Cümə, 23 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Trampın yəhudi ağlı: "Dünyada israillilər və fələstinliləri barışdırmaqdan daha mürəkkəb bir şey yoxdur"

Marianna Belenkaya

“Kommersant”, 29.01.2020...

Çərşənbə axşamı günü, yanvarın 28-də ABŞ prezidenti Donald Tramp əsas kampaniya vədini yerinə yetirmək – dünyanın ən ümidsiz qarşıdurmalarından olan İsrail və Fələstin arasındakı münasibətləri tənzimləyən sülhməramlı olaraq tarixə düşmək üçün qətiyyətli bir addım atıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə çiyin-çiyinə dayanaraq, o, “əsrin sövdələşməsi”nin təfərrüatlarını açıqlayıb, bunun həm israillilər, həm də fələstinlilər üçün faydalı olduğunu söyləyib.

Ağ Ev rəhbərini “İsrailin ən böyük dostu” adlandıran Benyamin Netanyahu Cümə axşamı günü Moskvaya uçacaq. Rusiya prezidenti Vladimir Putinlə Amerika planı haqqında danışacaq və güman ki, onun dəstəyini ala bilməsə də, heç olmasa başa düşəcəyinə ümid edir. Ancaq bu günə qədər Rusiya təşəbbüsü kifayət qədər şübhə ilə qarşılayıb. Fələstin liderləri isə Çərşənbə axşamı günü “əsrin sövdələşməsi”nə birlikdə qarşı çıxmaq barədə razılığa gəliblər.

“Sülhə doğri nəhəng addım”

Donald Tramp ABŞ-ın təkliflərini açıqlayaraq, “Bu gün İsrail sülhə doğru nəhəng bir addım atdı”, – deyib. Onun sözlərinə görə, “əsrin sövdələşməsi” əvvəllər müzakirə olunan bütün sülh təşəbbüslərindən fərqlidir və münaqişənin hər iki tərəfi üçün məğlubiyyət mənası vermir.

ABŞ prezidentinin çıxışı yarım saata yaxın davam edib və Amerika administrasiyası üzvləri, konüresmenlər və salonda toplaşan yəhudi diasporu nümayəndələrinin sürəkli alqışları ilə qarşılanıb. Cənab Trampın bildirdiyinə görə, “dünyada israillilər və fələstinliləri barışdırmaqdan daha mürəkkəb bir şey yoxdur”, ancaq onu da “kiçik problemlərlə” məşğul olmaq üçün seçməyiblər.

Donald Trampın sözlərinə əsasən, həm İsrail baş naziri Benyamin Netanyahu, həm də onun əsas siyasi rəqibi, ABŞ prezidentinin bir gün əvvəl görüşdüyü “Kahol-Lavan” mərkəzçi blokunun lideri Benni Qanz ABŞ-ın təklifini dəstəkləyiblər.

Prezident Trampın yanında dayanan cənab Netanyahu bunu şəxsən təsdiqləyib. “Bu tarixi bir gündür”, – deyərək o, Vaşinqtonun təşəbbüsünün bölgədəki davamlı sülh və tamhüquqlu Fələstin dövlətinin yaranması üçün “son şans” olduğunu qeyd edib. O, həmçinin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman səfirlərinə cəsarət göstərdiklərinə və prezident Trampın çıxışında iştirak etdiklərinə görə təşəkkür edib.

Rəsmi diplomatik münasibətlərin yoxluğuna baxmayaraq, İsrail bu ərəb ölkələri ilə əlaqə saxlayır və müxtəlif səviyyələrdə səfər mübadiləsi aparır.

“Razılaşma” üzərində işlərin başlağıcı nikbin idi. Tramp rəhbərliyi Benyamin Netanyahu ilə yaxın təmasda olur, fələstinlilər isə Vaşinqtonun onların fikirlərini dinləyəcəyinə ümid edirdilər.

2017-ci ilin may ayında Fələstin prezidenti Mahmud Abbas Ağ Evdə Donald Trampla coşquyla salamlaşıb, lakin 6 ay sonra vəziyyət kəskin şəkildə dəyişib. ABŞ prezidenti sələflərinin çəkindiyi şeyi edib: hələ 1995-ci ildə Konqres üzvləri tərəfindən ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qanunu imzalayıb, Qüds şəhərini İsrailin bölünməz paytaxtı olaraq tanıyıb. Bundan əlavə, Vaşinqton Yaxın Şərqdə BMT-nin fələstinli Qaçqınlar üçün Yardım və İş Agentliyini maliyyələşdirməyi dayandırıb və keçən il Birləşmiş Ştatlar İsrailin Colan yüksəklikləri və İordan vadisi üzərində suverenliyini tanıyan qanunu qbul edib.

Donald Trampın açıq şəkildə İsrail tərəfdarı olması əhəmiyyətli bir seçici kütləsinin rəğbəti ilə əlaqəlidir: yəhudi və ifratçı xristian seçicilər.

Çərşənbə axşamı günü Benyamin Netanyahu Donald Trampa deyib: “Siz İsrailin indiyə qədər Ağ Evdə olmuş ən böyük dostisiniz”. 28 yanvar 2020-ci ili o, “başqa bir tarixi gün – 14 may 1948, ABŞ prezidenti Harri Trumanın İsrail dövlətini tanıyan ilk dünya lideri olduğu gün”lə müqayisə edib. “Bu gün bizim üçün parlaq bir gələcək açdı. Bu gün siz İsrail dövlətinin Yəhudiyyə və Samariya (Qərbi Şəriyyə) üzərində suverenliyini tarixi irsimizin vacib bir hissəsi olaraq tanıyan ilk lider oldunuz”, – deyə cənab Netanyahu Ağ Evin başçısına müraciət edib.

İsrailin təhlükəsizliyinə zərər vermədən

Vaşinqtonda deyirlər: əvvəllər dərc edilmiş iqtisadi hissə ilə və bütün əlavələrlə (181 səhifə) birlikdə bu plan münaqişənin hər iki tərəfi üçün faydalıdır. Lakin ABŞ-ın təklifləri İsrailin baxışlarına daha çox uyğundur.

Donald Tramp bildirib: “Dünya güzəştlərə ehtiyac duyur”, ancaq o bu güzəştlərin İsrailin təhlükəsizliyi hesabına olmamasını vurğulayıb və bu, Vaşinqtonun əsas şərtidir. Prezident, demək olar ki, bütün nitqi boyu fələstinlilərin nə etməli olduqlarını qeyd edib. Eyni zamanda, onların ənənəvi tələblərinin yerinə yetirilməsinə ümidini öldürüb. İlk növbədə, qaçqınların geri qayıtmaq hüququnu.

Ağ Ev rəhbəri deyib: “Fələstinli qaçqınların problemi İsrail dövlətinin hüdudlarından kənarda həll edilməlidir”.

Əvvəlki sülh təşəbbüsləri kimi, “əsrin sövdələşməsi” “iki xalq üçün iki dövlət” prinsipinə əsaslanır.

Donald Tramp Qüdsü İsrailin bölünməz paytaxtı kimi qanuniləşdirməyi və İordan çayının çox hissəsində İsrailin suverenliyini genişləndirməyi təklif edib.

– Eyni zamanda, müqəddəs yerləri İsrail və Fələstin birgə idarə edəcək.

Donald Tramp Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyacağını və orada Amerika səfirliyi açacağını vəd edib. Bu, İsrail tərəfindən qurulan ayırma divarının kənarında olan və Köhnə Şəhəri əhatə etməyən məhəllələrdir.

Ümumən, Donald Trampın sözlərinə görə, fələstinlilər indikilərindən iki qat artıq əraziyə nəzarəti ələ alacaqlar.

– Fələstin dövlətinin silahsızlaşdırılacağı ehtimal edilir, xüsusən də o heç kimlə hərbi ittifaqa girə bilməyəcək.

– Fələstinlilər hava məkanlarına və sərhəd məntəqlərinə də nəzarət edə bilməyəcəklər.

– Fələstinin parçalanmış bölgələri – Qərbi Şəriyyə və Qəzza zolağı bir-birinə tunellə bağlanacaq.

– Qəzzaya nəzarət edən “Həmas” və “İslami Cihad” hərəkatları tərksilah edilməli və rəsmi Fələstin hakimiyyətinə tabe olmalıdır. Baş nazir Netanyahu çıxışında bunu xüsusilə vurğulayıb.

ABŞ-ın İsrailə qarşı tələbləri azdır:

– potensial olaraq yeni yaşayış məntəqələrinə çevrilə biləcək Qərb Şəriyyədəki qanunsuz dayaq məntəqələrini sökmək,

– 4 il ərzində yeni qəsəbələrin tikintisini dondurmaq

– və Fələstini müstəqil dövlət kimi tanımaq.

Sövdələşmənin ikinci hissəsi iqtisadidir. Keçən ilin iyun ayında o, nəşr olunub. Qərbi Şəriyyədə, Qəzza zolağında, Misirdə, İordaniyada və Livanda dəyəri 50 milyard $ olan 200-ə yaxın iqtisadi layihədən bəhs olunur. Vəsait ABŞ təklifləri ilə bütün tərəflərin – İsrail, Fələstin və ərəb ölkələrinin razılığı ilə bu ölkələrin iqtisadiyyatına yatırıla bilər.

“Əsrin sövdələşməsi” ilə birbaşa işləyən Ağ Ev rəhbərinin müşaviri və kürəkəni Cared Kuşnerin sözlərinə görə, Körfəz monarxiyaları, habelə Avropa və Asiya dövlətləri, habelə özəl sərmayədarlar xərcləri öhdəsinə almalıdır. Bununla birlikdə, planın siyasi hissəsinin dərcindən əvvəl, potensial investorların heç biri Amerika layihəsində iştirak etmək istədiklərini təsdiqləməyiblər.

Çərşənbə axşamı günü Donald Trampın dediyi kimi, saziş Fələstini zənginləşdirəcək. Layihə onlar üçün 1 milyon iş yerinin açılmasına, yoxsulluğun 2 dəfə azalmasına və ÜDM-in 3 dəfə artmasına səbəb olacaq.

Donald Tramp vurğulayıb ki, ABŞ planının icrasına üçün 4 il möhlət verir. Əslində bu, seçkidə qalib gələcəyi təqdirdə, cənab Trampın ikinci prezidentlik dövrünə təsadüf edir. Güman edilir ki, bu müddət ərzində indi müqaviləyə müqavimət göstərən fələstinlilər, yenə də onun təklif etdiyi şərtlərə razılıq verəcəklər.

“Yəqin ki, əvvəlcə bunu istəməzlər, amma düşünürəm ki, sonda bunu istəyəcəklər, bu onlar üçün çox yaxşıdır… İnanırıq ki, sonda fələstinlilərin dəstəyini alacağıq”. Tramp bunu bir gün əvvəl deyib. Eyni zamanda, o, “bir çox ərəb ölkələrinin” onun planını “böyük bir başlanğıc” hesab etdiyini və onunla razılaşdığını vurğulayıb.

Trampın “cəfəng planı”

Fələstin prezidenti Mahmud Abbas əvvəllər “Kommersant”a verdiyi müsahibədə bildirmişdi ki, ərəblərin mövqeyi aşağıdakılara uyğundur: “Fələstinlilər nəyi qəbul edir, biz də qəbul edirik və rədd etdiyini rədd edirik”.

Ərəb ölkələrinin Fələstin-İsrail münaqişəsinin həllinin əsasında olan prinsiplərdən açıq şəkildə imtina edəcəklərini təsəvvür etmək çətindir: İsrailin 1967-ci il müharibəsindən əvvəlki sərhədlərə qayıtması, yəni Qərb sahilindəki yaşayış məntəqələrinin əksəriyyətinin rədd edilməsi, Şərqi Qüdsün Fələstinin paytaxt elan edilməsi və fələstinli qaçqınların geri qayıtma hüquqlarının tanınması.

Bu arada, Fələstinin özündə “qəzəb günləri” elan edilib. Qəzza zolağında etirazlar ABŞ prezidentinin çıxışından əvvəl başlayıb. Onların təşəbbüskarı Trampın planını “əsrin sui-qəsdi” adlandıran və bunu İsrail dövlətinin yaradıldığı 1948-ci il hadisələri ilə müqayisə edən “Həmas” hərəkatıdır. Çərşənbə axşamı günü, prezident Trampın çıxışından sonra “Həmas” bildirib ki, onun planı “yazdığı mürəkkəbə belə dəyməz”.

Prezident Abbas xalq qəzəbinin ifadə edilməsinə mane olmayacağını açıq şəkildə vurğulayıb. Çərşənbə axşamı günü, bir neçə ay ərzində ilk dəfə olaraq Mahmud Abbas “Həmas” siyasi bürosunun rəhbəri İsmail Haniyə ilə telefon danışığı aparıb, o, bütün fikir ayrılıqlarını kənara qoymağa və “plana müqavimət göstərməyə” çağırıb. Mahmud Abbas deyib: “Mövqeyimiz dəyişməz olaraq qalır: biz əsrin qondarma sövdələşməsini rədd edirik və onun bütün istiqamətlərdə həyata keçirilməsinə qarşı çıxacağıq”.

Bu günə qədər bütün etirazlar yeni qurbanlardan başqa bir şeylə bitməyib. İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırmaq və 1993-cü ildə Mahmud Abbasın dəfələrlə təhdid etdiyi Oslo Sazişindən çıxmaq onun maraqlarına uyğun deyil, çünki Fələstin hakimiyyətinin bütün qanuniliyi bu sənədə əsaslanır. Ancaq Fələstin prezidentinin diplomatik işlər üzrə köməkçisi Məcdi Xalidinin əvvəllər “Kommersant”a bildirildiyi kimi, “fələstinlilər bu torpaqda olma hüquqlarını kiməsə sübut etmək üçün razılaşmalara ehtiyac görmür”. Onun sözlərinə görə, Oslo Sazişlərində söhbət Fələstin hakimiyyətini tanımaqdan deyil, sərhədlər qurmaqdan gedir və İordaniya Vadisi üzərində suverenliyini tanımaqla, İsrail ilk olaraq 1993-cü il müqavilələrini pozur.

Rusiya “öyrənəcək”

“Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi üçün yalnız İsrailin razılığı kifayət etmir, beynəlxalq birliyin dəstəyi də lazımdır. Bölgə ölkələrinin mövqeyi Şənbə günü Ərəb Dövlətləri Liqasının təcili iclasında formalaşacaq.

Qərb ölkələri arasında Birləşmiş Krallıq ənənəvi olaraq ABŞ-ın təşəbbüsünü dəstəkləyir: baş nazir Boris Consonun ofisi planın həyata keçirilməsinin “düzgün istiqamətdə müsbət bir addım ola biləcəyini” bildirib.

Moskvadan son dərəcə ehtiyatlı açıqlamalar verilib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov “RİA Novosti”nin “əsrin sövdələşməsini” şərh etmək istəyinə cavab olaraq deyib: “Əsas odur ki, fələstinlilər və ərəblər öz münasibətlərini bildirsinlər”. O əlavə edib ki, münaqişə tərəfləri “birbaşa danışıqlara girməli və qarşılıqlı məqbul kompromislərə getməlidirlər”.

Moskva dəfələrlə bu cür danışıqlar üçün platformasını təklif etsə də, İsrail iştirakdan imtina edib.

Çərşənbə axşamı qəfil məlum olub ki, Benyamin Netanyahu Vaşinqtondan evə qayıdarkən, Moskvaya baş çəkəcək. Cümə axşamı Vladimir Putinlə danışıqlar planlaşdırılır, baxmayaraq ki, yalnız keçən həftə İsrailin baş naziri onunla Qüdsdə görüşüb. Rəsmi versiya “əsrin sövdələşməsini” müzakirə etmək niyyətidir. Eyni zamanda, İsrail mediasında narkotik qaçaqmalçılığına görə 7 il həbs cəzasına məhkum edilmiş, Vladimir Putinin əfvinə imza ata biləcəyi israilli Naamu İssaharı şəxsən özü ilə götürməyə qərar verdiyi irəli sürülür.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərq nizamlanmasını şərh edərkən qeyd edib: əvvəlcə bütün maraqlı tərəflərin mövqelərini öyrənməlisiniz: fələstinlilər, ərəb dövlətləri, habelə ABŞRusiya, Aİ və BMT də daxil olmaqla, Yaxın Şərq nizamlanması üzrə beynəlxalq vasitəçilər dördlüyünün.

O xatırladıb ki, son vaxtlar bu mexanizm fəaliyyətsizdir və “hamı üçün məqbul olan həll yollarını tapmaqda heç bir şəkildə istifadə olunmur”.

“Kommersant”ın mənbələrinə görə, Moskva təkcə İsraili deyil, eyni zamanda, bir zamanlar ABŞ-laə birbaşa dialoqa üstünlük verən və digər vasitəçiləri unudan fələstinliləri də günahlandırır.

İstənilən halda, Rusiya və Aİ olmadan fələstinliləri heç olmasa “əsrin sövdələşməsinin” parametrlərini nəzərdən keçirməyə inandırmaq çətin olacaq.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyanın yalvarış üçün “yaratdığı” “WhatsApp” qrupu - Satirik videoçarx

Azərbaycan Ordusunun qarşısında yalnız bir ciddi məsələ qalıb...

Ərdoğanın kürəkəni – ermənilərin qorxulu yuxusu

Məşhur türk bloqqer "Ermənistanın ordu sıralarında"

Putin: “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

Ermənilər Xankəndidən qaçıb: “Ruh şəhər”də küçələr boşdur - Foto

Ermənilər Xocavənddə mühasirəyə düşdü: Mərkəzi qərargahla əlaqə tamamilə kəsilib

Azərbaycan əsgəri Laçına doğru irəliləyir - Qubad İbadoğlu

Ermənilər Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə...

Azərbaycan Ordusu düşmənə zərbələr endirib - Video

loading...

Ən çox oxunanalar