tramp ortalığı elə qarışdırıb ki...

Oman körfəzi məsələsində heç kim günahsız deyil, lakin Trampın İrana qarşı göstərdiyi “sübut” da uydurmadır...

Robert Fisk
“Independent” qəzeti, ABŞ, 18 iyun 2019-cu il

Əslinə qalsa, gerçək dünya şərtləri ABŞ-la İran arasında hərbi bir ittifaq olmasını tələb edir. Lakin Vaşinqton keçən il nüvə sazişindən imtina edərək artıq ənənəvi istiqamətdə hərəkət etmədiyini nümayiş etdirdi.

Reallıqdan uzaq düşmüş ABŞ prezidenti Ağ Evdə oturduğu 29 ayda işləri o qədər qarışdırıb ki, adminstrasiyası ilə birlikdə İranın Oman körfəzindəki neft tankerlərini partlatdığını sübut etmək üçün çoxlu “sübutlar” yaratsa da, əldəki şəkillər hər şeyi göstərir.

Donald Trampın 2017-ci ildə vəzifəyə başladığı gün çəkilən şəkillər də Vaşinqtondakı “National Mall”-da onun üçün guya çoxlu dəstəkçinin toplandığını sübut etmək məqsədilə montaj edilmişdi. İranın neft tankerlərinə hücum etdiyini sübut etmək istəyən Tramp Adminstrasiyası bu dəfə də İranın bir yapon gəmisinin gövdəsindən partlamamış minalar topladığını göstərən videolar paylaşır.

Yəni belə çıxır ki, bu iranlılar öz hədəflərini belə bombalaya bilmir, sonra da bombaların üzərində “Made in İran” yazıldığı üçün qayıdıb minalarını götürürlər.

Əgər belə bir şey olsaydı, İran ifşa ola bilərdi. Sonra isə məlum olub ki, tanker ekipajı havadan gələn hücuma məruz qalıb. Təbii ki, minalar havada uça bilmir.

Bombalanmış digər bir gəmi ekipajı isə bu hücumun bir sifariş olduğunu iddia edir. Üstəlik, Vaşinqton BƏƏ-yə qarşı edilmiş əvvəlki hücumlara görə İrandan intiqam almaq istəyən Trampın səudiyyəli dostlarına ciddi bir cavab vermək üçün son günlərdə müttəfiqləri ilə danışıqlar aparır.

Həmçinin, özünü Mühafizəkar Partiyasının yeni Ayətullahı etməyə çalışan və 120 mindən çox səsə ehtiyacı olduğunu unutmayan Böyük Britanityanın xarici işlər naziri az qala and içir ki, bu hücumların arxasında biçarə iranlılar var. Lider seçilməsə belə öz yerini qoruması gözlənilən Höccətül-İslam Ceremi Hant da görünür, Vaşinqtonda “National Mall”-da Trampı dəstəkləyən kütlənin şəkillərini görüb aldanıb.

Açığı, İranın ilk dəfə 1988-ci ildə ABŞ dəniz qüvvələrinin İran-İraq müharibəsinin sonunda baş verən hadisədə Körfəzə yenidən hücum etməsinə şübhə edirəm. Amerikalılar həmin vaxtı, həqiqətən də, iranlı ekipajı köhnə bir təxliyə gəmisinin minalarını sökərkən yaxalamışdı. Üstəlik, bundan sonra iranlı dənizçilərə “Azadlıqlar ölkəsi”ndə siyasi sığınacaq verməyi belə təklif etmişdilər. Təcrübəsiz gənc oğlanlar isə bu təklifi qəbul etməmişdi.

Həmçinin, Hizbullah da 2006-cı ildə İrandan aldığı raketləri ilə Livan sahillərindən İsrail donanmasına doğru atəş açmışdı və nəticədə, bir çox israilli gəmi işçisi həyatını itirmişdi. Ona görə də, düşünürəm ki, Tehran Səudiyyə Ərəbistanına raketlə atəş açması üçün Husilərə drondan istifadə etməyi öyrədə bilər.

Amerikanın sursatları Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Yəməndə husiləri, məktəbləri, xəstəxanaları, toyları və digər yerləri məhv etmək üçün istifadə olunarkən, husilərin İran sursatların istifadə edərək Səudiyyə aeroportlarını bombalamasına niyə təəccüblənirik ki? Husilər bir az təlim keçərək Səudiyyə Ərəbistanındakı məktəblərə, xəstəxanalara hücum edib səudiyyəli və BƏƏ-li düşmənlərinin texnini bacarıqlarını öyrənə bilərlər.

Bu məsələdə bir az “Süveyş” küləyi də var. Hər zaman bezmiş halda olan Antoni İden 1956-cı ildə fransızlarla və israillilərlə birlikdə Süveyş sensasiyasına girişdikdə Ayzenhoer İngiltərə prezidentini sakitləşdirmək üçün Dallesi Londona göndərməyə məcbur qalmışdı. İden ölkəsini işğal etmək istədiyi Nasiri “Nilin Mussolinisi” elan edərkən, sanki, bir az ağlını itirmişdi. Buna görə də, Dalles İdeni nəzarətdə saxlamağa çalışırdı.

Sonrakı aylarda İden bütün o rəzilliklərin İsraillə birlikdə hazırlanmadığını müdafiə edərək Böyük Britaniya İcmalar Palatasına yalan danışmağa davam edir. İnkar etdiyi bu planlara, yəqin ki, həmin vaxtı Mühafizəkar Partiyasının böyük bir hissəsi və ingilislərin çoxu inanırdı.

Bütün bu ABŞ-İran çəkişməsi ona görə bu qədər qəribədir.

Livan boyunca maşınla etdiyim uzun səyahətdən bir neçə gün əvvəl Beyruta qayıdanda - hər nə qədər bu Armageddonun Trampın, Boltonun və Pompeonun uydurması olduğuna əmin olsam da - yaxınlaşan ABŞ-İran müharibəsi ilə bağlı xəbərləri oxuyarkən çətinlik çəkirdim. Eyni şey guya Trampın müharibəyə başlamasından qorxan, amma, əslində, manşetlərə baxdıqda əksinə Trampın müharibəyə girməməsindən daha çox qorxan Amerika mediasının uydurmalarına da aiddir.

Trampın Orta Şərqin qorxulu ərəb diktatorlarına dəstək verməsi ilə bağlı yalanları oxumaqdan az qalmışdı ki, Vaşinqtonla olan nüvə sazişindən çəkilən tərəfin yalançı, saxtakar İran olduğuna inanım. Lakin sonra nüvə sazişindən geri çəkilən tərəfin yalançı, saxtakar amerikalılar olduğunu xatırladım.

Həyat Trampistanda artıq belə davam edir.

Qərbi Qərbin özündən daha yaxşı tanıyan İran Amerikanın qanadından bir tük qopardıqdan sonra “dron”, “mina” kimi ittihamlarla necə mübarizə aparacağını yaxşı bilir. Yəni İran da məsum deyil.

Bu hekayədə bir dənə də yaxşı adam yoxdur. Əlbəttə ki, İran Hörmüz boğazını bağlamağa çalışsa, Amerika buna Səudiyyənin tələb etdiyi və Höccətül-islam Hantın təsdiqlədiyi “qərarlı cavab”la qarşılıq verə bilər. Amma İran o qədər də axmaq deyil. Çünki əgər inqilabdan sonra onun ən böyük düşmənlərini - əvvəl Talibanı, sonra Səddamı, indi də İŞİD-i - aşağılayan ABŞ-dırsa, onda İran niyə amerikalılarla toqquşmaq istəsin ki? Təbii olaraq, İran bu vəziyyətdən razıdır.

Real dünyada ABŞ-la İran arasında bir hərbi ittifaq olmalıdır. Lakin Vaşinqton artıq ənənəvi istiqamətdə hərəkət etmir. Bu dəqiqə Tramp və Boltonun Orta Şərq siyasətini başa düşmək istəyirsinizsə, bir psixiatriya xəstəxanasına getməyiniz məsləhətdir.

Lakin xatırlamaq lazımdır ki, Rusiya və Çin də eyni dünyada yaşayır. Hər halda onlar da Trampın “National Mall”-dakı az saylı dəstəkçilərini görüb və buna uyğun planlarını qurublar. Buna görə də, Tehranın şübhəli müttəfiqlərinə rəğmən, Vladimir Putinə ya da Si Tsinpinə qarşı olan çağırışlara qulaq verin: Bir az yavaş...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...