Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın həbsdəki vəkilindən yeni etiraflar:"Konqresə yalan məlumat vermişəm"

ABŞ prezidenti Donald Trampın uzun müddət şəxsi vəkili olmuş Mixael Koen Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair federal təhqiqata yalan məlumatlar verdiyi barədə ittihamı qəbul edib

Koen Manhetten federal məhkəməsində, Tramp kampaniyasının seçkinin nəticələrinə təsir göstərmək məqsədilə Rusiya ilə birgə işlədiyi barədə iddiaları araşdıran Konqresə yalan məlumat verməsini etiraf edib.

ABŞ mediası yazır ki, Koenin Senat komitəsinə verdiyi yalan məlumatlar Moskvada “Tramp Tover” otelinin tikintisi planları ilə bağlı olub. Koen məhkəmədə etiraf edib ki, o, 2017-ci il avqustun sonlarında bu otellə bağlı sazişlə əlaqədar Moskvada danışıqlar aparıb.

Bu ilin avqustunda Koen özünə qarşı taksi biznesi, bank fırıldaqçılığı və Tramp kampaniyası üçün işi ilə bağlı başqa federal ittihamlar üzrə özünü təqsirli saydığını demişdi.

Sentyabr ayında Koenin vəkili demişdi ki, o xüsusi prokuror Robert Müllerin təhqiqatı üçün son dərəcə əhəmiyyətli informasiyalar verir. Müller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini və Tramp kampaniyasının Rusiya rəsmiləri ilə mümkün sövdələşmələrini araşdırır. (azadlıq. org)

pia.az


Etiket: Tramp vəkil etiraf

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar