Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampçılar” və Ukrayna savaşı – ABŞ-ın siyasi kulislərində nələr dönür?..

2024 seçkisində isə Tramp, ya da “Tramçı” bir namizədin uğur qazanması Ukraynada oyun qaydalarını dəyişdirə biləcəyi kimi, Atlantik İttifaqının da təməlini poza bilər…

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 may 2022-ci il

Amerikadakı “Liberal Şahinlər” və “Neocon”lar Rusiyanın hərbi və iqtisadi cəhətdən zəifədilməsi məsələsində ittifaq halındadırlar. Bu yaxınlarda ABŞ prezidenti Ukraynaya 40 milyard yardım paketinin ayrılması üçün Konqresin qərarını imzaladı. Çox az sayda Respublikaçının etiraz etdiyi qərarın sürətlə qəbul edilməsi xarici siyasətdə hər iki cəbhədən olan “şahin”lərin Rusiyaya qarşı “müqəddəs ittifaq”ının uğuru kimi dəyərləndirilir. Baydenin xarici siyadət komandası isə bu iki “şahin” qanadın birləşdirilməsi kimi görünür.

Çinin yüksəlişinin qarşısının alınması məsələsində xarici siyasətin elitası arasında fikir ayrılığı var. ABŞ-ın “yeni soyuq savaşında” baş düşmən Çindir. Hazırda qismən “Azad Sağ Təcridçilər” olaraq tanıdılan “CATO İnstitutu” ilə bağlantısı olan intellektuallar da, Çinlə “Böyük Güc Rəqbəti”ndə ABŞ-ın təsirli ola bilməsi üçün Rusiyayaq arşı yumşalma tərəfdarları olan “Realistlər” də öz təsir güçlərini itirmiş görünürlər. Mətbuatın ana axımı isə “Şahinlər”in meqafonu kimi çalışmaqdadır.

Eliot Abrams və Con Bolton kimi qabarlanmış “Neocon”lar zamanında Tramp tərəfindən vəzifələrə gətirilmişdilər. Ancaq “Neocon”lar Trampa istədikləri hər şeyi etdirə bilmədilər. Tramp Milli Təhlükəsizlik Müşavirliyindən qovduğu Bolton üçün, “Bu axmağın hər dediyini etsəydim, indi 5-ci dünya müharibəsinin içində olurduq”, demişdi. O üzdən də 2020-ci il seçkilərində “Neocon”lar Trampı müdafiə etmədilər və onun uduzması üçün çalışdılar.

Digər tərəfdən isə Rusiyanın Trampın prezidentlik dönəmindən məmnun qaldığı bir gerçəkdir. Burda Trampın Putinə qarşı “təslimçi” siyasət yürütməsi ilə bağlı ittihamları xatırlamaq yerinə düşər. 2019-cu ildə Tramp Baydenin oğlu Hunter Baydenin Ukrayna ilə münasibətlərinin araşdırılması üçün Kiyev rəhbərliyinə təzyiqlər etməsi də bir ara gündəmdə olmuşdu. Hətta Konqresin Ukraynaya ayırdığı 400 milyonluq yardımı gözlətməsi də çoxlarını çaşdırmışdı.

Yenə də 2019-cu ildə yayımlanan bir videorolikdə Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə deyirdi ki, “Hesab edirəm Putinlə bir araya gəlib problemlərinizi həll edərsiniz. Bu çox əla bir uğur olar. Və mən sizin bunu etmək üçün çalışdığınızı bilirəm”. Zelenski isə Trampın bu sözləri qarşısında bir xeyli çaşaraq, nə cavab verəcəyini bilməmişdi. Bu günkü Amerika şərtlərində isə Zelenkini Putinlə anlaşmaya sövq etmək üçün çağırışlar etmək siyasətdən xaric edilmək üçün yetərlidir.

Ancaq Tramp və “Trampçılar” Rusiya üçün hələ də önəmlidir. Radikal “Trampçılar” Bayden Adminstrasiyasının Ukrayna siyasətinə şiddətlə qarşı çıxırlar. Radikal “Trampçılar”la “Ana Xətt Respublikaçılar” da Rusiya-Ukrayna münasibətlərində ixtilaf halındadırlar. Tramp dönəmində vitse-prezident olan Maykl Pens mart ayının əvvəlində bir yardım toplantısında etdiyi çıxışında “Bu partiyada Putinə tərif yağdıranlar deyil, sadəcə azadlıq çempionlarına yer var”, demişdi. Pens ad çəkməsə də, onun Trampı nəzərdə tutduğu aşkar idi.

Son zamanlar Tramp bir sıra çıxışlarında Putin əleyhinə danışmağa başlasa da, bir çox “Trampçı” fiqurlar Bayden Adminstrasiyasının Ukrayna siyasətinə müxalifətdə qalmaqda davam edirlər. Ancaq Təmsilçilər Məclisindəki 208 Respublikaçıdan sadəcə 57-si, Senatda isə 50 senatordan ancaq 11-i Ukraynaya yardım paketinə “yox” səsi verdi. Buna baxmayaraq, Məslis və Senatdakı Respublikaçılara təsir gücü yetərli olmayan Tramp, getdikcə sağa doğru yönələn Respublikaçı seçici arasında öz nüfuzunu qorumaqdadır. İndi Tramp 2022-ci ilin ara seçkilərində Təmsilçilər Məclisinə və Senata daha çox tərəfdarını seçdirmək üçün çalışır. Hazırda seçki öncəsi “Radikal Trampçılar”la “Ana Xətt Respublikaçılar” arasında ciddi bir mübarizə yaşanmaqdadır.

Bundan başqa Trampçı "Xristian Sağ" Amerikadakı "mədəniyyət savaşları”nda rus "Xristian Sağ"ını eyni dəyərlər uğrubda mübarizə aparan müttəfiq olaraq görür. Təmsilçilər Məclisi və Senatda Respublikaçılar çoxluğu əldə edərsə və bu çoxluq üzərində Trampın nəzarət gücünün artması isə Bayden Adminstrasiyasının Rusiya siyasətinə təsir edəcək.

Ukraynanın kilid-açarı ABŞ-ın əlində olduğu üçün Kremlin də gözü 2022-ci il ara seçkilərindədir. Ona görə də Rusiya ilə Ukrayna arasında bir sülh müqaviləsinin əldə olunması qısa zamanda heç də imkan daxilində görünmür.

2024 seçkisində isə Tramp, ya da “Tramçı” bir namizədin uğur qazanması isə Ukraynada oyun qaydalarını dəyişdirə biləcəyi kimi, Atlantik İttifaqının da təməlini poza bilər. Rusiyanı rahalada biləcə belə bir ehtimal Avropadakı “Atlantikçi-Qlobalistlər”i də kifayət qədər qayğılandırır.

Orijinal

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar