Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Colan təpələri haqda tviti: Rusiya bundan istifadə edəcək

Skott Lukas

“The Conversation” (ABŞ), 24.03.2019

Dekabr ayında Suriyadan bütün ABŞ qoşunlarını geri çəkməyə dair qəfil əmri kimi, digər Tramp impulsları da administrasiyanın heç bir rəsmisi ilə müzakirə olunmayıb.

Az əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Qüdsdə bildirib ki, İsrailin 1981-ci ildə ilhaq etdiyi Colan Təpələrinə dair ABŞ mövqeyində dəyişiklik yoxdur. İsrail baş naziri Benyamin Netanyahu ilə görüş Pompeonun vəziyyəti qiymətləndirilməsi üçün təxminən bir saat təxirə salınıb.

Təbii ki, Ağ Ev rəsmiləri bu açıqlamanı malalamağa çalışıblar. Onlardan biri Trampın milli təhlükəsizlik məsləhətçisi Cohn Bolton, kürəkən və məsləhətçi Cared Kuşner və Yaxın Şərq danışıqlarında xüsusi nümayəndə olan Ceyson Qrinblatt ilə məsləhətləşdiyini iddia edib. Möhtəşəm müdafiə çıxışında rəsmi şəxs deyib: “Bunu etmək üçün heç bir aydın səbəb yoxdur”.

Digərləri isə Trampın “təhlükəsizlik” və “sabitlik” haqqında sözlərində istinadlar axtarıblar. Pompeo bəyanatın “tarixi” və “cəsarətli” olduğunu söyləyib.

Ancaq yanılmayın. Trampın prioriteti Yaxın Şərq strategiyası ilə heç bir əlaqəyə malik deyil. Onun impulsu üç arzusundan irəli gəlib: aprelin 9-da Netanyahunun yenidən seçilməsi, özünün 2020-ci il kampaniyası və eqosunu vurğulamaq zərurəti.

İsrail 1967-ci ilin Ərəb-İsrail müharibəsində Colan Təpələrini ələ keçirib. On dörd il sonra, Livanda vətəndaş müharibəsinə müdaxilə etməzdən əvvəl Menaxem Begin hökuməti ilhaqı rəsmən açıqlayıb.

Beynəlxalq birlikdə bir neçə bəyannamə qəbul edilib. Reyqan administrasiyası, israilpərəst ritorikaya baxmayaraq, Tel-Əvivlə strateji əməkdaşlıq müqaviləsini dayandırıb. ABŞ BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinə qoşulub, ilhaqı “etibarsız və beynəlxalq hüquqla qüvvəyə minməsi qeyri-mümkün” adlandırıb.

Təpələr de-fakto hər hansı bir qarşıdurmanın qarşısını almaq üçün BMT-nin müşahidəçi qüvvələri tərəfindən bölünüb. Əsəd rejimi BMT qüvvəsi çəkilən kimi bölgəyə girməklə təhdid edib. İsrail hərbi birləşmələri rejimin hərəkətlərini dayandırıb və Netanyahu 2015-ci ilin sentyabrında İran və “Hizbullah”ı bölgədən kənarlaşdırmaq üçün Vladimir Putinlə sövdələşib.

Qarşılıqlı ehtiyac

Lakin Trampın əsas narahatlığı Suriya, İsrail və xarici aktyorların qarşılıqlı əlaqəsi deyil. ABŞ səfirliyini Qüdsə köçürmək əmri ilə olduğu kimi, onun məqsədi Netanyahunun aqibətini yaxşılaşdırmaqdır.

İsrail baş nazirinə qarşı fırıldaqçılıq, rüşvət və vəzifədən sui-istifadə ittihamları məhkəmədə araşdırılmalıdır. Ölkə tarixində ən böyük hadisələrdən biri olan Almaniyanın “ThyssenKrupp” şirkətindən sualtı gəmilərin satın alınması ilə əlaqədar korrupsiya ittihamı da var. Sorğular Netanyahunun təqaüdçü general Benni Qantz və sabiq maliyyə naziri Yair Lapidin “Mavi-Ağ” Partiyası ilə yarışda məğlub olacağını göstərir.

Lakin Netanyahu hələ də başqalarından üstün ola bilər: “Prezident Tramp tarix yaradır. O yenə bunu etdi”.

Tramp ümid edəcək ki, bu, bir il sonra onun yenidən seçilmə perspektivlərini artırır. Onun etimad reytinqi hazırda 40 faizdən artıqdır. Çoxsaylı cinayət araşdırmalarına, antimiqrasiya siyasətinə və istefalara baxmayaraq, 2017-ci ilin dekabr ayından vergilərin azaldılması ilə iqtisadiyyat böyüyüb.

Beləliklə, o, ötən əsrdə bir neçə istisna olmaqla, ənənəvi olaraq demokratlara səs verən yəhudi seçicilərdən (2016-cı ildə Hillari Klintona 71%) dəstək gözləyir.

Trampın hesablaması səhv ola bilər. Yəhudi səsləri, əsasən, xaricdə – İsraildə deyil, evdəki sosial durumdan asılıdır: yalnız 9% İsraili son prezident seçkilərində səsvermənin əsas motivasiya səbəbi kimi göstərib. Amma “Öncə İsrail” mövqeyi Amerikada qeyri-yəhudilərlə rezonanslaşa bilər; gələn il ABŞ seçkilərində yəhudi donorlar və lobbiçilər Trampa dəstək verə biləcəyini söyləyiblər.

Nəhayət, Trampın eqosu. Onun digər əmrləri və bəyanatları ilə tez-tez olduğu kimi, Colan Təpələri ilə bağlı açıqlama da ABŞ tarixində özünəməxsus yerini təsvir etmək üçün istifadədir. Colanla bağlı İsrailin suverenliyini tanımaqda digər prezidentlər haqqında yalan danışaraq o deyib: “Mən bunu həyata keçirən birinciyəm”.

Təhlükə resepti

Trampın Colan Təpələri ilə bağlı “tweet”-i əhəmiyyətsizdir. BMT də daxil olmaqla, beynəlxalq birlik mövqeyini dəyişmək niyyətində deyil. Netanyahunun güclənməsinə baxmayaraq, İsrailin mövcudluğu silah, yaşayış məntəqələrinin genişlənməsi və Rusiya kimi aktyorlara əsaslanır.

Lakin bu, bəyanatın təsirsiz olduğunu bildirmir. Trampın “sabitliyi” bölgənin qeyri-sabitliyinə qatqını təmin edəcək.

Əsəd rejimi repressiyalarını ört-basdır etmə və hakimiyyətdə qalma imkanı əldə edəcək. Suriya Xarici İşlər Nazirliyinin Colan Təpələrində suverenliyi bərpa etmə vədi blefdir, çünki rejimin əsgərləri Rusiya, İran və “Hizbullah” olmadan prezidentin iqtidarını təmin edə bilməz. Ancaq Bəşər Əsəd və onun ətrafı ABŞ və İsrailin “terrorizm” və təcavüz tərəfdarları olması ilə oyun oynayacaqlar.

Trampın mesajı kürəkəni Cared Kuşnerin İsrail-Fələstin “sülh planı”na da kölgə salıb. Bəziləri haqlı olaraq düşür ki, plan varsa belə, artıq mənasızdır. Lakin ABŞ-ın səfirliyini Qüdsə köçürməsi kimi, Colan bəyanatı da Tramp administrasiyasının məqsədini faş edir – o, bir israillini sevindirmək və onu baş nazir kürsüsündə saxlamaq istəyir.

ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İndik artıq qeyd edib ki, “Putin bundan Rusiyanın Krımı ilhaq etməsinə haqq qazandırmaq üçün bəhanə kimi istifadə edəcək”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar