Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın xüsusi nümayəndəsi Ankarada Suriyanı bölmək planı ilə çıxış edib

İdlibdəki gərginlikdən istifadə edən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Сeyms Cefri pusqudan çıxıb. Ankaraya gələn Cefrinin gündəmində Türkiyənin Astana prosesindən qoparılması və təkrar Vaşinqton xəttinə çəkilməsi var...

“Aydınlık” qəzeti, Türkiyə, 11 fevral 2020-ci il

Türkiyə, RusiyaSuriya arasında İdlib gərginliyi davam edərkən ABŞ-ın Suriya Xüsusi Nümayəndəsi Ceyms Cefri Ankaraya gedib. Cefrinin gündəliyində İdlibdəki təzyiqin artması prosesində “Astananı oyundan çıxarmaq” var idi. ABŞ nümayəndəsinin İdliblə bağlı son açıqlamaları da buna əsas verir.

“Təklif mexanizmi”

Ötən həftə Suriya ilə hərbi gərginliyin artmasından sonra 5 fevralda çıxış edən prezident Ərdoğan Suriyada xalqı təmsil edən bir hökumətin olmadığını və bütün Suriya xalqını özündə cəmləşdirən yeni bir konstitusiya hazırlanmalı olduğunu qeyd edib. Cefri də həmin gün Ərdoğandan sonra: “Əvvəl oturub rejimin nəzarəti altında olmayan insanları təmsil etmək üçün uyğun mexanizm tapmalıyıq. Biz danışmağa hazırıq”, deyib. Cefrinin “rejim nəzarətində olmayan bölgələr üçün mexanizmlər yaradılmalıdır”, fikri çox önəmlidir. Çünki ABŞ keçmişdən bəri hər zaman Ankaraya, Fərat Qalxanı və Zeytun Budağı bölgələri ilə yanaşı, İdlibdə də Türkiyənin idarəsi və himayəsində, Əsədə alternativ rəhbərlik yaratmaq üçün muxtar bölgələr təklif edir. Beləliklə, ABŞ Türkiyəyə PKK/PYD nəzarətindəki bölgələri də qəbul etdirmək istəyir. Çünki əsas hədəf Əsəd rəhbərliyini devirmək olduqda Türkiyə qaçınılmaz şəkildə bu hədəfin əsas sahibi olan ABŞ-la və onun nəzarətindəki PKK/PYD ünsürləri ilə yan-yana gətirilmiş olur.

Bu mərhələdə ABŞPKK/PYD ünsürləri sərhəddən çıxarılıb və sizin üçün təhlükəsizlik problemi yaratmayacaq” vədi ilə Ankaranı Suriyanı bölmək planına yenidən daxil etmək şansı qazanıb. 2015-ci ildən bəri ABŞ Suriyada PYD, ASO və s. təşkilatlardan istifadə edir. Məqsəd ayrı-ayrılıqda nəzarət ediləcək və Dəməşqin nəzarətindən kənarda yaradılacaq bölgələr vasitəsilə bir konfederativ Suriya quruluşunun əsasını qoymaqdır. Türkiyənin Astana prosesi ilə tutduğu yeni mövqe bu planı pozub. Ancaq son dövrdə İdlibdə Türkiyə, RusiyaSuriya arasında yüksələn gərginlik ABŞ üçün bu planı yenidən ortaya çıxarmaq fürsəti yaradıb.

Heyət-i Təhrir əl-Dəməşqi təmizə çıxarmaq cəhdləri

Cefri 30 dekabrda verdiyi açıqlamada: “O (prezident Ərdoğan), bizim ortağımız və NATO müttəfiqimizdir və onun yanındayıq. Biz ona Suriyada Putinə etibar edə bilməyəcəyini açıq şəkildə bildirmişdik. İndi də özü nəticələri görür”. Türkiyəni İdlibdə dəstəklədiyini ifadə edən Cefri İdlib böhranının əsas nöqtəsi olan HTD məsələsində də siyasi dəyişikliyinə gedə biləcəklərinə işarə edib: “Neçə vaxtdır ki, beynəlxalq bir təhdid yaratdıqlarını görməmişik. Bununla yanaşı, İdlibdən başqa heç bir yerdə ruslara və ya Suriya Ordusuna da təhlükə yaratmayıblar”.

Cefri 5 fevralda verdiyi açıqlamada sözlərinə davam edib: “Birləşmiş Millətlər Təşkilatı İdlibdə atəşkəs elan edib. Bu, o deməkdir ki, rejim qüvvələri bu əraziyə hakim olmamalıdır. Rejimin HTD kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqda bir problemi olduğunu düşünmürük. İdlibdəki mövqelərini qorumağa diqqət edirlər. HTD onlara və ruslara hücum etdiyini iddia edərək oradakı mülki şəxslərə zərər verən hücumlar həyata keçirir”.

Suriyanı bölmək planı

Ceyms Cefri Suriyanın Türkiyə üzərindən üç yerə bölünməsi planının memarlarından biridir. 22 May 2019-cu ildə Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komissiyasında Konqres üzvlərinin suallarını cavablandıran Cefri belə danışmışdı: “Türkiyənin Əsəd rəhbərliyinə qarşı vətəndaş müharibəsinin başlanğıcına əsaslanan güclü bir düşmənliyi var. Türkiyə ənənəvi olaraq Yaxın Şərqdə İranla rəqabət aparır. Türkiyə ümumi olaraq da Rusiyanın ona qarşı olan hücumlarından məmnun deyil. Türkiyənin İdlibdə əsgərləri var. Türkiyənin bəzi əsgərləri rejimin hücumu zamanı yaralanmış olsa da, bu ölkə əsgərlərini geri çəkməməklə və buradakı mövqelərini gücləndirməklə rusların və suriyalılar burada etmək istədiklərinə qarşı çıxırlar”.

Türkiyənin Rusiya və xüsusilə, İranla yaxınlaşmasını əsas təhlükə sayan Cefri AB-nin Türkiyə ilə əlaqələrində diqqətli olmasını vurğulayır. Bunun üçün Vaşinqtonun PKK/YPG əlaqəsi mövzusunda Türkiyəni sakitləşdirməli olduğunu düşünür. Cefrinin də imzaladığı Vaşinqton Yaxın Şərq Siyasətlər İnstitutunun 11 İyul 2018-ci il tarixli hesabatında ABŞ-Türkiyə ortaqlığının “faydaları” məsələsimdə qiymətləndirmə aparılıb: “Vashinqton ölkənin zəngin yeraltı sərvətlərə sahib olan və 30%-ni təşkil edən şimal-şərqi SuriyaABŞ-la birgə saxlayaraq Moskva, Tehran və Dəməşqə qarşı əlində güclü bir tutur. ABŞ və Türkiyə Mənbicdə başlatdıqları yeni razılaşma ilə ABŞ-ın təklif etdiyi şimal rəhbərliyi mövzusunda sürətlə bir qərar verməlidirlər. Beləliklə, Türkiyəyə və ABŞ-a bağlı olan qüvvələr Suriya torpaqlarının təxminən 40%-nə nəzarət edəcəklər. Ankara ilə açıq bir razılaşma aparmaq türkləri Astana prosesindən uzaqlaşdırmaq baxımından faydalı olacaq”.

“Əsəd rejiminin normallaşmaması üçün...”

ABŞ-ın Ankaradakı səfirliyindən Cefrinin Türkiyə səfəri ilə əlaqədar verilən açıqlamada qeyd edilib:

“Səfir Cefri İdlibdə Əsəd rejiminin başlatdığı hərbi hücumun və Suriyadakı münaqişənin siyasi həllini yolunda nələr edə biləcəyimizi müzakirə etmək üçün Ankarada Türkiyə rəsmiləri ilə görüşəcək. Rusiya, İran rejimi, Hizbullah və Əsəd rejiminin qeyri-sabit fəaliyyətləri Suriyadakı atəşkəs rejiminin və Suriyanın şimalındakı yüz minlərlə məcburi köçkünün, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq evlərinə qayıtmalarına mane olur. Biz təcili olaraq atəşkəs elan edilməsi və daimi olaraq hücumlardan qaçan yüz minlərlə insana kömək etmələri üçün humanitar təşkilatların münaqişə bölgələrinə girməsinin təmin olunması üçün çağırış edirik”.

Səfirlik yenə İdlibdə şəhid olan türk əsgərləri barədə göndərdiyi başsağlığı məktubunda deyib:

NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq. Əsəd rejiminin beynəlxalq ictimaiyyət qarşısında normallaşmasına qarşı çıxmağa davam edəcəyik”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar