Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Trampın şəkli olan corabla onun görüşünə getdi - Foto

Tramp bunu təbəssümlə qarşılayıb

ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser etdiyi hərəkətlə gündəmə gəlib.

RİA Novosti xəbər verir ki, ABŞ prezidentinin ştata səfəri zamanı o Donald Trampın qarşısına qeyri-adi görkəmdə gəlib. O ayağına üzərinə Trampın şəkli vurulmuş corab geyib və bunu dövlət başçısına nümayiş etdirib. Tramp bunu təbəssümlə qarşılayıb.

Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb.

Vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır.

“Yumşaq tüklərlə bəzədilmiş “Donald Tramp corabları” - Siz bu corabları həm geyinə, həm də prezidentin saçlarını daraya, onun imicini öz istəyinizə uyğun dəyişə bilərsiniz”, - deyə corab reklamçıları bildiriblər.(Oxu.az)

pia.az

 


Şərh yazın.

loading...