Çərşənbə, 29 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Trampın impiçment işi Senata sabah göndəriləcək

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti ilə bağlı işi Senata çərşənbə günü göndərəcək...

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti demokratların palatadakı fraksiyasının rəhbərlərindən biri Hakim Jeffrisə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Polesi qapalı görüşdə, palatada Trampın impiçmenti maddələrinin Senata ötürülməsi ilə bağlı səsvermənin çərşənbə günü keçirilə biləcəyini bildirib. O, Nümayəndələr Palatasının deputatları arasında ittihamçıların adlarını açıqlamayıb. Nensi Polesi bildirib, "onu bu gün etməyə hazır deyil".

"Spiker (Nensi Pelosi) bütün fraksiyanın razılığı ilə aydınlaşdırdı ki, impiçment maddələri sabah hansısa bir anda Senata veriləcək”, - Jeffris deyib.

Ötən ilin dekabrında Nümayəndələr Palatası Trampa qarşı iki maddə üzrə impiçment tələbi irəli sürüb. Bunlar prezidentin səlahiyyətlərin aşması və Konqresin işinə mane olması ittihamlarıdır.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar