Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampın “axsaq ördəy”ə çevrilmə ehtimalı var” - ABŞ-dakı aralıq seçkiləri Natiq Cəfərli şərh edir

Ekspert: “Əgər Demokratlar aralıq seçkilərində üstünlük qazansalar Ağ Ev, Konqres və Senatın arasında olan konflikt daha da dərinləşə bilər”

ABŞ tarixində ilk dəfədir ki, fəaliyyətdə olan prezidentin son ikinci ilində “axsaq ördəy”ə çevrilmə ehtimalı var”

Bu zöləri Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, təqribən bir həftədən sonra, noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Bu seçkilər Tramp və ümumiyyətlə ABŞ-ın hazırda yürütdüyü siyasət üçün həyat əhəmiyyətlidir. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesinə başlaya bilər.

Qeyd edək ki, aparılan rəy sorğularının bəzisində Demokratlarla Respublikaçıların bərabər səs toplayacaqları, bəzisindi sə Demokratların 52 faizlə Konqresdə üstünlük əldə edəcəkləri göstərilir. Ən son aparılan rəy sorğusunda isə Amerika əhalisinin 40%-i Donald Trampın yürütdüyü siyasəti dəstəkləyir. Ümumuyyətlə noyabrın 6-da keçiriləcək olan aralıq seçkilərində sürprizlərin yaşanacağı da istisna olunmur.

Prezident Donald Tramp isə bildirib ki, ABŞ prezindentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq. “Başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq” - deyə o, deyib.

Demokrtalar seçkiləri qazanarsa, ABŞ-ın hazırda yürütdüyü anti-qlobalizm siyasəti davam edəcəkmi və xüsusən Trampın başlatdığı iqtisadi savaş davam edəcəkmi? Demokratların qalib gəldiyi halda Rusiya ilə münasibətlərdə hansı dəyişikliklər gözləmək mümkündür? Xüsusən yenidən silahlanma yarışı davam etdiriləcəkmi, o cümlədən dünya müharibəsi təhlükəsi arta bilərmi?

Mövzu ilə bağlı PİA.az Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Trampın verdiyi qərarların Konqres tərəfindən həyata keçirilməsində müəyyən maneələrin yaradılması ehtimalı çox yüksəlib”.

Bu seçkilərin Trampın siyasətinə müəyyən qədər dəyişikliklər etməsinə səbəb ola biləcəyini vurğulayan iqtisadçı ekspert Natiq Cəfərli əlavə edib ki, aralıq seçkilər Trampın komandasını məcbur edəcək ki, Respublikaçılarla Demokratların arasında müəyyən dialoqun formalaşmasında, verdiyi qərarlarda Konqresdən gələ biləcək təpkiləri nəzərə alsınlar:

“Əslində ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri çox maraqla izlənilən və ABŞ siyasətində yön verə biləcək seçkilərdir. Əgər Demokratlar aralıq seçkilərində üstünlük qazansalar Ağ Ev, KonqresSenatın arasında olan konflikt daha da dərinləşə bilər. Yəni ABŞ-da səlahiyyət və güc bölgüsü elə aparılıb ki, prezidentin fərmanlarına və yaxud qərarlarına Senat, Konqres tərəfindən müdaxilələr mümkündür. Hətta prezidentin verdiyi fərmanın, qərarların icrasının dayandırılması mümkündür.

Buna görə də əgər seçkilərdə Demokratlar udacaqsa, obrazlı desək Tramp ilk prezidentlik dövrünün son ilində “axsaq ördəy”ə çevriləcək. Yəni ABŞ-da belə bir ifadə var ki, prezidentin səlahiyyətinin son ilində ona “axsaq ördək” deyirlər. Çünki son illərində prezidentlərin ciddi qərarlar verəcəyəni heç kəs gözləmir. Amma ABŞ tarixində ilk dəfədir ki, fəaliyyətdə olan prezidentin son ikinci ilində “axsaq ördəy”ə çevrilmə ehtimalı var. Əgər Konqresdə Demokratlarların üstünlüyü olacaqsa, Trampın “axsaq ördəy”ə çevrilmə ehtimalı böyükdür. Yəni Trampın verdiyi qərarların, Konqres, Senat tərəfindən blok olunması ehtimalı var.

Bu da təbii ki, Trampın siyasətinə müəyyən qədər dəyişikliklər etməsinə səbəb ola bilər. Əslində düşünmürəm ki, bu proses impiçment məsələsinə qədər gedib çıxsın. Çünki çox az bir müddət qalıb. Gələn ildən başlayaraq artıq ABŞ-da seçki kompaniyasına start veriləcək. ABŞ-da tamam fərqli seçki sistemidir. Yəni ABŞ-da həm Demokratlar, həm də Respublikaçılar partiyasında ilkin seçkilər olur. Buna görə də düşünmürəm məsələ impiçmentə qədər gedib çıxsın.

Natiq Cəfərli: “Bu seçkilərdə Demokratların qalib gəlmə şansları daha çoxdur”.

Amma bir daha qeyd edim ki, Trampın əlinin-qolunun bağlanması ehtimalı var. Yəni Trampın verdiyi qərarların Konqres tərəfindən həyata keçirilməsində müəyyən maneələrin yaradılması ehtimalı çox yüksəlib. Bu da Trampın komandasını məcbur edəcək ki, Respublikaçılarla Demokratların arasında müəyyən dialoqun formalaşmasında, verdiyi qərarlarda Konqresdən gələ biləcək təpkiləri nəzərə alsınlar. Həmçinin Trampın siyasətində müəyyən korreksiyaların olması ehtimalı da çox yüksəkdir. Buna görə də ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri çox vacibdir.

Bu seçkilər nəinki ABŞ-ın daxili siyasətinə, ümumiyyətlə dünyanın gedişatına da ciddi təsir edə biləcək gücə malik bir seçkilər olacaq. Buna görə də bu seçkilər çox diqqətlə izlənilir və son zamanlar Trampın atdığı addımlar da onu sübut edir ki, o, öz elektratının, yəni ABŞ dəyərlərini önə çəkənlərin, mühafizəkarların səsini toplamağa və bununla da Respublikaçıların Konqres seçkilərində üstünlük qazanmasına çalışır. Ən azından Tramp buna yönəlik addımlar atır.

Trampın son zamanlar popurist çıxışlarının sayı artırılıb. Əsasən də Rusiyaya və İrana qarşı ciddi sanksiyaların daha da sərtləşdirilməsi ilə bağlı bəyanatlar verilib. Bu da konservativ ABŞ seçicisinin xoşuna gələn bəyanatlardır.

Natiq Cəfərli: “Yaxın gələcəkdə Rusiya ilə ABŞ-ın əlaqələrində ciddi bir dəyişikliyin olma ehtimalı çox aşağıdır”.

Onu da qeyd edim ki, bu seçkilərdə Demokratların qalib gəlmə şansları daha çoxdur. Əgər seçkilərdə Demokratlar üstünlük qazansalar Trampın komandası ilə Demokratlar arasında müəyyən dialoqun formalaşması və Trampın atacağı addımların öncədən məsləhətləşmiş və yaxud da uzlaşdırılmış şəkildə atacağı ehtimalı yüksələcək. Həmçinin Trampın aqressiv xarici siyasətində müəyyən dəyişikliklərin olması ehtimalı da artacaq.##relatedPostMilli##

Maraqlı nüans bundan ibarətdir ki, ABŞ-da Demokratlar Rusiyaya qarşı Respublikaçılardan da daha aqressiv mövqe sərgiləyir. Çünki onların ruslara qarşı kompleksi var. Trampla Klinton yarışmasında Demokratların namizədi Klintonun əleyhinə Rusiyanın iş apardığı artıq heç kəsə sirr deyil. Bu geniş yayılmış məlumatlardır və seçkilərə müdaxilələrlə bağlı çoxlu sayda informasiyalar var. Bu nöqteyi nəzərdən Demokratların Rusiyaya qarşı Respublikaçılardan daha sərt mövqe tutmaları ehtimalı yüksəkdir.

Amma mən düşünürəm ki, yaxın gələcəkdə Rusiya ilə ABŞ-ın əlaqələrində ciddi bir dəyişikliyin olma ehtimalı çox aşağıdır. Çünki Rusiya tərəfdən müəyyən güzəşətlər olmasa, müəyyən addımlar atılmasa, bu münasibətlərin düzəlmə ehtimalı sıfıra yaxındır.

Amma qeyd edim ki, İranla bağlı müəyyən dəyişikliklər ola bilər. Çünki məhz Obamanın dövründə, yəni ölkəni Demokratların idarə etdiyi dövrdə İranla nüvə sazişi imzalanmışdı və Obama bunu çox yüksək qiymətləndirirdi.

Ümumiyyətlə Demorkat partiyası bu sazişi çox yüksək qiymətləndirirdi və belə düşünülürdü ki, bu sazişlə dünyada gərginliyin azaldılması yolunda ciddi addımlar atılacaq. Amma bildiyimiz kimi Tramp ABŞ-ı bu sazişdən çıxardı və ABŞ İranla daha kəskin münasibətlərin olduğu dövrə qədəm qoyub. Hesab edirəm ki, Demokratlar seçkidə qalib gəlsə, İranla bağlı siyasətdə müəyyən dəyişikliklərin olmasə ehtimalı çox yüksəkdir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar