Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampın səbrini sınağa çəkməyin!” – ABŞ-ın vitse-prezidenti Ərdoğanı yenə hədələdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens Türkiyəyə «Trampın səbrini sınağa çəkməyin» çağırışı edib və pastor Endryü Bransonun azadlığa buraxılmasını istəyib

«Pastor Endryü Branson – Türkiyədə saxlanılan günahsız insandır. Prezident və mən, pastor Branson azadlığa buraxılana, öz ailəsinə və ABŞ-da kilsəyə qayıdana qədər öz qəti mövqeyimizdə qalırıq» – deyə, Pens öz «Tvitter»ində yazıb.

Bununla bağlı o, bəyan edib ki, «Türkiyə Prezident Trampın səbrini sınağa çəkməməli idi. Tramp başqa dövlətlərdə ədalətsiz olaraq həbsdə saxlanan amerikalıların ABŞ-a qayıtmasına nail olmaq niyyətindədir».

Belədirsə, o zaman soruşmaq lap yerinə düşərdi: Bəs, mister Tramp Türkiyənin istəyinə rəğmən, Fətullanı nə üçün Türkiyəyə vermədi? Məgər, Tramp «göydən səbətlə düşüb?» Beynəlxaq qanunlara, imzalanmış dövlətlərarası sənədlərə əməl etmək lazımdır, kiminsə səbrindən danışmaq yox!

Açıq-aydın görünür ki, Trampı «idarə edənlər» İkinci dünya müharibəsindən sonra bərqərar olmuş dünya düzənini dağıtmaq yolunu tutublar və böyük ehtimalla, bu siyasət ABŞ adlı dövlətin təklənməsi ilə nəticələnəcək…(Azpolitika.info)

pia.az


Etiket: Mayk Pens

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar