Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Trampın Çinlə ticarət müqaviləsi müvəqqəti atəşkəsdir...

Keçən çərşənbə günü müqavilənin ilk variantı imzalanıb, amma ABŞ prezidentinin Ümumdünya Ticarət Təşkilatının apelyasiya orqanına qarşı aralıqsız hücumları qarşısında bu, hələ çox kiçik addımdır...

Phil Thornton
“The Independent” qəzeti, 21 yanvar 2020-ci il

ABŞ prezidenti Donald Trump, şübhəsiz ki, başlatdığı ticarət müharibəsinə son qoyacaq Çin sazişinin ilk variantını çərşənbə günü “ən yaxşı müqavilə” kimi təqdim edəcək.

Gömrük rüsumlarının amerikalıların işinə və fond qiymətlərinə verdiyi zərərlə yanaşı, Trump da çoxtərəfli ticarət sisteminə xeyli ziyan vurub.

Trampın 2018-ci ilin fevral ayında Çində və digər Asiya ölkələrində başlatdığı, idxalçı və ixracatçıların işlərini pozmayan tək tərəfli müharibə bu sazişlə sona çatacaq.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) himayəsi altında çoxtərəfli ticarət sazişində iştirak etmək Trump üçün ciddi problemdir. Eynilə Birləşmiş Millətlər Təşkilatının (BMT) “düzgün işləməməsi” və Paris İqlim Sazişini “qəddar bir yük” olması kimi.

Lakin o, Paris Sazişindən çıxsa da, ABŞÜTT-də saxlayıb və qanuni bir hiylə ilə təşkilatın təsirini azaldıb.

Vaşinqton hakimlərin tez-tez səlahiyyətlərini aşması, qərar müddətini uzatması ilə bağlı şikayətlərdən istifadə edib və ÜTT-nin apelyasiya orqanına yeni təyinatlar edilməsinə mane olub.

İki hakimin vəzifə müddəti dekabr ayında başa çatıb. ÜTT qaydalarına görə, apelyasiya qərarlarına əsasən komandada 3 hakim olmalıdır. Lakin orada cəmi 1 hakim qalmışdı.

Əgər bir ölkə məhkəmədə ilk mərhələdə məğlub olsa və bu işdəki ölkələrdən biri apelyasiyaya müraciət etsə, bu qərar məcburi hesab edilmir. Bu halda anlaşılmaz vəziyyət müddətsiz şəkildə dondurulur və ölkələrin qisas almaq üçün heç bir qanuni səlahiyyətləri olmur.

Əslində, həllini gözləyən fikir ayrılıqları arasında keçən il ABŞ-a qarşı qaldırılmış 7 iddia var. Bu hallar Trampın xaricdən gətirilən polad və alüminiumun ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmasını irəli sürərək idxal rüsumu tətbiq etməsi ilə əlaqəlidir.

Bu sizə tanış gələ bilər. Çünki məhkəmə prosesinə müdaxilə etmək artıq populist və milliyətçi liderlər arasında çox populyardır. 2018-ci ildə Polşanın Hüquq və Ədalət Partiyası ölkənin Konstitusiya Məhkəməsi hakimlərinin 40%-ni erkən təqaüdə çıxmağa məcbur edən bir qanun qəbul etmişdi.

İngiltərə Baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının manifestində iki önəmli BREXİT iddiasında hökumətə qarşı qərar verən Ali Məhkəmənin nəzarət prosesini yeniləyəcəyinə söz verib.

Təəccüblü deyil ki, Trampın müraciət orqanına hücumu ilə bağlı xəbərlər əsassızdır. O, dəfələrlə ÜTT-nin ABŞ-dan kənar ölkələrin xeyrinə qurulduğunu, öz ölkəsinin demək olar ki, bütün məhkəmələrdə məğlub olduğunu və bu sistemin Çin üçün mükəmməl olduğunu qeyd edib. Meksikanın keçmiş prezidenti və hazırda Yale Universitetinin Yale Qloballaşma Tədqiqatları Mərkəzinin direktoru olan Ernesto Zedillonun fikrincə, bu iddialar sübut edilə bilməz.

Zedillo heç bir ciddi təhlildə ABŞ-a qarşı olan qərəzlə bağlı bir sübut əldə edilməyəcəyini bildirib. Üstəlik, Çin və Avropa Birliyindən daha çox məhkəməyə müraciət edən ABŞ ÜTT-nin vasitəçilik sistemindən ən çox istifadə edən ölkədir. ABŞ ÜTT-dəki məhkəmə proseslərinin 85%-də qalib gəlib. Sözün düzü, ABŞ təkcə Çinə qarşı qaldırdığı məhkəmə işlərində deyil, həmçinin, Çinin ABŞ-a qarşı qaldırdığı məhkəmələrdə də uğur qazanıb.

Aydın məsələdir ki, Tramp tək tərəfli ticarət müharibəsini kənara atıb, çoxtərəfli bir məhkəmədə çıxış etmək istəməyəcək. Bu müharibənin nəticələri hər iki tərəf üçün də zəfər kimi görünə bilər, lakin üçüncü tərəflərin maraqları tamamilə gözardı edilir.

Bütün dünyanın iqtisadçı Adam Smitin dediyi “öz iqtisadiyyatını yaxşılaşdırmaq üçün qonşununkunu pisləşdirmək” fikrinə yönələcəyindən qorxurlar. Bu, gömrük rüsumları ilə idxalın daha bahalı olduğu və daxildəki problemlərin digər ölkələr hesabına həll edildiyi bir sistemdir.

“Wall Street”in iflasından sonrakı tənəzzüldən təsirlənən ABŞ Respublikaçı hökuməti 900 məhsula gömrük rüsumu tətbiq etdiyi zaman da məhz bu baş vermişdi. Vergilər bu qisas prosesini alovlandırmış və Böyük Depressiyanı daha da ağırlaşdırmışdı.

II Dünya Müharibəsindən sonra müttəfiq ölkələrin rəhbərləri Gömrük Tarifləri və Ümumi Ticarət Sazişi (GATT), eləcə də Dünya Bankının sələfi və Beynəlxalq Valyuta Fondunu yaradarkən bu barədə düşünmüşdülər.

Üzvlərin anlaşmazlıqları həll edən arbitraj komitəsinə mane olmasındən sonra sonra GATT əvəzinə ÜTT-nin yaradılması mübahisələrin həllində ciddi bir mexanizm yaratmışdı.

Apellyasiya orqanının keçmiş rəhbəri ÜTT-nin əsas sisteminin, indi islahat tələb edən bir problemə çevrildiyini bildirib.

ÜTT üzvlərinin 3/4-ü razılaşsa və islahatlara ciddi yanaşsa, yeni hakimlərin təyin olunmasını vurğulayaraq bu problemi irəli çəkə bilər. Tezliklə Avropa Birliyinin müdafiəsindən çıxacaq olan İngiltərə başa düşməlidir ki, apellyasiya məhkəməsi onun uzunmüddətli maraqlarına uyğun olacaq.

Bəziləri qorxur ki, BREXİT Trampa ABŞÜTT-dən çıxarmaq üçün bəhanə ola bilər. Bəlkə də, Paris sazişi müsbət nəticə verir: ABŞ çıxdıqdan sonra müqavilədə qalanlar ABŞ-ın əyalət və şəhərlərindən dəstək alıblar. Trampın razılaşmasının ilk mərhələsi imzalanmış olsa da, bu, çoxtərəfli ticarət sistemi uğrunda aparılan mübarizənin ilk mərhələsi hesab edilməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ABŞ Tramp

Şərh yazın.


loading...

Ən çox oxunanalar