Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın sülh planı müharibəni yenidən alovlandıra bilər...

İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş “Əsrin müqaviləsi” realıaşacaq?..

Politoloq: “İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş “Əsrin müqaviləsi” ədalətsiz və birbaşa İsrailin maraqlarına cavab verən bir plandır”.

“Əgər, bu plan BMT qətnamələrinə ziddirsə, hesab edirəm ki, bu işğalı qanuniləşdirməkdir. Fələstinə ayrılan investisiya yetərincə deyil və bu fələstinlərin iradəsini pulla almaqdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İsrail Fələstin münaqişəsinin həllinə yönəlmiş “Əsrin müqaviləsi”ni PİA.az-a şərh edərkən qeyd edib.

Dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib və iki lider Yaxın Şərq Sülh planının detallarını açıqlayıb.

ABŞ prezidenti Fəslətinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsini təklif edib. Donald Tramp əlavə edib ki, fələstililər sülh prosesi çərçivəsində özünü idarə edəcək addımlar atmalıdır.

Bunun müqabilində İsrail Fələstin ərazilərində yaşayıqş məntəqələrinin inşasını dondurmalıdır. Rəsmilərin bildirdiyinə görə, bu müddət ərzində Fələstin dövlətçiliyinin təsisi müzakirə edilməlidir.

Qeyd edək ki, İsrail-Fələstin sülh müzakirələri 2014-cü ildən dalana dirənub. Lakin Trampın təklifinin müzakirələrin bərpasına yol açacağı bəlli deyil.

ABŞ rəsmiləri fəslətinlilərin müzakirələr təklifinə skeptik yanaşdığını, lakin zaman keçdikdcə onların müzakirələrə başlayacağına ümid etdiklərini bildirib.

80 səhifəni əhatə edən planın 50 səhifəsi siyasi plan və iyul ayında elan edilən 30 səhifəsi fələstinlilər, İordaniya və Misir üçün 50 milyard dollarlıq iqtisadi canlanma planıdır.

Fələstin dövlətinin prezidenti Mahmud Abbas isə qətiyyətlə bu sülh planını rədd edib. Bəziləri hesab edir ki, Tramp tərəfindən "Əsrin sövdələşməsi" olaraq tanıdılan bu sülh planı Fələstinə verilən dilənçi payından başqa bir şey deyil.

Hazırda çox mürəkkəb vəziyyət olan Yaxın Şərdə Trampın bu planının reallaşmasını mümkümdürmü? Həmçinin "Əsrin sövdələşməsi" iflasa uğrayarsa, Fələstin probleminə xarici müdaxilə mümkün görünürmü? Misal üçün Suriyada olduğu kimi Rusiya, İran, ya da Türkiyə bu münaqişəyə müdaxilə edə bilərmi və ehtimal bir xarici müdaxilə Yaxın Şərqdə hansı nəticələr doğura bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Yaxın Şərqdə vəziyyət daha da mürəkkəbləşəcək və sülh imkanları tükənəcək”.

Rusiya, nə də Türkiyə bu münaqişəni həll etmək iqtidarında olmadıqlarını düşünən politoloq PİA.az-a açıqlamasında vurğulayıb ki, burada əsas söz sahibi ABŞ-dır və burada sülhün əldə olunması mümkün görünmür:

“İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş “Əsrin müqaviləsi” ədalətsiz və birbaşa İsrailin maraqlarına cavab verən bir plandır. Benyamin Netanyahu mühafizəkar və Fələstinə qarşı sərt siyasət tərəfdarıdır. Əgər burada Fələstin strateji üstünlük əldə etsəydi bu plana razı olmazdı.

Colan təpələrini, İordan vadisini ərazisinə qatan, gələstin torpaqlarında qanunsuz yaşayış yerləri inşa edən indiki İsrail hakimiyyəti qəti və hər iki tərəf üçün uyğun olan sülhdə maraqlı deyil. BMT qətnamələrinə əsasən bu münaqişə Fələstin dövlətinin yaranması ilə həll edilməlidir. Əgər, bu plan BMT qətnamələrinə ziddirsə, hesab edirəm ki, bu işğalı qanuniləşdirməkdir. Fələstinə ayrılan investisiya da yetərincə deyil və bu fələstinlərin iradəsini pulla almaqdır. Hesab edirəm ki, Fələstin hakimiyyəti bunu qəbul etməyəcək və növbəti etirazlara yol aça bilər.

Məhəmməd Əsədullazadə: “BMT qətnamələrinə əsasən bu münaqişə Fələstin dövlətinin yaranması ilə həll edilməlidir. Əgər, bu plan BMT qətnamələrinə ziddirsə, hesab edirəm ki, bu işğalı qanuniləşdirməkdir”.

Bu plan baş tutmayacağı təqdirdə digər ölkələrin münaqişənin həllində roluna gəldikdə nə Rusiya, nə də Türkiyə bu münaqişəni həll etmək iqtidarında deyil. Burada əsas söz sahibi ABŞ-dır və burada sülhün əldə olunması mümkün görünmür. Tramp anti-fələstin siyasəti nə malikdir. Onun bu planı yəhudilərin istəyindən irəli gəlib. Burada İsrailin də yaşamaq və dövlət qurmaq haqqı qanunidir.

İsrail və Fələstin danışıqlara gedib münaqişəni həll etməlidir. Yəhudilər və fələstinlilər bu torpaqların 1000 illərlədir sahibləridir. Gərək Fələstində müəyyən güzəştlərə getsin. İsraili inkar etmək lazım deyil. İki dövlət modeli yaradılmalı və iki xalq sülh yolu ilə yaşamalıdır. Bu olmazaa Yaxın Şərqdə vəziyyət daha da mürəkkəbləşəcək və sülh imkanları tükənəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar