Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Trampı uzaqlaşdırmaq Demokratların layihəsi deyil - Əsl düşmən kimdir?..

Əsl düşmən quruluşa narahatlıq verən xarakterlər deyil. Əsl düşmən ABŞ-ın hədəfləri üçün insafsızca çalışan dürüst, vətənpərvər bürokratlardır...

Slavoj Zizek
“The Independent” qəzeti, Böyük Britaniya, 8 oktyabr 2019-cu il

Trampa qarşı aparılan kampaniya hazırki ideoloji qərarsızlığımızdan xəbər verir. Tramp bir dövlətin və onun qurumlarının nümayəndəsi kimi yox, şəxsi maraqlarını güdən bir fərd kimi təsvir olunur.
Bir müddət əvvəl Edvard Snouden məsələ ilə bağlı öz şərhini bildirmişdi: “ABŞ prezidenti Donald Trampın vəzifədən uzaqlaşdırılması istintaqını qızışdıran xəfiyyə, bir qurumun Prezidenti izləməsi üçün “ağıllı” bir strategiya... Bütün bunlardan sonra Konqress vəzifəsindən sui-istifadə edən birini uçurumdan aşağı atmaqdan həzz ala bilər, amma özləri belə ittihamlarla üzləşdikdə heç eyni reaksiyanı vermirlər. Bu xəfiyyə isə bir az qeyri-adi davranır. O, bu gün ABŞ tarixinin ən sevilməyən prezidentini qanunları pozmaqda ittiham edir”.

Öz maraqlarını və şəxsi pataloji meyillərini (intiqam, güc, şöhrət arzusu) güdərkən qanunları pozan birini tənqid etmək başa düşüləndir. Amma bir dövlət qurumunda fəaliyyət göstərən dürüst şəxslərin qanunsuz hərəkətlərini təsbit etmək daha çətindir. Buradakı qanunsuzluq və cinayət fərdiləşdirilib və qurumun iş prinsipinə daxil olub.

Tramp, şübhəsiz ki, əxlaqi dəyərləri olmayan, sevilməyən bir adamdır, lakin ABŞ kəşfiyyat təşkilatlarının fəaliyyətində sistematik olaraq insan hüquqlarının pozulmasına nə deyək? Əsl düşmən quruluşa narahatlıq verən xarakterlər deyil. Əsl düşmən ABŞ-ın hədəfləri üçün insafsızca çalışan dürüst, vətənpərvər bürokratlardır.

Bu cür vətənpərvər bürokratik modeli Trampın vəzifədən qovduğu FBİ (Federal Təhqiqat Bürosu) direktoru Ceyms Komidir. Komi hər nə qədər Trampı tənqid edərkən haqlı olsa da, onu da qəbul etməliyik ki, Kominin ABŞ maraqlarına və dəyərlərinə olan “böyük sədaqəti” dövlət qurumlarının mənimsədiyi cinayət meylindən başqa bir şey deyil. Başqa sözlə, Essencin, Snoudenin və Menninqin ortaya çıxardığı şeylər bu meyilliliklərdir.

Həmçinin, bunu da unutmayaq ki, Trampı vəzifədən uzaqlaşdırmaq cəhdlərinin səbəbi daha çox Rusiyanın sonuncu səsvermədə Trampa dəstək verdiyini sübut etməkdir. Böyük ehtimalla, Rusiyanın müdaxilə etmiş olsa da, (eynilə ABŞ da bütün dünyadakı seçkilərə təsir etməyə çalışır, amma onların etdiyinə də “demokratiyanı müdafiə etmək” deyirlər) məsələsinin təkcə bir tərəfinə fokuslanmaq Hilari Klintonun 2016-cı ildə niyə məğlub olduğunu unutmaqdır. Burada əsas məsələ Klintonun Berni Senders və “Demokrat” Partiyasının sol qanadına qarşı apardığı mübarizədir.

Berni Sendersin bu açıqlaması haqlı bir xəbərdarlıq idi:

“Seçkilərlə bağlı Konqressin müzakirə etdiyi tək məsələ ancaq Tramp və Müllerdir. Səhiyyə sistemini müzakirə etmirik, minimum əmək haqqını rifah səviyyəsinə qaldırmaqdan, iqlim dəyişikliyi ilə mübarizə aparmaqdan danışmırıq, cinsiyyətçilik, irqçilik, homofobiya və Amerika xalqı ilə bağlı olan bir çox məsələləri müzakirə etmirik. Məni narahat edən şey bunların Trampın lehinə olmasıdır”.

Trampı vəzifəsindən uzaqlaşdırmaq bir solçu layihə deyil. Məqsəd proqressiv qanadın “Demokratlar” Partiyasını ələ keçirməsinin qarşısını almaq kimi görünsə də, əslində bu, sırf mərkəzi-liberal layihədir. Bunu yaddan çıxarmaq olmaz.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar