Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın bir də hakimiyyətə gəlməməsi üçün nələr edilə bilər?..

Trampçı sağın ən zərərli nümayəndələrini təsirsiz hala gətirmək, həm ABŞ, həm də dünya üçün çox faydalı olacaq. Bunu reallaşdırmaq üçün lazımi strategiyaları həyata keçirmək isə artıq rəqiblərinin işidir...

Borzou Daragahi

“The Independent” qəzeti, 6 may 2020-ci il

Pandemiyanın ortaya qoyduğu və artıq yavaş-yavaş bütün dünyaya məlum olduğu kimi, sağ populizm dövrünün sona çatdığını deyə bilərik. Donald Trampın koronavirus böhranı ilə apardığı mübarizə dövlətin sükanını narisist bir sağçıya verməyin nə qədər təhlükəli olduğunu göstərdi.

Rəy sorğularında ortaya çıxan rəqəmlərə görə, Tramp təkcə seçkidə məğlub olmağa doğru getmir, həm də Senatdakı balansı Demokrat Partiyasının xeyrinə çevirir.

Vaşinqtondakı Demokratlar Trampdan sonrakı dövr üçün gündəm barədə artıq müzakirələrə başlayıblar. Trampın Covid-19-la mübarizə aparmaq üçün dezinfeksiyaedici maddələri bədənə yeritmək təklifi kimi, gülməli və o qədər də yanlış həmlələrindən bezən Respublikaçılar da gələcəyi Trampsız planlaşdırırlar.

Sosial məsafə tədbirlərinə görə, bu günə qədər post-populist sistemlə bağlı atılan addımları planlaşdırmaq üçün keçirilən Yalta Konfransına mane olsa da, bəzi vacib oyunçular telefon danışıqlarında və “Zoom” iclaslarında planlar qurmağa başlayıblar. Planlarında kampaniyaları maliyyələşdirmə qaydalarının sərtləşdirilməsi, Trampın üz çevirdiyi nəzarət qaydalarının gücləndirilməsi, miqrasiyanın yenidən təşkili və köçkünlərin maddi vəziyyətini izah etmələri ilə e-qaydaların sərtləşdirməsi nəzərdə tutulur.

Vaşinqtondakı bir mənbə: “Avtoritar rejimi, bərabərsizliyi, korrupsiyanı və oliqarxiyanı dərk etmək müzakirələrin mərkəzindədir. Korrupsiyanı həm qlobal, həm də milli səviyyədə bir təhdid kimi qavramaq məsələsinin üzərində işləyirik”, deyir.

Massaçusets Texnologiya İnstitutunun (MIT) iqtisadiyyat professoru Deron Acemoğlu ABŞ siyasətində və iqtisadiyyatında Trampın yüksəlişinə kömək edən struktur səhvlərini göstərən bir sıra siyasi və iqtisadi islahatları müəyyənləşdirərək, yaxın zamanda artan bərabərsizliyi və siyasi yadlaşmanı aradan qaldırmaq üçün bir siyasət gündəmi təqdim edib. Lakin bu cür vacib yeniliklər üçün ilk növbədə daxili mexanizmlə bağlı böyük problemləri həll etmək lazımdır.

Bir çox Respublikaçı fürsətçi və karyerist olduğu üçün Trampın gündəliyinə razılıq veriblər. Qanunu qoruyanlar ABŞ prezidentinin yaxın ətrafını məhkəməyə verərək, Trampın başqa bir versiyasının hakimiyyətə gəlməsinə icazə verməyi düşünən hər kəsin daha ağır bir əvəz ödəməsinə səbəb ola bilərlər. Beləliklə, onlar Trampın prezidentlik dövründə ortaya çıxan qalmaqallarda nələr etdiyi barədə danışmaq üçün and içməyə də məcbur qala bilərlər. Hətta Rusiya ilə münasibətlərindən tutmuş, Porto Riko qasırğasının idarəsinə, miqrant uşaqların qəfəslərə salınmasına və koronavirus böhranı zamanı Demokratların idarə etdiyi ştatlara göndəriləcək yardımların qarşısını almasına qədər gördüyü bütün işləri ətraflı şəkildə danışmağa məcbur ola bilərlər.

Prezidentin komandasının cinayət hesab edilən davranışları barədə istintaq aparıla bilər, vəzifədən sui-istifadə etdiyi üçün məhkəməyə verilə və qeyri-etik hərəkətləri xalqa açıqlana bilər.

Tramp bir anda ortaya çıxmayıb. Respublikaçılar Partiyası ilə yanaşı, KİV-lər, beyin mərkəzləri və maliyyəçilərdən ibarət elit bir cəmiyyət Trampın yüksəlişinə səbəb olub. Siyasəti populizmə qarşı aşılamaq üçün bu insanların adı xalqa açıq şəkildə elan edilməli və hamısı hərəkətlərinə görə Konqres qarşısında cavab verməlidir.

Əlbəttə ki, ifadə azadlığı pozulmamalı və ya cəzalandırılmamalıdır. Lakin uydurma xəbərlər yaymaqla xalqa təhlükə yaradan media qurumları və koronavirus təhlükəsini önəmsiz bir şey kimi göstərən “Fox News” şəbəkəsinin işçiləri federal qaydaları pozurlar. Media qurumları ilə Trampın yaxın ətrafı arasındakı gizli ortalıq ifşa edilməlidir.

Bundan əlavə, Trampın sözlərini reklam edərək yüksəlişinə ortaqlıq edən düşüncə mərkəzləri, vəqflər və dini qurumların vergidən azad edilmiş xeyriyyəçi statusları da diqqətlə araşdırılmalıdır.

Sağçı hakimlərlə dolu məhkəmələr mütləq müqavimət göstərəcəklər. Konqres tərəfindən hakimlərin işdən çıxarılması və ya bununla təhdid edilməsi hər hansı bir qayda pozuntusu halında tətbiq edilə bilər.

2009-cu ildə, prezident Barak Obama ortaq bir fikir əldə etmək ümidilə köhnə məsələləri bağlamağa üstünlük vermiş və - MKİ-nin geniş yayılmış işgəncələri də daxil olmaqla - sələfinin ifrat hərəkətlərinin və sui-istifadə hallarının üstünə getməyi rədd etmişdi. İndimisə geriyə baxdığımız zaman bəziləri bunun ciddi strateji bir səhv olduğunu deyirlər. Respublikaçılar indiki halları ilə Avropanın radikal sağçı bir partiyasının Amerikadakı versiyasına çevriliblər.

Vaşinqtondakı mənbə: “Obama administrasiyasının respublikaçıları ittiham etməməsi böyük bir səhv idi”, deyərək əlavə edir: “Növbəti prezident insanlara etdikləri hər şeyə görə məsuliyyət yükləsə, daha yaxşı olardı”.

Demokratların namizədi olan Co Bayden Obamanın izi ilə gedib, Trampa yol verərək Respublikaçılara güzəştə getmək istəyən köhnə fikirli bir adamdır. Bu səhv çox baha başa gələ bilər. Növbəti prezident üçün Trampın təriqətini söndürmək, buna mane olmaq və yayılmasının qarşısını almaq həyati önəm daşıyacaq. Sözügedən mənbə bildirir ki, Tramp yanvar ayında vəzifəsindən getsə, o, “yoxa çıxmayacaq”, Konqresdəki tərəfdarları da daxil olmaqla, dəstəkçilərini ediləcək hər hansı bir islahata qarşı təxribat törətməyə çağıra bilər:

“O, yenə Twitter-də olacaq. Yenidən “Fox News”a dəvət edəcək və yenə də bir təriqəti olacaq”.

Tramp rəy sorğularının əksinə daha 4 il Ağ Evsə oturmaq haqqı qazansa belə, rəqibləri zəhmət çəkib bir daha Tramp kimi birinin hakimiyyətə gəlməməsi üçün strategiyalar hazırlamalı və növbəti dəfə bu tədbirlərin qəbul edilməsi üçün mübarizə aparmağı bacarmalıdırlar.

Trampçı sağın ən zərərli nümayəndələrini təsirsiz hala gətirmək həm ABŞ, həm də dünya üçün çox faydalı olacaq. Trampın və dünyadakı yoldaşlarının etdiyi pisliklərin ən alçaldıcı şəkildə ifşa edilməsi və cəza istintaqına cəlb olunması hansısa bir şarlatanın hakimiyyətə yüksəlməsini dəstəkləyən hər kəsə ciddi təsir göstərə bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar