Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın sirrini mətbuata sızdıran şəxs Ağ Evdən qovuldu - Foto

Bu haqda Ağ Ev məlumat yayıb...

Ağ Ev Dəftərxanasının müdri Mark Meadovs ABŞ prezidenti Donald Trampın ötən ay sosial media platformaları ilə bağlı imzaladığı sənəd barədə informasiyanı rəhbərliklə razılaşmadan mətbuata sızdıran əməkdaşın işdən qovulduğunu bildirib.

PİA.az xatırladır ki, Meadovs Texasın demokrat senatoru Ted Qruzun televiziya proqramında Trampın “Tvitter”lə gərginləşən münasibətlərindən sonra prezidentin sosial platformaları ilə bağlı qərarına reaksiya verib.

Trampın sosial şəbəkələrlə bağlı qərarının imzalanma mərasimindən əvvəl mətbuata sızdırıldığını deyən Dəftərxana müdri əlavə edib ki, məlum qərarın sürətini bir anda “Nyu York Times” qəzetində görüblər: “Bu hadisə administrasiya ilə eyni fikirdə olmayan birinin adını çəkdiyim qəzetə xidməti idi. Bu şəxsi axtardığımızı və onun kimliyini müəyyən etdiyimizi deməkdən məmnuniyyət duyuram. Bu adam artıq federal hökumət strukturlarında işləmir”.

Ağ Ev rəsmisi əlavə edib ki, “Youtube” və “Tvitter” kimi sosial platformalar müəyyən məsələlərdə məsuliyyət daşıdığını anlamalıdır.

Qeyd edək ki, “Tvitter”in son günlərdə sosial media platformalarında dezinformasiya yayılmasının qarşısını kəsmək üçün informasiyanı təsdiq etməyi vacib saymış və bununla bağlı martın 26-da Trampın Kaliforniya əyalətində atdığı tviti bloklayıb. Bundan az sonra prezident Tramp “Tvitter”i “2020-ci il seçkilərinə müdaxilədə” ittiham edib.

“Demokratların sosial media platformalarında mühafizəkar səsləri susdurmaq üçün çalışdıqları hiss olunur. Buna imkan verməyəcəyik. Ya bu platformalara güclü nəzarət həyata keçiriləcək, ya da qapadacağıq”, - Tramp açıqlamasında qeyd edib.

Mayın 28-də isə Tramp sosial media platformalarının paylaşımlarına hüquqi baxımdan məsuliyyət daşıdığını nəzərdə tutan qanun imzalayıb.

Bundan sonra Tramp elan edib ki, hüquqi imkanı olsa “Tvitter”i qapadardı.(Reyting.az)

pia.az

 


Etiket: Tramp Ağ Ev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar