Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın addımı fələstinlilər üçün sülh planı deyil, daimi bir işğalın başlanğıcıdır...

Pis vəziyyətdə qalan Fələstin rəhbərliyi, şübhəsiz ki, planı rədd edəcək və fələstinliləri sülh qurucuları yox, işğalçı kimi göstərən bir düşüncəyə sahib olmaları haqda daha çox şərait yaradacaq. Lakin fələstinlilərə təklif olunan plan qətiyyən sülh deyil...

Bel Trew
“The Independent” qəzeti, 28 Yanvar 2020-ci il

Deyilənə görə, Donald Tramp 10 ildir davam edən münaqişənin həlli ilə bağlı sülh planına başlayarkən iki İsrail siyasətçisini Vaşinqtona dəvət etdiyi halda, fələstinlilərə xəbər göndərməyib.

Bir neçə həftə ərzində keçiriləcək seçkilərdə İsrail baş nazirliyi uğrunda mübarizə aparan Bünyamin Netanyahu və rəqibi Benni Qantz ABŞ prezidenti ilə “Əsrin razılaşma”sı adlandırılan planı müzakirə etmək üçün Vaşinqtona gələcəklər.

İddialara görə, illər əvvəl Vaşinqtonla əlaqəni kəsmiş və ABŞ-ın vicdanla vasitəçilik etməyəcəyini bildirən Fələstin rəhbərliyi bu planı İsrail mediasından öyrənib.

Fələstin Prezidentinin mətbuat katibi Nabil Əbu Rudeyna fələstinlilərin “aydın və dəyişməz mövqeyi”nin Trampın bütün təşəbbüslərini rədd etdiyini bildirib. İşğal olunmuş ərazilər üzrə baş müşavir olan Saib Erekat isə qeyd edib ki, İsrailin Fələstin torpaqlarını işğal etdiyini görməzdən gələn bütün təkliflər əsrin saxtakarlığı olaraq tarixə düşəcək.

Şübhəsiz ki, İsrail mediasındakı bu xəbərlər doğru hesab edilsə (Tramp bunları şübhəli hesab edirdi), bu proses fələstinlilərin qəbul edə bilməyəcəyi bir razılaşma ilə nəticələnə bilər.

İsraildə yayımlanan Kanal 13-ə görə, əsas mübahisə obyekti olan Qüds üzərində İsrailə tam nəzarət hüququ verilməsi və Fələstinə isə yalnız simvolik bir nümayəndəlik verilməsi plana daxil edilib. İsrail, eyni zamanda, işğal altında olan İordaniyanın qərb sahilindəki yaşayış məntəqələrinin çoxunda hakimiyyət qazanacaq və buna görə də, Fələstin torpaqlarının 1/3-i tamamilə İsrailə verilmiş olacaq. Bundan əlavə, sızdırılan məlumatlara görə, bu plan Fələstin dövlətinin mövcudluğunu heç bir Fələstin liderinin tətbiq etməyəcəyi şərtlərdən, məsələn, Qəzzadan əsgərlərin çıxarılması və Həmasın silahsızlaşdırılması kimi məsələlərdən asılı vəziyyətə salır.

Görünür, hazırkı vəziyyət (İordaniyanın qərb sahilinin böyük hissəsinin birləşdirilməsi ilə bağlı de-fakto) beynəlxalq hüquqa zidd olsa da, bu işğalı qanuniləşdirən bu razılaşma İsrail-Fələstin münaqişəsinin həllindən çox, sülh üçün qəbul edilən prinsipləri pozmağa üstünlük verir.

Amerikanın planı uğurlu ola bilər, çünki digər dünya qüvvələrindən heç biri alternativ plan hazırlamağa təşəbbüs etməyib.

Sızdırılan məlumatlar bir yana, Tramp Adminstrasiyasının açıqlamaları artıq çox şeyi izah edir. İsrailin nəzarətində olan Qərbi İordaniyanın sahilindəki bölgələrin birləşdirilməsinin regional barışığa “dağıdıcı zərbə” vuracağını irəli sürən BMT-nin Yaxın Şərq səfiri Nikolay Mladenova Trampın İsrail üzrə müşaviri Ceyson Qrinblat belə bir tweet-lə cavab verib: “Yehuda & Samariya və Qərbi İordaniya məsələsində realist olmaq lazımdır”. Trampın kürəkəni və bu planın memarı Cared Kaşner böhranın həlli yolunda əksəriyyət tərəfindən qəbul edilən “iki dövlətli həll yolu” ifadəsinin bu plana daxil edilməyəcəyini açıq şəkildə bildirib.

Müqavilənin iqtisadi hissəsi keçən il Bəhreyndə elan edilərkən Kaşnerin İsrailin Fələstin ərazilərini işğal etməsi, Qəzzadakı İsrail ordusu ilə əsgərlərin müharibə həddinə çatması və Fələstinin dövlət olmaq istəyi ilə bağlı danışmaqdan çəkindiyini nəzərə alsaq, bu vəziyyət heç də təəccüblü deyil. Bunun əvəzinə Kaşner Fələstin cəmiyyətinin yalnız güzəştə getdikdə iqtisadi fayda əldə edə biləcəyini qeyd etmişdi. “Əl-Şəbaka” adlı Fələstin siyasi şəbəkəsinin nüfuzlu üzvü olan Yara Həvari deyir: “Keçən il açıqlanan iqtisadi plan çox şeydən xəbər verirdi: fələstinlilərə hüquqları qarşılığında iqtisadi üstünlüklər veriləcək”. O vaxtdan bəri sızdırılan planın coğrafi elementlərinə baxaraq belə davam etmişdi: “Burada Fələstin dövləti üçün heç bir ehtimal görə bilmirəm”.

“Oxfam America”nın humanitar siyasət üzrə lideri olan Noah Qotşalk ABŞ Konqresini və prezidentliyə namizədləri Trump administrasiyasının planının sülh razılaşması olmadığını, əksinə daimi işğal üçün bir yol xəritəsi olduğunu qəbul edərək bu planı rədd etməyə çağırıb. Qotşalk bu planın davam edən hüquq pozuntularını qanuniləşdirmək və mövcud siyasi bölgüləri gücləndirməklə sülh ehtimalını daha da azaltdığını qeyd edib.

“Plan, eyni zamanda ABŞ-ın gələcəkdə israillilər və fələstinlilər arasında etibarlı vasitəçi rolunu oynaya biləcəyinə dair bütün ümidləri məhv edir”.

Planın vaxtı və yaradılma tərzi də onun Amerikanın və İsrailin yerli gündəmləri tərəfindən idarə olunduğu göstərir. İmpiçment prosesindən keçən Tramp seçkiyə hazırlaşarkən, Netanyahu da ittihamların fonunda yenidən seçilmək üçün təşviqat kampaniyası ilə məşğul olur. Həvarinin sözlərinə görə, hər ikisinin də bənzər problemlərdən xəbəri var: “Netanyahu keçən gün Trampın impiçment prosesi barədə danışarkən Penslə Netanyahu arasındakı bir dialoqa şahidi olduq. Pens Netanyahu kimi Trampın da sərhədsiz olduğunu bildirib. Bu, Trampın planının Netanyahunun yenidən seçilmək hədəfi ilə birləşdiyini göstərir”.

“Brooking” İnstitutunun Yaxın Şərq Siyasətləri Mərkəzinin təcrübəli üzvü Tamara Kofman Vites də bu fikirdədirlər: “Məlum olduğu kimi, bu şərtlər altında ərazi dəyişikliyi təkliflərinin irəli sürülməsi yerli siyasi problemlərlə qarşılaşan Trampın və Netanyahunun əsas seçicilər arasında bir-birlərini gücləndirməsinə kömək edir”.

İsrail şərhçiləri də həmin məsələni diqqətdə saxlayıblar. Yossi Verterin Haaretzdə yazdığı kimi, Trampın planı korrupsiya iddiasında Netanyahunun toxunulmazlıq cəhdinə kölgə sala biləcək qədər ağır bir məsələdir. Verter təyin olunan vaxtında da çox mükəmməl olduğunu qeyd edib. Vaşinqtonda Trump, Netanyahu və Qantz arasındakı danışıqların çərşənbə axşamı keçirilməsi planlaşdırılır. Bu, tam da Knessetin Netanyahunun toxunulmazlıq tələbi üçün bir parlament komissiyası qurulması barədə müzakirələr aparacağı gündür.

Sözüedilən sülh planı İsrail üçün bir qazanc və Vaşinqtonun üçün də əsl yaşıl işıq kimi təqdim edilib. Bu halda Qantz üçün Netanyahunu baş nazir kimi əvəz etməsi haqda danışmaq və ya hər şeyin birlik içində olmadığını göstərmək xeyli çətin olacaq.

Digər tərəfdən, pis vəziyyətdə qalan Fələstin rəhbərliyi, şübhəsiz ki, planı rədd edəcək və fələstinliləri sülh qurucuları yox, işğalçı kimi göstərən bir düşüncəyə sahib olmaları haqda daha çox şərait yaradacaq. Lakin fələstinlilərə təklif olunan plan qətiyyən sülh deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar