Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampdan yeni həmlə: Divara qarşı “qaçqınlıq islahatı”...

Amerika prezidenti Donald Tramp ABŞ-Meksika sərhədinin hörülməsini istədiyi 5.7 milyard dollarlıq divarın maliyyəsini qəbul etmələri qarşılığında demokratlara geniş miqyaslı bir “qaçqınlıq islahatı” təklifi edib

ABŞ prezidenti Tramp demokratlarla aralarındakı qalmaqala və buna bağlı olaraq federal hökumətin qapanmasına səbəb olan "Meksika sərhədinə divar” mövzusunda Ağ Evin canlı yayınında bir açıqlama verib.

Tramp sözlərinə Meksika sərhədinə niyə fiziki bir divar hörülməsinin lazım olduğunu danışmaqla başlayıb: “Ölkəmizin qaçqınlıq sistemi çox pis şəkildə pozulub. Bunu düzəltməliyik” deyən Tramp cənub sərhədinin bəzi hissələrinin yetərincə mühafizə edilməməsinə görə narkotik qaçaqçılığı və qeyri-qanuni qaçqınların ölkəyə girməsi kimi əsaslı problemlərlə qarşı-qarşıya qaldıqlarını deyib.

Sözügedən divarın mütləq hörülməsinin vacibliyini bildirən Tramp bu günə qədər bu mövqeyi qəbul etməyən demokratlara içərisində bir çox başlığın olduğu yeni bir plan hazırladığını deyib. Tramp, təklif etdiyi plan çərçivəsində ABŞ-a valideynləri tərəfindən qeyri-qanuni olaraq gətirilmiş təxminən 700 min uşağın qanuni haqlarının 3 il boyunca qoruma altında olacağını və bu insanların deportasiya edilməyəcəyini bildirib.

Tramp eyni zamanda Amerikada Keçici Qoruma Statusu (TPS) altında yaşayan qaçqınların haqlarını 3 illiyinə uzadacaqlarını da sözlərinə əlavə edib.

Eyni plan daxilində sərhəddən narkotik girməsini əngəlləmək və qaçqınlara göstərilən insani yardımları genişləndirmək məqsədilə 1,6 milyard dollarlıq bir mexanizm qurmağı təklif edən Tramp bu müddətin bir parçası olaraq da 5.7 milyard dollara başa gələcək divarın inşasında israr edəcəyini bildirib.

"Bunları illərdir demokratlar da, cümhuriyyətçilər də istəyirdi. Bu planda hər iki partiyanın da istədiyi maddələr var” deyən Tramp "bu planla bağlı razılığa gəlinsin və hökumət bir an öncə açılsın” vurğulayıb.

Yeni planla bağlı qanun layihəsinin bu həftə içində Senat gündəminə gələcəyini açıqlayan Tramp hər iki partiyanın da bu pana dəstək verməsinin vacibliyini deyib. Bundan başqa, demokrat liderlər Trampın rəsmi açıqlamasından öncə sözügedən planı qəbul etməyəcəklərini və divarın maliyyəsinə qarşı olduqlarını açıqlamışdı.

Tramp ilə Təmsilçilər Məclisində çoxluğu ələ keçirən demokratlar arasında “divar” anlaşılmazlığına görə Amerikada hökumət 29 gündür ki, qapalıdır.(musavat.com)

pia.az


Etiket: Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar