Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın İran açıqlamasının şifrələri: ABŞ artıq məğlubiyyəti qəbul edir?..

ABŞ televiziyasında mütəxəssislər ölkənin məğlubiyyətini müzakirə edirlər. Deyilənə görə, bu son vəziyyət heç yaxşı görünmür...

İsmet Özçelik

“Aydınlık” qəzeti, Türkiyə, 10 yanvar 2020-ci il

İran Qasım Süleymanini dəfn edərkən ilk cavabını verib və ABŞ bazalarını vurub. Trampın buna necə reaksiya verəcəyi çox maraqlı idi. Görəsən, qarşılıq verəcəkdimi?

Ağ Evdən Trampın açıqlama verəcəyi elan edildi. Bütün dünya səbrsizliklə bunu gözləyirdi. Açıqlama vaxtı da təyin olunmuşdu. Lakin prezident buna gecikib. Daha sonra o kamera qarşısına keçərkən arxasında CENTCOM, SOCOM və Pentaqon nümayəndələri də vardı.

Maraqlısı odur ki, prezident Tramp kağızdan yazılı mətni oxuyub və sürətlə oradan uzaqlaşıb. Jurnalistlərin isə suallar verməsinə mane olunub. Bəlkə də, ABŞ dərin dövləti yeni bir böhranla üzləşmək istəməyib. Çünki Trampın nə edəcəyini bilmək olmur.

Cavabsız suallar

Bu açıqlamada cavabsız qalmış suallar çoxdur. İran raketlərinə niyə mane olunmadı? Patriotlara nə oldu? 

Tramp bir gün əvvəl: “İranın hədəflərini vurması ehtimalına qarşı, biz də 52 hədəf müəyyənləşdirmişik. Bunların içində mədəni miraslar da var. Hamısını vura bilərik”, deyib. 

İndi niyə bu sözlərinin üstünü örtür? Niyə qarşılıq vermir? Jurnalistlər elə bu sualları verəcəkdi. 

Trampın açıqlaması da çox müzakirə olunur. Çıxarılan təsbitlər də belədir: “ABŞ bölgədə zəifləyir. İran raketləri ABŞ-ı ağır şəkildə vurdu. Hava müdafiə sistemləri çökdü. ABŞ-ın da gücü qalmadı və İran qarşısında geri addım atdı. Artıq təkbaşına hərəkət etməkdən qorxur və NATO-nu bu işin içinə daxil etməyə çalışır. Görünür, İranla razılaşma əldə etmək istəyir.”

İran raketləri

İranın raketləri də çox müzakirə olunur və hədəfə necə tam olaraq çatdığı araşdırılır. Mütəxəssislər İran öz raketlərinin çox inkişaf etdiyini düşünür. Bu raketlərin, xüsusən də, hədəfi 80-90 dərəcə dik şəkildə vurmasını vurğulayırlar. İran öz raketlərini daha əvvəl boş ərazidə test etmişdi. İndi isə əsl hədəflərini vurur və uğurlu olur. Bununla da, ABŞ-a “Səni vuraram, sən də heç nə edə bilməzsən” mesajını vermiş oldu. Həmçinin, ABŞ-ın digər təsisatları da, İsrail də artıq təhlükədədir.

ABŞ-dakı müzakirələr

ABŞ-da bu son proseslər barədə fikir mübadiləsi aparılır. Televiziyada mütəxəssislər danışır və ABŞ üçün vəziyyətin heç də yaxşı olmadığı deyilir. Əsas müzakirə olunan məsələ ABŞ-ın məğlubiyyətidir. Açı şəkildə deyilməsə də, vəziyyət budur.

Bəs digər ölkələr nə düşünür? Məsələn, Türkiyədə, əksinə ABŞ-ın məğlubedilməzliyini sübut etməyə çalışırlar. Guya İranın heç bir şansı yox imiş və bir dəfn mərasimini belə təşkil edə bilməyiblər. ABŞ da guya İranın raketlərini bilə-bilə vurmayıb. Yəni düşünürlər ki, İranın vəziyyəti çox bərbaddır və heç nə edə bilməz. ABŞ-ın İran vasitəsilə Türkiyəyə mesaj verməyə çalışdığını düşünürlər. Bir sözlə, “ABŞ-a qarşı dirənmə, təslim ol” deyirlər. Amma, təbii ki, bunları hamısı boş həvəslərdir.

Türk xalqı 15 iyul günü ABŞ-ın hücumunu dəf edərək ona dərsini vermişdi. Eyni şey Suriyada da olub. Mehmetçiklər ABŞ-İsrail koridorunu kəsmişdi. Həmçinin, Şərqi Aralıq dənizi və Kiprdə də bənzər hadisələrlə üzləşdik. Yəni ABŞ-ın dövrü bitir və artıq hər kəs bunu başa düşməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar