Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Suriyadan geri çəkilməsi təkcə Putinə sərf etdi - Təfərrüatlar...

Rusiya Yaxın Şərqdəki ixtilaflarda daha çox müdafiəçi rolunda çıxış edir. Çünki etibarlı bir vasitəçi və Suriyadakı sabitliyin komandiri kimi görünmək istəyir...

Əhməd Aboudouh
“The Independent” qəzeti, Türkiyə, 16 oktyabr 2019-cu il

Donald Tramp Ərdoğanın hücumlarından sağ çıxmaq üçün son çarə olaraq Bəşər Əsədlə razılaşma əldə edib, kürdləri Mənbic, Kobani və sərhəddəki digər bölgələri Suriya ordusuna təslim etməyə məcbur edib və beləliklə, Vladimir Putinə əvəzsiz bir hədiyyə verib.

Lap əvvəldən bəri mövzu elə bu idi. Trampın Türkiyəyə əməliyyatlar aparması üçün icazə verməsi, əslində isə Əsədin və Rusiyanın şimal-şərqi Suriyada nəzarəti yenidən əldə etməsinə xidmət edir.

Tez-tez Obamanın Suriyadakı uğursuzluqları ilə bağlı danışan Tramp özü Obamanın siyasətini təkrar edib. 2015-də Rusiya araya girib müxalifləri əzməyə qərar verdikdə Obama bunu görməzdən gəlmişdi. Tramp isə Rusiyaya (türk cəlladdan istifadə edərək) kürdlərin axırına çıxması üçün icazə verdi.

Xoşumuza gəlsə də, gəlməsə də, Rusiya Yaxın Şərqdəki ixtilaflarda daha çox müdafiəçi rolunda çıxış edir və etibarlı bir vasitəçi kimi Suriyadaki sabitliyin komandiri kimi görünmək istəyir. Tramp kömək edərək Putini bu məqsədə doğru yönəlib.

ABŞ prezidentinin Suriyadakı “qum və ölüm” doktrinası qərbin müdaxilələrini əngəlləyib və Putinin amerikalıları və avropalıları nakaut etməsinə şərait yaradıb. Astanada müzakirə edilən Suriyada sülh prosesi ilə Rusiya Putinin imzaladığı sülh razılaşmasının ilk addımı olaraq BMT-ni Suriya Konstitusiya Komitəsini dəstəkləməyə məcbur edib. Ona görə də, kürdlərin Türkiyə sərhədində muxtar ərazi yaratmaq xəyalı puç oldu. Bu zaman Türkiyə yenilənmiş İŞİD-in yükü ilə məşğul olacaq. Əsədin qarşısında da uzun bir yol var. O, İdlibdə Əl-Qaidəyə bağlı olan qruplarla mübarizə aparmalı və ölkədəki humanitar böhranlarla məşğul olmalıdır.

Yəni ortada bircə qalib var, o da Rusiya.

Rusiya yeni qazandığı güclə şimal-şərqi Suriyadakı neft bölgəsindən xüsusi razılaşmalar üçün qarantiya ala bilər və bundan bütün Yaxın Şərqdə və Afrikada nüfuz qazanmaq üçün istifadə edə bilər. Rusiya onsuz da Liviyada General Xəlifə Həftardan istifadə edir və hələ də Misirdə hərbi bazalar yaratmaq üçün təzyiq göstərir.

Tramp öz seçicilərini belə çaşdırır. Əgər Suriyadan min əsgərin geri çəkilməsi, “əsgərlərimizi evə gətirmək” bir seçki vədidirsə, onda niyə keçən həftə Səudiyyə Ərəbistanına 3 minə yaxın əsgər göndərilməsinə qərar verildi? Çünki kürdlərin bunu qarşılamaq üçün pulu yoxdur.

Səudiyyədə Əbqayiq neft təsisatına qarşı hücum törədilməsi, ABŞ əsgərlərinin Suriyadan geri çəkilməsi, Türkiyənin şimal-şərqi Suriyaya müdaxilə etməsi və prezident Putinin bu günkü Körfəz siyasəti II Dünya Müharibəsindən sonra yaranmış Amerika hegemonluğunun sürətlə dəyişdiyinə işarə edir.

Rusiyanın ABŞ-a qarşı real bir alternativ olması üçün hələ də etməli olduğu çox şey var, lakin Rusiya bu yolu çox sürətlə gedir.

Görünür, Körfəz Ortaqlıq Şurası ölkələri o qədər bezib ki, Körfəzdə Rusiyaya yeni və açıq bir vəzifə verməyə can atırlar. Onlar üçün Trampın Suriyada kürdlərə xəyanət etməsi çox aydın məsələdir: Külli miqdarda Körfəz ödənişi Amerika iqtisadiyyatına gəlmiş olsa da, ABŞ-ın İranın nüfuzunu azaltmaq üçün daimi bir strategiyası və müttəfiqlərini qorumaq arzusu yoxdur.

Tramp İrana qarşı iqtisadi sanksiyalardan o tərəfə keçmək istəmədiyini göstərir, amma böyük ehtimalla, nəğd pul axışını davam etdirmək üçün hələ də “qulyabanı” roluna davam edir. Lakin indi Rusiyanın şərtləri və İranın da icazəsi ilə türklərin Suriyada yerləşməsi prosesinə yol açdı.

Putin səudiyyəlilərə təklif edib ki, Yəməndə İranın Husilər vasitəsilə keçirdiyi dron və ballistik raket hücumlarından özlərini qorumaları üçün S-400 sistemlərini alsınlar.

Səudiyyəlilər və BƏƏ-lilər bölgədəki rəqiblərinə mane ola bilmək üçün Trampı bir fürsət kimi görürdülər, amma indi fikirləri dəyişir. Putinin Səudiyyə Ərəbistanına və BƏƏ-yə səfər etməsi qarşıdakı 5 ildə qərarsızlıq edən Trampla (əgər 2020-ci il seçkilərində qalib gəlsə) vaxt itirməkdən yorulan iki zəngin ölkə üçün strateji önəm daşıyır.

Putinin Yaxın Şərqdə irəliləyiş əldə etməsi, eyni zamanda, istəmədiyi halda ABŞ-da yeni prezidentin vəzifədən uzaqlaşdırma prosesinə daxil olan Ukrayna üçün də fürsət yaradır. Rusiya bu böhrandan istifadə edərək qərbdəki qonşusuna qarşı güc əldə etmək istəyir. Bu, keçici ola bilər, amma əsas məsələ budur ki, Suriyadakı yeni vəziyyət Türkiyəni Rusiyaya daha çox yaxınlaşdırır və əməliyyat başlayandan bəri Ərdoğanı tənqid edən qərb qüvvələrindən uzaqlaşdırır.

Son 3 il ərzində (Tramp vəzifəyə gələndən bəri) ABŞ-ın Orta Şərqdəki nüfuzu tükənir və Rusiya yüksəlir. Qorxunc bir dəyişiklik baş verir. Tramp 5 il daha Ağ Evdə qalsa, sonrasını təsəvvür etmək çətin olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar